adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Aprel 2019 15:41
8033
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: PƏRDƏLƏRLƏ BAĞLI QADAĞALAR ARADAN GÖTÜRÜLÜR

Heç kiməsirr deyil ki, bir çox sürücülər yeri gəldi-gəlmədi "plyonkadan”, qara pərdələrdən,jalüzlərdən istifadə eləyir. Bu adını çəkdiyimizəşyalar ən çox avtomobillərin salonlarını gün işığından qorumağa yönəldilib. Təbiiki, həmin pərdələr də bu və ya digər dərəcədə sürücülərin və sərnişinlərin günəşşüasından qorunmasına hesablanıb. Təəssüflə qeyd etməliyik ki, ilin payız vəqış mövsümündə pərdələrdən, jalüzlərdən istifadə eləyənlər var. Bu isə birmənalıolaraq mövsümə uyğun gəlmir və qanun pozuntusu sayılır. Qeyri-qanuni istifadəyəgörə, sürücü 150 manat civarında cərimə edilə bilər.

Aydındırki, bir çox sürücülər bu məsələləri çox vaxt yaddan çıxarır, unudur, ya da bilərəkdənhəmin jalüzlərdən, qara pərdələrdən istifadə etməklə birmənalı olaraq qanunpozuntusuna yol verirlər. Əlbəttə, burda tək sürücülərin deyil, həm də maarifləndirməişləri aparan qurumların üzərinə yüksək məsuliyyət hissi düşür. Başqa sözlədemiş olsaq, istər qadağan olunan vaxtda, istərsə də istifadə olunan məqamda gərəkəlaqədar qurumlar televiziyakanallarında və mətbuatda təbliğat, maarifləndirmə işləri aparsınlar.

Dəfələrləreydlərdə görmüşük sürücülər yol polisi tərəfindən saxlanılarkən bildiriblərki, bizim qadağanla bağlı xəbərimiz yoxdur. Yol polisi əməkdaşı da ona izah edibki, axı bu barədə televiziyalarda əməkdaşlarımızın çıxışları olub. Onlar birmənalıolaraq payız və qış mövsümündə pərdələrin, jalüzlərin qadağan edilməsi iləbağlı qanunu yada salıblar. Sadəcə olaraq, bəzi məsuliyyətsiz sürücülər yüz bəhanəgətirərək bu barədə xəbərsiz olduqlarınıbildirirlər.

Ümumiyyətlə,bu gün bizim sürücülərin çoxu izahat, təbliğat və maarifləndirmə işlərindən nəticəçıxarmırlar. Tək pərdələrlə bağlı yox, digər qanun pozuntuları ilə əlaqədaryüksək səviyyədə təbliğat işləri aparılsa da, bunu əksər sürücülər ya yaddançıxarır, ya unudur, ya da bilərəkdən qanuna əməl etmirlər.

Məsələn,"Təmiz hava” aylığı ilə bağlı düz bir ay respublika ərazisində atmosferənormadan artıq zəhərli qazlar atan nəqliyyat vasitələri sürücülərinə qarşı reydlərkeçirildi. Həmin reydlərdə də yenə bir çox sürücülər saxlanılarkən məlum olduki, onların idarə etdikləri avtomobillərdə texniki qüsurlar var. Elə buna görədə belə nəqliyyat vasitələrindən atmosferə normadan artıq dəm qazı atılırdı. Həminsürücülərin də bəziləri iki ayağını bir başmağa dirəyib deyirdilər ki, "Təmizhava” aylığından xəbərimiz yoxdur. Ola bilər xəbərləri olmasın. Ancaq bu onlara əsas vermir ki, sükanıarxasında əyləşdikləri avtomobilləri nasaz vəziyyətdə saxlasınlar.


Bəzisürücülər də var ki, pərdələrə, jalüzlərə icazə veriləndə belə fikirləşirlərki, onlar "qara plyonka”lardan da istifadə eləyə bilərlər. Əgər sürücü maşınınyan tərəflərinə və arxasına bu "plyonka”lardan yapışdırırsa, deməli o, yenəqanunu pozur.

Bakı ŞəhərDövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov pərdələrləbağlı açıqlama verərək bildirdi ki, artıq may ayının 1-dən hər bir sürücü sənayeüsulu ilə istifadə olunmuş pərdələrdən və jalüzlərdən istifadə edə bilər. Ancaqqara "plyonka”lardan istifadə isə birmənalı olaraq qanun pozuntusu deməkdir. Bubarədə bizim televiziya kanallarında və mətbuatda çıxışlarımız olub. Konkretolaraq qanunun tələblərini və istifadə olunan pərdələrin texniki göstəricilərinisürücülərin diqqətinə çatdırmışıq. Ona görə də hər bir sürücü idarə etdiyi nəqliyyatvasitəsinə sənaye üsulu ilə istehsal edilmiş pərdələrdən vurmalıdır. Bu cür pərdələrvə jalüzlər heç bir qanun pozuntusu yaratmır.

Deməli,hər bir sürücü mayın 1-dən standartlara uyğun qara pərdələrdən, jalüzlərdənistifadə etmək hüququna malikdir. "Plyonka”lar isə birmənalı olaraq qanunpozuntusu deməkdir. Ona görə də sükan arxasında olan hər bir sürücü diqqətliolmalı, qanunun tələb etdiyi standartlara uyğun pərdələrdən istifadə etməlidir.