adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
11 Aprel 2019 13:17
8856
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: HAVAYA NORMADAN ARTIQ ZƏHƏRLİ QAZLAR ATILIR

Atmosferin çirkləndirilməsinin qarşısının alınması üçün ölkəmizdə çoxböyük tədbirlər həyata keçirilir. Onlardan biri də DİN-in Baş Dövlət Yol Polisiİdarəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birlikdə keçirdiyi "Təmizhava” aylığıdır. Artıq 2019-cu ildən bu tədbirlər ildə bir dəfə deyil, iki dəfə keçiriləcək. Bir dəfə martın 28-dən aprelin28-nə kimi, ikinci dəfə isə avqustun 1-dən 31-dək. Ancaq əvvəlki illərdə bu tədbirildə bir dəfə keçirilirdi. Tədbirin ildə iki dəfə olması isə atmosferin çirkləndirilməsininqarşısının alınmasında önəmli əhəmiyyət kəsb edə bilər.

Havanın çirkləndirilməsinin qarşısının alınması tək iki məlumqurumdan deyil, bütövlükdə hər bir insandan, hər bir vətəndaşdan və genişictimaiyyətdən böyük məsuliyyət tələb edir. Başqa sözlə demiş olsaq, təmizhavamızı qorumaq bir vətəndaş olaraq hamımızın borcudur.


Artıq martın 28-dən aprelin 28-dək davam edəcək "Təmiz hava” aylığıgeniş vüsət alıb. Bu tədbirin keçirilməsində mütəmadi olaraq Baş Dövlət YolPolisi İdarəsinin ekoloji bölüyünün üzərinə də böyük bir missiya düşür. Elə bubölüyün ən başlıca vəzifəsi təmiz havanın çirkləndirilməsinə qarşı mübarizəaparmaqdı. Demək olar ki, il boyu ekoloji bölük atmosferə normadan artıq dəmqazı atan sürücülərə qarşı ciddi mübarizə aparır, onların arasında maarifləndirməişləri təşkil edir, nəqliyyat vasitələrində yaranmış texniki qüsurların aradanqaldırmağın yollarını göstərir.


Aprelin 11-də də ekoloji bölükdə təmiz havanı çirkləndirən sürücülərəqarşı mübarizə davam edib. Aparılan yoxlamalar və reydlər nəticəsində məlumolub ki, atmosferə zəhərli qazların atılması avtomobillərin buraxılış illərindənasılı olmayaraq, bir çoxlarında müşahidə olunub. Adətən belə bir fikir yaranırki, yeni avtomobildən atmosferə normadan artıq zəhərli qaz atıla bilməz.Faktlar isə bunun əksini göstərib. Belə ki, buraxılış ili təzə olan bəziavtomobillər ekoloji bölüyün stasionar postunda yoxlanılarkən onlardan daatmosferə normadan artıq zəhərli qaz atılması aşkar olunub.


Xüsusən bu gün yükmaşınlarından havaya normadan artıq dəm qazı atılır. Məsələn, 99 GJ612 nömrəli yük maşını stasionar postdapolis kapitanı Müşfiq Abbasov tərəfindən saxlanıldı. Həmin maşın yoxlanılarkənondan atmosferə normadan artıq zəhərli qaz atılması faktı üzə çıxdı. Adətən bucür maşınlardan atmosferə 1,7 faiz normaya uyğun zəhərli qaz atılmalıdı.Faktlar isə göstərir ki, bu maşında texniki qüsur olduğuna görə, atmosferə 5,89faiz zəhərli qaz atılır. Polis kapitanı nöqsanları sürücünün nəzərinəçatdıranda sürücü səhvini anlamaq əvəzinəəsib-coşdu:

- Sizin işiniz-gücünü yoxdu? Guya bu ölkədə hər şey düzəlib, bircəbizim işimiz əyridi. Heç belə də iş olar? Dünya dağılmayıb ki?!

Çox təəssüf ki, bəzi sürücülər özlərinin qanunsuz hərəkətinə haqqqazandırmaq istəyir. Qanunu pozmağı bir yana, üstəlik də xidmət aparan yolpolisi əməkdaşlarını qınayır. Hər halda, yol polisi qanunu pozmuş sürücüyə öztövsiyələrini verir, üstəlik də buna görə 50 manat məbləğində inzibati protokoltərtib edir.

Mikroavtobus sürücüsü də stasionar postda saxlanılır. 90 DA 681 nömrəlimaşının sürücüsü yol polisləri onu saxladığına görə əsəbləşir. Polis başserjantı Səyyad Baxışov ona maşının saxlanılması ilə bağlı məlumat verir.Yoxlanış zamanı burda da atmosferin çirkləndirilməsi normadan artıq olmasıaşkarlanır. Belə ki, bu mikroavtobusdan atmosferə 5,36 faiz zəhərli qaz atılır.Təbii ki, sürücünün nəqliyyat vasitəsini texniki cəhətdən nasaz saxlaması polisserjantı tərəfindən onun nəzərinə çatdırılır və həmin sürücü də elə çalışır ki,mübahisə eləsin. Bəzən sürücülər fikirləşirlər ki, mübahisə eləməklə nəyəsənail olacaq və cərimə edilməyəcəklər.

Stasionar postda "Mersedes” markalı minik maşını da saxlanıldı. 90 EC896 nömrəli avtomobilin sükanı arxasında əyləşən sürücü heç bir şey demədənpolis baş serjantı Səyyad Baxışovla razılaşdı. Aydındır ki, həmin maşın dayoxlanıldı. Amma yoxlanılana qədər sürücü and-aman edirdi ki, maşını təzə düzəltdiribvə hər şey qaydasındadır. Onun bu fikriylə polis baş serjantı razılaşdı. Dediindi yoxlayarıq, əsl həqiqəti üzə çıxararıq. Müayinə zamanı bu minikavtomobilindən də atmosferə normadan artıq dəm qazı atılması faktı öz təsdiqinitapdı.


Ekoloji bölüyün komandiri, polis polkovnik-leytenantı Fuad Mayılov "Təmizhava” aylığı ilə əlaqədar görülmüş və görüləcək işlərlə bağlı məlumat verərəkdedi ki, mütəmadi olaraq əməkdaşlarımız atmosferi çirkləndirən sürücülərə qarşıfəal mübarizə aparır. Aprelin 10-na qədər 1500 sürücü saxlanılıb, söhbətlər vəmaarifləndirmə işləri aparılıb, onlardan 420 nəqliyyat vasitəsinin sürücüsühaqqında inzibati protokol tərtib edilib. Və onların hər biri 50 manatcivarında cərimə olunub. Bizim məqsədimiz kimisə cərimə etmək deyil. Bizim vəzifəmizodur ki, sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə və qanuna dəvət etməyəçalışaq. Ən çox ona cəhd edirik ki,sürücülər maariflənsinlər və inzibati cəza olmadan nəqliyyat vasitələrindəkimövcud texniki qüsurları vaxtında aradan qaldırsınlar. Biz həmişə bax, bumissiyanı əsas vəzifəmiz saymışıq. Bir daha sürücülərə tövsiyyə edirik ki,atmosferə normadan artıq zəhərli qazlar atan texniki qüsurlu avtomobillərləyollarda hərəkət etməsinlər. Bu həm də həmin sürücülərin öz rahatlığı və təhlükəsizliyiüçün lazımdı.

Hər gün keçirilən "Təmiz hava” aylığında ekoloji bölüyün əməkdaşlarındanpolis kapitanı Müşfiq Babaşov, polis baş serjantları Səyyad Baxışov, Vüqar Cəbrayılov,Ramin Hidayətov yaxından iştirak etməklə sürücülərlə ünsiyyət yaradır, onlarlasəmimi münasibət qurur və çalışırlar ki, hər iki tərəf arasında normal əlaqəyaransın. Çünki yol polisi sürücülər və hərəkət iştirakçıları ilə sıx əlaqəyaradanda bu həmişə işin xeyrinə olur.