adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
12 Iyun 2019 12:54
8606
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: QAYDALARI POZAN SÜRÜCÜLƏR...

Çoxlarıyaxşı bilir ki, bu gün elə sürücülər var ki, yol hərəkəti qaydasını tez-tezpozurlar. Sanki bu sürücülərin altıda alımı, beşdə verimi yoxdu. Yəni sükanarxasında əyləşən kimi yol hərəkəti qaydaları yaddan çıxır, sürət həddinə əməletmir, qəza şəraiti yaradır, mürəkkəb maneverlərlə başqa nəqliyyat vasitələriüçün təhlükə törədirlər. Təbii ki, elə belə sürücülərin də məsuliyyətsizliyiüzündən çox vaxt ağır qəzalar baş verir.

Bakı şəhərindədə qaydaları tez-tez pozan və başqa sözlə demiş olsaq, qanunlara əməl etməyənçoxlu sayda sürücülər var. Hətta bu sürücülər yol polisinin həyata keçirdiyireyd və yoxlamalarda belə qaydaları pozmaqda davam edirlər. Təsadüfi deyildirki, gündüz və gecə saatlarında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin YolPatrul Xidməti Alayının kerçirdiyi reydlərdəonlarla bu cür sürücülərə rast gəlmək mümkündür.

Keçirilənreydlərdə biz də dəfələrlə iştirak etmişik. Həm gündüz, həm də gecə reydlərindəgörmüşük ki, elə sürücülər var ki, ya avtoxuliqanlıq edir, ya da qəsdən bilərəkdənbaşqa avtomobillər üçün təhlükəli şəraitlər yaradır, ya da tez-tez manevr edərəkqəzalara rəvac verirlər. Əlbəttə, belə sürücülər yol polisinin heç vaxt diqqətindənkənarda qalmır. Ən qəribəsi də odur ki, onlar saxlanılarkən peşmançılıq çəkmək əvəzinəözlərinə haqq qazandırmaq istəyirlər.

Aydındırki, Bakı şəhərində ən çox avtoxuliqanlıq edən yeniyetmələr və gənclərdir. Həminyaşda olan sürücülər sanki bir-birilə yarışa girir, nəqliyyat vasitəsinin qəfiləyləcini basır və bu zaman maşının təkərlərindən tükürpədici səs çıxır.Ətrafdakı insanlar isə belə anlarla üzləşəndə avtoxuliqanlıq eləyən,açıqdan-açığa cəmiyyətə hörmətsizlik göstərən bu gənclərə bir o qədər də yaxşıbaxmırlar. Yəni ictimaiyyətin bu cür hallara qarşı mənfi reaksiyası və qınağıolur.


Əlbəttə,belə məqamlarda ictimai rəy də böyük rol oynayır. Yəni küçədə, prospektdə bilərəkdənqaydaları pozub ictimaiyyətə açıqdan-açığa hörmətsizlik edən avtoxuliqanlarqanun qarşısında cavab verirlər. Və təsadüfi deyil ki, Bakı Şəhər Dövlət YolPolisi İdarəsinin Yol Patrul Xidməti Alayının keçirdiyi reyddə saxlanılan həminsürücülər barəsində inzibati protokol tərtib edilib və tədbir görülmək üçün məhkəmələrəgöndərilib.

YolPatrul Xidməti Alayının 8-ci tağımının əməkdaşları da Bakının küçə və prospektlərindəhərəkətin təhlükəsizliyini qorumaq üçün qabaqlayıcı tədbirlər həyata keçirirlər.Onların xidmət apardığı hava limanı, Heydər Əliyev prospekti və digər yerlərdəbir qayda olaraq sürücülərin qanunlara əməl etməsi diqqət mərkəzindəsaxlanılır. Heç kəsə sirr deyil ki, bu istiqamətdə sürət həddi başqa yerlərləmüqayisədə yüksəkdir. Amma bəzi sürücülər bir çox halda hava şəraitini nəzərəalmır, yağışlı, yağmurlu günlərdə nəqliyyat vasitələrini yüksək sürətlə idarəedirlər. Hansı ki, hava şəraiti mürəkkəb olanda Heydər Əliyev prospekti və havalimanına gedən yolda sürət həddi aşağı endirilir.

Çox təəssüfki, bu göstəriciləri bəzi sürücülər yaddan çıxarar və əvvləki sürət həddiylə hərəkətedirlər. Ona görə də 8-ci tağımın əməkdaşları xidmət apararkən bu cür sürücülərisaxlayır, onlara xəbərdarlıq edir, maarifləndirir və öz tövsiyələrini verirlər.

Təbiiki, sürücülərin tək, inzibati yolla qanunlara əməl etməsi bir o qədər də asanolmur. Ona görə də bu yolla yanaşı, 8-ci tağımın əməkdaşları sürücülər arasındaizahat işlərinin aparılmasını da ön plana çəkirlər. Elə sürücü var ki, inzibatitədbirdən çox səmimi aparılan söhbət ona daha çox müsbət təsir göstərir. Yəniyol polisi əməkdaşı ipə-sapa yatmayan bəzi sürücüylə sivil qaydada söhbət edəndə,ona hər şeyi xatırladanda bu daha effektli olur. Şübhəsiz ki, hər bir sürücününbir "boş damarı”, bir dili də var. Bax, o "boş damarı”, dili tapanda istər-istəməzhəmin sürücüləri istənilən istiqamətə yönəltmək mümkündür.

Səkkizincitağımın əməkdaşları xidmət zamanı neçə-neçə sərxoş sürücü və kobud qaydapozuntusu aşkarlayır. Bu sürücüləri heç də asanlıqla inandırmaq olmur ki,onların həmin hərəkətləri ilk növbədə özləri üçün böyük təhlükədir. Yəni buprosesdə də yol polisinin peşəkarlığına və sivil qaydada davranışına böyükehtiyac var. Nə yaxşı ki, bu tağımda bax belə peşəkar polis zabitləri, polis nəfərlərifəaliyyət göstərirlər.

Sonvaxtlar 8-ci tağımın həyata keçirdiyi tədbirlər nəticəsində 10-a yaxın sərxoşsürücü və kobud qayda pozuntusuna yol verən və digər sükan arxasında əyləşmişadamlar saxlanılaraq inzibati məsuliyyətə cəlb olunublar. Bu cür addımlarınatılması Bakının adını sadaladığımız küçə və prospektlərində mövcud təhlükələriaradan qaldırıb, ölüm və xəsarətalma hallarını aşağı endirib.

Səkkizincitağıma çox gənc və peşəkar polis zabiti, polis kapitanı Nurlan Əliyevkomandirlik edir. Öncədən onu qeyd edək ki, Nurlan Əliyev harda çalışbsa,özünün peşəkarlığı, nizam-intizamı və məsuliyyəti ilə digərlərindən seçilib.Ona görə də Yol Patrul Xidməti Alayında bu tağımın iş əmsalı daha yüksəkdir.Başqa sözlə demiş olsaq, 8-ci tağımın əməkdaşları dövlət tədbirlərindən tutmuşhərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün ən yüksək səviyyədə işləri həyatakeçiriblər.

Aydındırki, bu istiqamətdə nəqliyyat vasitələrinin sıxlığı və sayı daha çoxdur. Səhər vəaxşam saatlarında hərəkətin təhükəsizliyinitənzimləmək üçün 8-ci tağımın əməkdaşları vəzifə borclarını bir an beləunutmurlar. Üstəlik də hərəkətin sıx olduğu yerlərdə bir çox piyadalar keçirlərvə keçməyə çalışırlar. Adını çəkdiyimiz prospektlərdə yerüstü keçidlər var. Hərəkətinyüksək sürətli və dörd zolaqlı yerindən keçmək isə ölümə bərabərdir.

Çox təəssüfki, bəzi piyadalar bu təhlükəni nəzərə almır, dörd zolaqlı yolu keçmək istərkənçatdıra bilməyib və maşın onu vurur. Bax, bu məsələlər 8-ci tağımın daim diqqətmərkəzindədir. Onlar avtomobil yolunda xidmət apararkən avtomobil yolunu keçməkistəyən piyadaları saxlayır, onlara xəbərdarlıq edir və hər şeyi başa salırlar.Dəfələrlə qaydaları pozmaq istəyən piyada barəsində isə inzibati protokol tərtibolunur.

Səkkizincitağımın komandiri, polis kapitanı Nurlan Əliyev bizimlə söhbət zamanı bildirdiki, hər gün növbəni qəbul edərkən öncə ona çalışırıq ki, xidmət apardığımızmüddət ərzində həm sürücülər, həm də hərəkət iştirakçıları tərəfindən yaradılanmövcud təhlükəni aradan qaldıraq. Günün pik vaxtlarında isə nəqliyyat vasitələrininhərəkətini tənzimləmək üçün bütün əməkdaşlarımız səfərbər olunur. İlk növbədəona cəhd edirik ki, tıxaclar yaranmasın və yaranarkən onun qısa zaman kəsiyindəaradan qaldıraq. Ancaq nə etmək olar ki,şəhərimizin tıxacsız günü olmur. Bunu da yaradanlar bəzi sürücülərdir. Bir dəgörürsən ki, yol açılıb, sürücünün başı yanındakı sərnişinlə söhbətə qarışıb.Əməkdaşlarımız müdaxilə edəndən sonra sürücü birdən-birə özünə gəlir və hərəkətidavam etdirir.

Göründüyükimi, Bakının küçə və prospektlərində mövcud tıxacların və təhlükələrin aradanqaldırılması yol polisi ilə yanaşı, sürücülərin də üzərinə böyük məsuliyyətqoyur. Sürücü var ki, qarşıdan gələn sürücünü çətin vəziyyətdə görür, 3-4 saniyəşərait yaratmır ki, o sürücü mürəkkəb vəziyyətdənçıxsın. Yəni gəlin açıq etiraf edək ki, bu gün məmləkətimizdə sürücü mədəniyyətibir o qədər də yüksək səviyyədə deyil.

Nə vaxtaqədər ki, sürücü mədəniyyəti yüksəlməyəcək, Bakının yollarında və digər yerlərdəsadaladığımız problemlərlə tez-tez üzləşəcəyik. Ona görə də hər bir sürücüqaydalara əməl etməli, yol polisinin xəbərdarlıqlarını,tövsiyələrini dinləməlidir. Belə olsa tıxaclar da azalar, qəzalar da aşağı enərvə mövcud təhlükələr də zamanında aradan qaldırılar.