adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Oktyabr 2018 12:38
8484
ƏDƏBİYYAT

Faiq QİSMƏTOĞLU: KEÇMİŞƏ BİR İŞIQ

Azərbaycan kəndinin ətrini, təravətini, gözəlliklərini və rənglərini görməkistəyirsənsə, bu günlərdə «Maarif» nəşriyyatı tərəfindən çap edilmiş «Kənd həyatı»almanaxını vərəqləmək kifayət eləyər. Belə ki, bu almanax «Kənd həyatı» qəzetinin95 illiyinə həsr olunub. 1923-cü ildən bu günə qədər müxtəlif adlarla dərc olunmuşbu mətbu orqan Azərbaycan mətbuatının bünövrəsini qoymuş Həsən bəy Zərdabinin yaratdığı«Əkinçi» qəzetinin varisidi.

Almanaxın baş məsləhətçiləri Mətbuat Şurasının sədri, millət vəkili ƏflatunAmaşov və Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynovdur.Redaktoru aqrar elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasınınekologiya üzrə professoru, Zərdabişünas Eldəniz Həsənovdur. Tərtibçi-müəllif isə«Kənd həyatı» qəzetinin baş redaktoru Sabir Hüseynovdur.

İlk səhifə Ulu Öndər Heydər Əliyevin şəkili ilə açılır və onun yaddaşlarahəkk olunmuş bu sözlərilə başlayır: «Mən öz mənalı həyatımın düz 60 ilini xalqımızınbu günü və sabahı ilə yaşamışam… Bu illərdə istər bir azərbaycanlı, Azərbaycan Respublikasınınvətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına,dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur.Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam.Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam.Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımıtəmin edib».

Səhifəni vərəqlədikcə Azərbaycan prezidenti İlham Əliyevin bu sözləridiqqəti cəlb edir: «Aqrar sahənin inkişafı növbəti illərdə də prioritet olaraq qalacaqvə kənd təsərrüfatında islahatlar daha da dərinləşəcəkdir».

Almanaxda tarix elmləri üzrə fəlsəfə doktoru Akif Aşırlının ««Kənd həyatı»sələfinə sadiqdir», Aqrar elmlər üzrə fəlsəfə doktoru Eldəniz Həsənovun «Həsən bəyZərdabi Azərbaycanda aqrar elmlərin banisi,əkinçilik mədəniyyətinin yaradıcısıdır». Faiq Qismətoğlunun «İşıqlı yol», iqtisadelmləri doktoru, «Əməkdar kənd təsərrüfatı işçisi» Musa Məmmədovun ««Əkinçi»ninənənəsi yaşayır», «Azərbaycan kolxozçusu» qəzetinin sabiq redatkoru Qulam Məmmədlinin«Yaxşı yadımdadır…», «Azərbaycan kənd təsərrüfatı» qəzetinin sabiq müxbiri AllahverdiEminovun «Azərbaycan kənd təsərrüfatı», «Sovet kəndi» qəzetinin sabiq xüsusi müxbiriİltizam Rüstəmovun «Qəzet səhifələrindən boylanan günəş», «Sovet kəndi» qəzetininsabiq xüsusi müxbiri Müştəba İsmayıloğlunun «İndi başqa zəmanədir, ustad!» və digərmüəlliflərin maraqlı məqalələri dərc olunub.

Bununla yanaşı, almanaxda «Sovet kəndi» qəzetinin arxiv materiallarındanvə fotolardan geniş istifadə edilib. Bütün bunlar qəzetinin 95 illik fəaliyyətinəbir işıq salır və onu bugünkü zamana gətirib çatdırır. Eyni zamanda almanaxda tanınmışziyalıların təbrikləri, ürək sözləri verilib. Onu da qeyd edək ki, ayrı-ayrı dövrlərdəqəzetin redaktorları vəzifəsində çalışmış yazarların da xatirələri toplanıb. Ümumiyyətlə,«Kənd həyatı» qəzeti nəşr olunduğu ilk gündən bu günə qədər hansı dövrü, hansı tarixianı yaşayıbsa, onların hamısı almanaxda öz əksini tapıb.

Bir daha «Kənd həyatı»nı sevənlər tarixə və keçmişə qayıdıb bu nəşrin maarifçiliklə, insanların savadlanmasıyla bağlıanların şahidi olmaq istəyirsə, onda nəşr olunan bu almanaxıvərəqləməyi unutmasın. Bəziləri onu vərəqləyərkən hətta özlərini və şəkillərinidə orda görə bilərlər.

Bir sözlə, milli mətbuatımızın zənginləşməsində və inkişafında əvəzsizxidmətləri olan «Kənd həyatı»qəzetinin ötən bir dövrünün bu formada almanaxa çevrilməsivə tarixin yaddaşına hopması onu deməyə əsas verir ki, bu işi həyata keçirənlərçox böyük xeyirxah addımlar atıblar. Elə insanı da yaşadan, gələcəyə aparan, xalqasevdirən belə addımlardı. İnanırıq ki, nəşr olunmuş yeni almanax onu vərəqləyənlərinvə oxuyanların böyük sevincinə səbəb olacaq.