adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
26 Sentyabr 2018 12:48
8637
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: HƏRƏKƏTİN TƏHLÜKƏSİZLİYİ TƏMİN EDİLSƏ…

Sükan arxasında əyləşmiş hər bir sürücü ilk növbədə yolhərəkəti qaydasına əməl etməyə borcludur. İstər respublika əhəmiyyətli, istərsədə şəhərdaxili yollarda nəqliyyat vasitələrinin hərəkətini tənzimləyən yol nişanlarıvar. Və bu yol nişanları da hər bir sürücüyə dəqiq gedəcəyi istiqaməti müəyyənləşdirir.Çox təəssüf ki, bizim əksər sürücülər yanlış düşüncəyə malikdilər. Məsələn, onlardeyirlər ki, hər yerdə nəqliyyat vasitələrinin hərəkətini tənzimləyən yol polislərininfəaliyyəti mütləq vacibdir. Düzdür, elə yollar var ki, orda işıqforlar işləməyəndə,yaxud da tıxaclar yarananda bir anın içərisində həmin yerlərdə yol polisləri avtomobillərinhərəkətini tənzimləyir, yolu açır və fasilələrlə hər iki tərəfə şərait yaradırlarki, onlar hərəkəti dayandırmasınlar.

Dünyanın heç bir yerində istənilən yerdə yol polisi gözədəymir. Çox nadir hallarda yol polisinə rast gəlmək mümkündür. Ancaq bizim sürücülərrespublika əhəmiyyətli və şəhərdaxili yollarda hərəkət edərkən mütləq yol polisininköməkliyini arzulayır. Bəs onda yol nişanları, ayrı-ayrı xəbərdarlıqlar və məlumatlarnə üçündür? Təbii ki, bu onun üçündür ki, sürücülər bu xəbərdaredici yol nişanlarınadiqqət yetirsinlər və ona da uyğun nəqliyyat vasitəsini idarə etsinlər.

Bizdə bəzi sürücülər harda radar varsa, həmin istiqamətlərdəsürət həddinə əməl edirlər. Elə ki, radar gözə dəymir, yaxud uzaq bir məsafə var,bax, həmin yerə qədər sürücü saatda 90-la avtomobili idarə etmək əvəzinə130-140-la və bəzən də daha yüksək sürətlənəqliyyat vasitəsini idarə edir. Bu isə birmənalı olaraq baş verə biləcək qəzalarüçün münbit şərait yaradır.


Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayınınəməkdaşları bu cür qanun pozuntularının qarşısını almaq üçün mütəmadi olaraq respublikaəhəmiyyətli yollarda reydlər təşkil edir, qabaqlayıcı tədbirlər görür. Aydındırki, belə tədbirlərin gerçəkləşdirilməsi hər hansı yol-nəqliyyat hadisələrinin qarşısınınalınmasında önəmli əhəmiyyət kəsb edir.

Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşlarıda Bakı-Qazax yolunun Ələtə qədər olan istiqamətində hərəkətin təhlükəsizliyinitəmin edirlər. Bu isə birmənalı olaraq proflaktik tədbir deməkdir və hərəkət iştirakçılarınıntəhlükəsizliyinə hesablanıb. İlk növbədə tağımın əməkdaşları kobud qayda pozuntularınaqarşı mübarizəni yüksək səviyyədə təşkil ediblər. Nəqliyyat vasitəsini sərxoş vəziyyətdəidarə edən, qəza şəraiti yaradan, ara məsafəsi saxlamayan, texnkii baxışdan keçməyən,təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobilin konstruksiyasında dəyişiklikedən sürücülər diqqətdən kənarda qalmırlar. Bununla yanaşı, reydlər zamanı cinayəttərkibli işlər də üzə çıxır. Belə ki, dəfələrlə tağımın əməkdaşları mənşəyi bilinəmyənət aşkar ediblər və eləcə də nəqliyyat vasitəsində narkotik vasitə aşkar olunub.Bu barədə onlar adiyyəti qurumlara məlumat veriblər və adiyyəti qurumların araşdırılmasındansonra məsələlərə aydınlıq gətirilib.

Həyata keçirilən proflaktik tədbirlər nəticəsində əvvəlkivaxtlarla müqayisədə tağımın xidmət apardığı Bakı-Qazax yolunda ölüm və xəsarətalmahalları aşağı enib. Bununla yanaşı, stasionar postda qəflətən səhhəti pisləşən birneçə sürücüyə onlar tərəfindən təcili köməklik göstərilib və təcili tibbi yardımçağırılıb. Tağım əməkdaşlarının yardımıyla səhhətində kritik anlar yaranan sürücülərvə sərnişinlər həkimlər gələnə qədər çətin vəziyyətdən çıxarılıb.

Son vaxtlar 6-cı tağıma yeni gənclər gəlib. Təbii ki,bu gənclər həm fiziki cəhətdən dözümlüdür, həm də bir çox məsələlərin həllində dahacəsarətlidilər. Yəni onlar xidmət apararkən heç bir çətinlikdən və təhlükədən çəkinmirlər.Əksinə, yol hərəkəti qaydasını pozan, hətta ictimai asayişə əməl etməyən, polisətabe olmayan hərəkət iştirakçılarını da intizama dəvət etməyi bacarırlar. Belə əməkdaşlardanbiri polsi baş serjantı Xəzər Rzayevdir. O, əvvllər Yol Patrul Xidməti Alayınındigər tağımında çalışıb. Bir ildir ki, 6-cı tağımda fəaliyyət göstərir. Dövlət tədbirlərindəvə eləcə də tağımın keçirdiyi reydlərdə çox bacarıqla çalışır. Yəni yol hərəktiqaydasını pozan, qanuna hörmətsizlik edən heç bir sürücü onun diqqətindən kənardaqalmır. Xəzər Rzayevlə yanaşı, bu tağımda yeni fəaliyyətə başlamış bir polis serjantıda var – Şəmsəddin Əliyev. O, 3 il Bakı şəhər Dövlət Yol Polisi İdarəsində fəaliyyətgöstərib. İndi isə 6-cı tağıma göndərilib. Çox intizamlı, savadlı və həm də tapşırılanişə məsuliyyətlə yanaşan bir gəncdir. Təbii ki, yol polisi öz üzərinə düşən missiyanıyeriən yetirəndə bu birmənalı olaraq hərəkətin təhlükəsizliyinin təmin edilməsindəəvəzsiz rol oynayır.

Altıncı tağımın naryad rəhbəri, polis kapitanı Namiq Əzizov bildirir ki, hər iki polis əməkdaşını– Xəzər Rzayevin və Şəmsəddin Əliyevin fəaliyyətindən və iş əmsalından razıdır.Biz onlara hansı tapşırığı veririksə, bu gənclər həmin tapşırığı məsuliyyətlə icraedirlər. Bu isə o deməkdir ki, gənclərə güvənməkolar. Bizimlə söhbətində Namiq Əzizov bir fikri də xüsusilə vurğuladı ki, yaşayışsahələrində piyadaların və hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməkməqsədilə bütün zəruri addımlar atılıb. İstər Sahil, istər Sanqaçal, istərsə dəƏlət qəsəbəsi istiaqəmtində piyadaların yolu təhlükəsiz keçməsi üçün yerüstü vəyolüstü keçidlər vardı. Çox təəssüf ki, bəzən piyadalar təyin olunmuş yerdən deyil,nəqliyyat vasitələrinin yüksək sürətlə hərəkət etdiyi yoldan keçmək istəyirlər.Bu isə həmin piyadanın həyatını təhlükə qarşısına atır.

Göründüyü kimi, hərəkətin təhlükəsizliyi təkcə yol polisininhəyata keçirdiyi tədbirlərlə məhdudlaşmamalıdır.Əgər hər bir hərəkət iştirakçısı, o cümlədən sürücülər təhlükəsizliklərini təminetmək istəyirlərsə, onların hamısı yol hərəkətiqaydalarına əməl etməyə borcludular. El dilində demiş olsaq, sürücülər yol nişanlarınadiqqət yetirməli, piyadalar isə işıqforların yaşıl işığının yanmağını gözləməli,yerüstü və yeraltı keçdlər varsa, ordan istifadə etməlidir. Bu addımı atanları heçbir təhlükə gözləmir.