adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
23 Iyul 2019 11:34
12727
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: “İKİ YÜZ MANAT PLAN VERİRƏM, ONA GÖRƏ DƏ AVTOBUSU BƏRK SÜRÜRƏM”

Bir çoxsürücülər elə təsəvvür edirlər ki, sükan arxasında əyləşdikləri avtobus vəmikroavtobusları istənilən sürətlə idarə edə bilərlər. Bu yanlış təsəvvür artıqonların qanına işləyib. Çox təəssüf ki, bu düşüncə ilə Bakıda və eləcə də digərşəhərlərdə sərnişin daşıyan sürücülər az deyillər. Onların bəzən adi bir səhlənkarlığıneçə-neçə sərnişinin ölümünə gətirib çıxarır.

Sanki bəziməsuliyyətsiz sürücülər avtobus və mikroavtobus idarə etdiklərini unudurlar. Vəonlar elə bilirlər ki, sərnişin deyil, tikinti materialı daşıyırlar. Heçtikinti materialları daşıyan sürücülər də camaatı qırğına verən avtobus sürücülərikimi hərəkət eləmirlər. Çünki onlar bilirlər ki, yük daşıyırlar və bu yükün dəhamısını mənzilbaşına çatdırmalıdır.

Bakıdabir çox marşrutlarda işləyən avtobus sürücüləri qoyulmuş planı ödəyə bilmədiyinəgörə, avtobusu elə sürətlə idarə edirlər ki, ordakıların taleyi tükdən asılıolur. Yəni yüksək sürətlə idarə olunan avtobus hər an idarəetmədən çıxa bilər,yaxud da ki, qarşıdan gələn nəqliyyat vasitəsilə toqquşma ehtimalı olur.

Bizkonkret olaraq metronun "Neftçilər” stansiyasının yaxınlığından Yeni Günəşliyaşayış sahəsinə gedən 50 nömrəli marşrutda baş verən xoşagəlməz hadisələrdənsöhbət açmaq istəyirik. Bu marşrutla bağlı sərnişinlər dəfələrlə müxtəlifünvanlara iradlarını bildirsələr də, orda yaranmış mövcud problem hələ də öz həllinitapmayıb. "Ədalət” qəzeti olaraq biz də gördüyümüz nöqsan və çatışmazlıqları həmmarşrutun məxsus olduğu şirkətin rəhbəriliyinə, həm də Bakı NəqliyyatAgentliyinə çatdırmışıq. Təəssüf ki, qaldırılan problemlər hər iki qurum tərəfindənmüsbət yönümdə öz həllini tapmayıb.

Yeni Günəşliyəbu istiqamətdə iki marşrut hərəkət edir: biri 64 nömrəli, digəri isə 50 nömrəli!64 nömrəli marşrutda qayda-qanun yaradılıb. Belə ki, köhnə avtobusların hamısıistismardan çıxarılıb və marşrut yeni sahibkara verilib. Sahibkar da xəttə ənmüasir kondisioner sistemi olan avtobuslar buraxıb. İndi həmin nəqliyyat vasitələrindənistifadə edən sərnişinlər çox razılıq edirlər.

Əfsuslarolsun ki, 50 nömrəli marşrutda isə sınıq-salxaq, köhnə avtobuslar istismaraburaxılıb. Bu avtobuslarda yayda istidən, qışda da soyuqdan sərnişinlər olmazınəziyyətləri çəkirlər. Hələ biz onu demirik ki, isti və soyuq havada bir dəgördün avtobus xarab oldu və sərnişinləryarı yolda qaldı. Üstəlik də avtobusların oturacaqları çox pis vəziyyətdədir,gigiyenik və sanitar qaydalara əməl olunmur.

Sərnişinlərbütün bu çətinliklərə dözürlər. Amma elə problemlər var ki, ona dözmək,tab gətirmək mümkün deyil. Məsələn, istiyay günlərində bu avtobusların əksər sürücüləri onu qapısı açıq idarə edirlər.Bir sərnişin də irad tutanda sürücü əsəbləşir və deyir ki, mən qalmışam odla suarasında. Biriniz deyirsiniz qapını örtün, biriniz də deyirsiniz qapını açın. Mənhansı deyiləni eləyim?

Sərnişinlərdənbiri onun cavabını verib dilləndi ki, heç kimin dediyini eləmə. Qanun nə deyir,onu elə! Sabah biri o açıq qapıdan yıxılsa, sən nə cavab verəcəksən? Avtobusda"kalyaska”da iki balaca uşaq vardı. Uşaqların anası sürücüyə dedi ki, ayqardaş, qapını ört, "kalyaska” hərəkət edər, uşaqlar düşər təkərin altına.Sürücü isə nə onun, nə də başqa sərnişinlərin iradlarını heç vecinə beləqoymadı.

50 nömrəlimarşrutda yüksək sürətlə hərəkət edən başqa bir avtobus sürücüsünə dəqadınlardan biri maşını bərk sürdüyünə görə iradını bildirdi. Dedi ki, qardaş,elə bir gün olmur ki, qəzalar baş verməsin, adam da ölməsin. Sən Allah, maşınıbir az yavaş sür! Xanımın sözünə avtobusda olan başqa bir ağsaqqal da söykəkverəndə cin vurdu sürücünün başına. Əsəbi-əsəbi dedi ki, ağsaqqal, o qadındıdanışır, ona baş qoşmuram, bəs sənə nolub ona "tırka” verirsən? Görmürsən ki,biz nə zülm çəkirik? Əgər maşını bərk sürməsəm 200 manatlıq planı mən necə verəcəm?Elə gücünüz çatırsa, gedin müdirə deyin, o planı aşağı salsın, biz də yavaş sürək.Sutkanın 16 saatını sükan arxasında oluram. Bu müddətdə 10-15 dəfə sərnişinlərqanımızı qaraldır. Bu istidə elə bilirsən avtobus sürmək asandır? İt zülmüdürey, heç bunu düşmənimə də arzulamıram. Amma Allah əlacımı kəsib. Allaha andolsun ki, elə gün olur ki, evə heç 10 manat da pul aparmıram, hamısını planaverirəm. 16 saat işlə, evinə çörəkpulu aparma. Bunu Allah götürər?

Sürücünündə haqqı var. Ən azından ona görə ki, onlara elə plan qoyurlar ki, 16 saat ərzindəonu verə bilmir. Amma bu qətiyyən o avtobusdan istifadə edən sərnişinləringünahı deyil. Çünki sürücü-sahibkar məsələrinə aydınlığı Bakı NəqliyyatAgentliyi gətirməlidir. Ona görə ki, elə marşrut sahibləri var ki, götürdükləriöhdəlikləri yerinə yetirə bilmirlər və qanunu pozurlar. Yəni onlar köhnəavtobusları istismardan çıxarmalı, xəttə yeni avtobuslar buraxmalı və kartsisteminə keçməlidirlər.Çox təəssüf ki, bu məsələlər 50 nömrəli avtobusda bugünə qədər öz həllini tapmayıb.

Hər il sonaçatanda Bakı Nəqliyyat Agentliyi bildirir ki, sərnişinlərin narazılıq elədiyi vəköhnə avtobuslardan istifadə olunan marşrutlar o sahibkarlardan alınıb əhaliyəyüksək xidmət göstərən digər sahibkara veriləcəkdir. Çox təəssüf ki, uzun illərdir50 nömrəli marşrutla əlaqədar problemlər yoluna qoyulmayıb. İndi həminmarşrutdan istifadə edən sərnişinlər 64 nömrəli marşruta baxıb köks ötürürlər.Deyirlər ki, o sərnişinlərin sağ əli bizim başımıza. Yəqin ki, nə vaxtsa bizimdə istifadə etdiyimiz köhnə avtobuslar xətdən çıxarılacaq, onun yerinə təzəavtobuslar istismara buraxılacaq. Təki belə olsun!