adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
11 Dekabr 2019 12:52
18739
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: O AĞACLAR...

Yaşadığımız Yerüzünü ağacsız, susuz, havasız təsəvvür etmək mümkün deyil . Yer üzündədediyimiz bu üç varlıq olmasa, orda həyatvə yaşayış ola bilməz. Ona görə də insanlar həmişə nəinki bu üç varlığı, Yerüzünün bütün gözəlliklərini qorumağa borcludular. Əgər qorumasalar, təbiət onlarıcəzalandıracaq. Necə ki, indi bir çoxları ağacları, yaşıllıqları qırıb-çatır vəbu da aydındır ki, məmləkətimizdə ekoloji problem yaranmasına səbəb olur.

Nə yaxşı ki, ölkəmizin dövlət başçısı İlham Əliyev və Birincivitse-prezident Mehriban xanım bu məsələləri daim diqqət mərkəzində saxlayır.Belə ki, həm cənab prezidentin, həm də Birinci vitse-prezidentin təşəbbüsüyləAzərbaycanda neçə illərdir ki, kütləvi surətdə yeni ağaclar, yaşıllıqlar və bəzəkkolları əkilir. Və bu tədbirlərdə adını çəkdiyimiz dövlət başçıları da yaxındaniştirak edirlər.

Təsadüfi deyilki, böyük Azərbaycan şairi İmaməddin Nəsiminin 650 illik yubileyi münasibətiləölkəmizdə "Nəsimi ili” elan edilib. Və bu "Nəsimi ili”ndə respublikamızın həryerində 650 min ağac əkilməsi planlaşdırılıb. Artıq demək olar ki, bütünrayonlar, şəhərlər və kəndələr təşəbbüsə qoşulub və ağacın çoxunu əkiblər. Bayaq dediyimiz kimi, ağacəkməkampaniyasında prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevada yaxından iştirak edib. Əlbəttə, bu cür təşəbbüslər, addımlar xalq tərəfindənçox böyük sevgi və məhəbbətlə dəstəklənir.İndi elə bir rayon yoxdur ki, onlar "Nəsimi ili”ndə ağacəkmə kamapaniyasındaiştirak eləməsinlər.

Mən doğulubboya-başa çatdığım Füzuli rayonuna tez-tez gedə bilməsəm də, heç olmasa 3-4aydan bir baş çəkirəm. Ən azından ona görə ki, orda mənim doğmalarım yaşayır vəəzizlərimin məzarlarını ziyarət etməyə borcluyam. Təbii ki, rayona gedəndəxeyir-şərdə də iştirak eləməyi yaddan çıxarmıram. Axı bura mənim böyüyüb boya-başaçatdığım yurd yeridi və yurd yerinin bütün incəlikləri, bütün zəriflikləri,bütün gözəllikləri həmişə məni özünə çəkir.



DəfələrləFüzuliyə dostlarımla da səfər etmişəm. Onlar rayon ərazisinə girib Horadiz şəhərinəçatana qədər magistral yolun sağında və solunda əkilmiş xan çinarlara çox böyüktəəccüblə baxırlar. Deyirlər ki, biz heç bir rayonda yolun sağında və solunda əkilmişvə çinar ağaclarına bu qədər rast gəlməmişik. Təbii ki, dostlarımın bu sözlərindənmən də sevinmişəm və demişəm ki, rayon ərazisində gördüyünüz bu ağaclar dövlətəvə prezidentə öz əməli işi ilə sadiq olan icra başçısı Alı Alıyevin təşəbbüsü vəFüzuli camaatının gücüylə əkilib. Son 8 ildə Füzulidə 50 mindən çox müxtəlifnöv ağaclar əkilib. Bununla yanaşı, 120 mindən çox qızılgül kolu bu gün rayonagələnlərin diqqətini cəlb eləyir. Əlbəttə, bu gözəllikləri, bu füsnkarlıqlarıgörməmək böyük günahdır. Çox yox, Füzulidə iki möhtəşəm yeri ziyarət eləmək nəyədesən dəyər: Heydər Əliyev parkı vəBayraq meydanı! Bu ünvanlarda o qədər müxtəlif növ ağac və gül kolları əkilibki, adama gəl-gəl deyir.

Əlbəttə, ağac əkmək,onu becərmək və böyütmək insandan çox böyük zəhmət tələb edir. Bu gün tam cəsarətlədeyə bilərəm ki, Füzulidə ağac becərməyin təcrübəsi digər rayonlarda da öyrənilməlidir.Ən azından ona görə ki, 8 il bundan əvvəl əkilmiş 50 mindən çox ağacı elə becəriblər,onlara elə qulluq göstəriblər ki, biri də qurumayıb. Heç uzağa getməyək, birvaxtlar Bayraq meydanı kollu-koslu, yüksəktəpə idi. İcra başçısı Alı Alıyevin təşəbbüsü və iştirakı ilə Füzuli camaatı o təpəni koldan, kosdan təmizləyibminlərlə eldar şamı əkilib. Üstəlik də yüksəklik olduğu üçün ora su çıxarmaq elədə asan deyildi. Amma füzulilər bunu bacardı. Əkilmiş ağaclar damcı yoluyla böyüdüldü.

İndi Bayraq meydanına qalxırsan, sanki özünü cənnətdəhiss eləyirsən. Hansı ki, 7-8 il əvvəl bu yerlərdə ilanlar mələyirdi. Yayınistisində heç yanda olmayan sərinlik bax, burda olur. Elə iyun, iyul və avqustaylarında da insanlar təmiz hava udmaq üçün axşamlar Bayraq meydanına qalxır. Mənimözüm də dəfələrlə nəvələrimlə və dostum Ariflə bu Bayraq meydanına çıxıb sərinləmişik.

"Nəsimi ili”ndəFüzulidə 5000 meyvə ağacı əkilib. Ağacəkmə kampaniyasında icra başçısı AlıAlıyevdən tutmuş sadə insanlara qədər hamı yaxından iştirak edib. Üstəlik dəağacların inkişafı diqqət mərkəzində saxlanılıb. Yəni onlar suvarılıb, küləkdənqorunmaq üçün balaca ağacların yanına bir dayaq da vurulub. Təbii ki, budayaqlar yeni əkilmiş ağacları küləkdən və təbiətin şıltaqlığından xilas eləyir.

Füzulidəağaclara elə qulluq olunur ki, sanki bu onların öz övladlarıdır. Dəfələrlə HeydərƏliyev parkında görmüşəm ki, analarının yanında nəzarətsiz qalan dəcəl uşaqlarqızılgülün ləçəklərini qoparırlar. Elə həminan da mühafizəçilər və digər sakinlər uşağın anasına öz etirazını bildiriblər vəgüllərin ləçəklərinin qoparılmasına və qırılmasına imkan verməyiblər. Ənazından ona görə ki, hər bir əkilən ağacı tək onu əkən deyil, həm də o ağacınkölgəsində oturan, o gülün ətrini hiss edən insanlar hamısı qorumalıdır.

Rayonun KommunalMüəssilələri Kombinatının işi isə demək olar ki, çox təqdirəlayiqdir. Füzulirayon İcra Hakimiyyətinin Kommunal Müəssisələri Kombinatının direktoru TeymurQurbanov öz işini bilən, təcrübəli və savadlı bir mütəxəssisdir. Çünki o, rəhbərliketdiyi kollektivin iş rejimini və onlara nəzarət etməyi çox yaxşı bacarır. Hərgün səhər tezdən təmizlik işləri ilə məşğul olan əməkdaşlara öz tapşırıqlarınıverir, üstəlik də bu tapşırığın yerinə yetirilməsinə ciddi nəzarət edir. Mənözüm də səhər saatlarında Horadiz şəhərində olanda həmin müəssisənin əməkçiləriniöz vəzifələrinə necə məsuliyyətlə əməl etdiklərinin şahidi olmuşam. Elələri varsübh tezdən şəhərin təmizlik işləri ilə məşğul olur, elələri də var yayınistisində səhərlər ağacları sulayır. Bunların hamısı insandan öz işinə, öz peşəsinəböyük məhəbbət tələb edir.

Teymur Qurbanovbizimlə söhbətində dedi ki, Füzulidə əkilmiş 50 min ağaca yüksək aqrotexnikiqaydada xidmət göstərilir. Mövsümə uyğun olaraq ağaclara qulluq edilir, onlarınqurumuş budaqları qırılır, gül kollarında yaranmış problemlər vaxtında aradanqaldırılır. Bir sözlə, ona çalışırıq ki, əkilmiş bir ağac, bir kol belə diqqətsizlikdənməhv olmasın. Rayon ərazisində 15800-dən çox xan çinar əkilib. Demək olar ki,bütün kəndlərin yollarının kənarında bu ağaclardan var və onlara elə qulluqgöstərmişik ki, hamısı da irigövdəli, qollu-budaqlıdı. İtaliyadan gətirilmiş4000 leylandra ağacları da çox yaxşı inkişaf edib. Bu ağaclar xüsusilə qulluğuxoşlayır. Ona görə də əməkdaşlarımız bu ağacların nazı ilə oynayır, onlaravaxtaşırı xidmət göstərir.

Teymur müəllimbizimlə söhbətində "Nəsimi ili”ndə əkilmiş 5000 meyvə ağacına xüsusi qulluqgöstərildiyini xatırlatdı. Dedi ki, o ağacların hər biri diqqət mərkəzindəsaxlanılır və onlara hər gün su verilir və xidmət göstərilir. Aydındır ki, hərbir ağac, hər bir yasıllıq və hər bir gül kolu qayğı sevir. Qayğı varsa, oağaclar da böyüyəcək. Bu gün Füzuliyə kimin yolu düşürsə və gələcəkdə düşəcəksə,onda görəcək ki, bu rayonda nə qədər yaşıllıqlar salınıb, ağaclar əkilib və gülkolları var.

Bu yaşıllıqlar,bu ağaclar və bu gül kolları Füzulini daha da gözəlləşdirir, rayonun havasınayeni bir nəfəs gətirir, insanların təmiz hava udmasına şərait yaradır. Üstəlikdə bu yaşıllıqlar, bu ağaclar və bu güllər rayona gələn qonaqların diqqətini cəlbedir və onlarda xoş ovqat yaradır...