adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
18 Oktyabr 2019 14:56
13193
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: MTK SƏDRİ AĞACLARI “ƏSİR” GÖTÜRDÜB

Bu gündünyanın ən böyük problemlərindən biri ekoloji fəlakətin qarşısını almaqdı.Bunun da həlli yolları var: ilk növbədə meşələrin, təbiətin və ağaclarınqorunması çox önəmli bir məsələdir. Ən azından ona görə ki, meşələri vəağacları təbiətin "ağ ciyəri” adlandırırlar. Amma biz neyləyirik?! Biz isə nəinkitəbiəti, meşələri, hətta Bakı şəhərindəki ağacları kəsib məhv etməkdən belə çəkinmirik.Heç kimə sirr deyil ki, Bakıda yüksək mərtəbəli mənzil tikən MTK-lar, eləcə dəbiznes və kommersiya ilə məşğul olanlar bu ağaclara qənim kəsiliblər.

Bir dəgörürsən ki, bir gecənin içində yüzlərlə ağac dəmir listlərlə hasarlandı və oağaclar qısa zaman kəsiyində ya qırılıb məhv edilir, ya da onun dibinə müxtəlifkimyəvi maddələr tökürlər ki, qurusun. Yəqin ki, bunu çoxlarınız görmüsünüz.Sanki bayaq dediyimiz kimi, bir çox iş adamları ağaclara qənim kəsiliblər.

Hansıki, Ulu Öndər Heydər Əliyev deyirdi ki, ağacı kəsən mənim balamın qolunu kəsir. Böyük Öndərin bu fikri doğrudan da zamankeçdikcə öz dəyərini itirmir. Çox təəssüf ki, bu gün də Bakı şəhərində ağaclaraqarşı MTK-larda bir allergiya var. Sanki ağaclar onların düşmənləridi.


AzərbaycanRespublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü iləölkəmizdə ağacəkmə kampaniyaları keçirilib. Və bu kampaniyaya bütün dövlətqurumları və qeyri-hökumət təşkilatları da qoşulublar. Son illər Bakı şəhərindəbu təşəbbüsün hesabına on minlərlə ağac əkilib. Əlbəttə, Mehriban xanımın bu nəcibvə gözəl addımı hər zaman xalq tərəfindən dəstəklənib. Hətta insanlar özləriyaşadıqları məhəllədə könüllü olaraq ağac əkib, yaşıllaşdırma işləri aparıblar.Başqa cür də ola bilməz. Çünki böyük Zəlimxan Yaqub deyirdi ki: "Bu yaşılağacın üstü Allahın, bu yaşıl ağacın altı bizimdi”.


Çox təəssüfki, heç də hamı bu məsələyə və ağacların qorunmasına birmənalı yanaşmır. Bugünlərdə Suraxanı rayon, Yeni Günəşli yaşayış sahəsi, massiv "D”, 13-cübinasının sakinlərindən redaksiyamıza bir müraciət daxil olub. Sözün düzü, həminmüraciəti oxuyanda çox təəccübləndik. 20 sakinin imza atdığı müraciətdəbildirilir ki, onların 30 il əvvəl dişi,dırnağıyla düzəltdikləri və əkdikləri ağaclar Vahid Abdullayevin sədrlik etdiyiMTK tərəfindən hasara alınıb.

Təbiiki, bu müraciəti sakinlər ölkə prezidenti İlham Əliyevə, birincivitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də digər nazirliklərə vəhüquq-mühafizə orqanlarına ünvanlayıblar. Müraciətdə qeyd olunur ki, onlar 30il əvvəl həmin yerdə qayaları, daşları təmizləyərək orda 80-ə yaxın ağac əkiblər.Üstəlik də ağacın böyüməsi və inkişafı üçün 50-60 maşın torpaq, peyin gətiriblər.Yayın istisində o ağaclara qulluq edilib, su verilib. Və bu suya görə də nə qədərsu idarəsinə pul ödənilib. Sentyabrın 30-da Suraxanı rayon bələdiyyəsinin nümayəndəsiİxtiyar Ağaqulu oğlu Nəcəfov bina sakinlərinə bildirib ki, onların çəkdiklərihasar sökülüb burda dövlət tərəfindənağaclara toxunmadan park salınacaq.

Oktyabrın1-də isə camaat tam başqa bir mənzərənin şahidi olub. Onlar görüblər ki, MTK həminyerə dəmir listlərdən hündür hasar çəkib və tikinti işlərinə başlanılıb.Ağacları kəsmək istəsələr də, sakinlər bir müddət buna imkan verməyiblər. İndiadını qeyd etdiyimiz tikinti şirkəti həmin yerdə traktor, ekskovator işlədir.Üstəlik də ərazidə tikinti işlərini aparmaq üçün "butkalar” qoyulub. Traktor vəekskovatorlar binanın özülünün qazıntısı ilə məşğuldur.



Camaatdeyir ki, Suraxanı bələdiyyəsinin nümayəndəsinin səmimiyyətinə inandıq. Ammasonra isə gördük ki, burda park yox, 3 il bundan əvvəl yarımçıq qalmış binanınözülünün tikintisinə başlanılıb.

Həminbağın sahiblərindən biri olan Xosrov Məcid oğlu Quliyev bildirir ki, biz bu barədəadiyyəti qurumlara məlumat vermişik. Bir Allah bilir ki, həmin ağacların əkilməsi,böyüdülməsi və inkişaf etdirilməsi üçün biz hansı əziyyətlərlə üzləşmişik. 30il bundan əvvəl daşlı, qayalı, kəsəkli və tullantılarla dolu bu yeri yayınistisində tər tökə-tökə nə zülmlə təmizləmişik, ora beton tökmüşük, hasar çəkmişik.50 maşın rayondan torpaq gətirtmişik. Yayın istisində hər gün iki dəfə oağaclara su vermişik. Ailəmizə, balalarımıza necə baxmışıqsa, ağaclara da eləqulluq göstəmişik. İndi bunlar da birdən peyda olub, "bura mənimdi” deyir,ağacları hasara alıblar. Oktyabrın 1-dən ora gedə də bilmirik.

Bağsalmış digər bir şəxs Teyyub Taqət oğlu Mirzəyev öz narazılığını və narahatlığını bildirir. Deyir ki, mən hələ dəelə bilirəm ki, bunlar yuxudur. Çünki hər gün bu ağaclara baş çəkir, onlarınnazı ilə oynayır, su verirdim. Özü də elə-belə ağaclar deyil, çox qiymətliağaclardı. Amma bu qətiyyən MTK sədri Vahid Abdullayevi düşündürmür. 3 ilbundan qabaq o bizimlə görüşmüşdü. Demişdi ki, heç bir ağaca dəyilməyəcək.Ancaq bu gün biz onun əksini görürük. Biz uşaq deyilik ha, çörəyi də qulağımızayemirik! Yaxşı bilirik ki, Vahid müəllim nə işlər görür. Amma yazılmış vəyazılmamış qanunlar hər şeydən üstündür. Və biz inanırıq ki, MTK sədrinin buözbaşınalığının qarşısı adiyyəti dövlət qurumları tərəfindən tezlikləalınacaqdır.

Binanınsakinlərindən Səməndər Məmmədov, Vüsalə Mirzəyeva, Mehdi Əliyev, NəzakətƏliyeva, Samir Abbasov, Vüqar Babayev, Firdovsi Cavadov, Aida Cavadova, Rəşadİsmayılov və başqaları bildirirlər ki, əgərbizim binanın arxasında Vahid Abdullayev yüksək mərtəbəli bina tiksə,onda bizim yaşadığızım mənzillər gün işığına həsrət qalacaq. Çünki binanınqarşısında yüksək mərtəbəli evlər tikilib. İndi də arxa tərəfdə yüksək mərtəbəlibina olacaqsa, bizim binaya gün düşməyəcək.



MTKhasar çəkməmişdən öncə biz həmin yerdəki ağacların şəkillərini telefonun yaddaşınaköçürmüşük və o şəkilləri də veririk ki, qoy əlaqədar qurumlar bilsin ki, burdabelə ağaclar var. Çox təəssüf ki, bu məsələlər həmişə öz həllini gec tapır.

Ölkəprezidenti cənab İlham Əliyev çıxışlarında deyib ki, hər bir qanun pozuntusu iləbağlı vətəndaşlar adiyyəti dövlət qurumlarına məlumat verməlidilər. Çünki biz cəmiyyətinvə insanların üzləşdikləri haqsızlıqları və qanunsuzluqları onların vasitəsiləbilirik. Göründüyü kimi, Suraxanı rayonu, Yeni Günəşli, "D” massivi, 13 nömrəlibinada yaşayan sakinlər də həmin məsələləri adiyyəti dövlət qurumlarının diqqətinəçatdırır. Onlar inanırlar ki, mövcud problem hüquqi müstəvidə öz həllini ədalətliyolla tapacaqdır.

Ağacların artıq 5-6-sı kəsilib