adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Noyabr 2019 18:12
8390
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: HAVA ŞƏRAİTİ YAĞIŞLI OLANDA...

Havaların əlverişsiz keçdiyigünlərdə, yəni yağışlar yağanda və yolar sürüşkən olanda yol-nəqliyyat hadisələriüçün münbit şərait yaranır. Və heç kəsə sirr deyil ki, bu cür mürəkkəb şəraitindəqəzaların baş verməsi qaçılmaz olur. Bir həftə bundan öncə ölkəmizdə havalarındəyişməsi respublikanın avtomibil yollarında, eləcə də şəhərdaxili istiqamətlərdəqəzaların sayının artmasına gətirib çıxarıb. Təbii ki, bu qəzalar zamanı adigünlərdə olduğundan daha çox insan vəfat edib və bununla yanaşı, xəsarətalanlar da çoxalıb.

Əlbəttə, qəzaların baş verməsininbir çox səbəbləri var. Bu səbəblər də zaman-zaman yol polisi və eləcə də digəradiyyəti qurumlar tərəfindən təhlil edilir, araşdırmalar aparılır və mövcudproblemləri aradan qaldırmaq üçün qabaqlayıcı tədbirlər gerçəkləşdirilir. Qəzalarınbaş verməsinin ən başlıca səbəbləri nəqliyyat vasitələrinin yüksək sürətlə idarəolunması, hava şəraitinin mürəkkəb keçməsi və bununla yanaşı, bəzi istiqamətlərdəyolların lazımi standartlara cavab verməməsidir.



Göstərdiyimiz faktlarla bərabər,sürücülərin sükan araxasında yuxulaması, yolun sağı boş olduğu halda, solu iləavtomobilləri idarə etməsi, tez-tez güzgüyə baxmadan manevrlərə meyllilik başverə biləcək qəzaların yaranmasında önəmli rol oynayır. Üstəlik də yolların gecəsaatlarında yaxşı işıqlandırılmaması və piyadaların da yeraltı və yerüstükeçidlərdən, o cümlədən təyin olunmuş yerlərdən keçməməsi ölümlə nəticələnənhadisələrin baş verməsinə təkan yaradır.

Bütün bu göstərdiyimiz problemlərvə məsələlər mütəmadi olaraq Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən təhliledilir, araşdırılır və qabaqlayıcı tədbirlərin həyata keçirilıməsi üçün ciddiaddımlar atılır. Demək olar ki, respublikanın avtomobil yollarında Yol PatrulXidməti Alayının bütün tağımları bu dediyimiz məsələləri sutkanın 24 saatınıdiqqət mərkəzində saxlayırlar. Həftənin şənbə-bazar günləri bir qayda olaraqkobud qayda pozuntuları ilə əlaqədar bütün tağımlar xidmət apardıqlarırespublika əhəmiyyətli avtomobil yolunda reyd və yoxlamalar keçirirlər.



Belə reyd və yoxlamalar YolPatrul Xidməti Alayının 6-cı tağımında da davamlı olaraq gerçəkləşdirilir. Təbii ki, ilk növbədə hərəkətin təhlükəsizliyinintəmin edilməsi üçün yol hərəkəti qaydalarına sürücülərin əməl etməsi diqqət mərkəzindəsaxlanılır. Tağım əməkdaşları xidmət apardıqları avtomobil yolunun Qobustan,Sahil, Sanqaçal və Ələt istiqamətində hərəkət iştirakçılarının maarifləndirilməsiüçün vaxtaşarı olaraq tədbirlər həyata keçirir. Çünki heç kəsə sirr deyil ki,bu adını çəkdiyimiz yaşayış sahələrində çoxlu sayda məktəblər, uşaq bağçaları vəşirkətlər fəaliyyət göstərir. Və çox vaxt da həmin kollektivlərdə olanpiyadalar yolu keçərkən təyin olunmuş yerdən yox, avtomobillərin sürətlə hərəkətetdiyi yoldan keçməyə çalışırlar. Və bu da bəzi hallarda piyadaların vurulmasıilə nəticələnir.



Göstərdiyimiz problemi aradanqaldırmaq üçün Yol Patrul Xidməti Alayının 6-cı tağımının baş inspektoru, polisbaş leytenantı Rəşad Ağayevlə reyd zamanı görüşüb bəzi məsələlərə aydınlıq gətirməsinixahiş etdik. Öncədən onu qeyd edək ki, Rəşad Ağayev gəncdir, idmançıdır vəboksla məşğuldur. Təbii ki, gənclərin irəli çəkilməsi və yüksək vəzifəyə təyinedilməsi çox yaxşı nümunədir. Rəşad Ağayevi də neçə illərdir tanıyıram. Çox mədəni,savadlı və tərbiyəli bir poliszabitidir. O, bizimlə söhbətində piyadalarla bağlı görülmüş və görüləcək tədbirlərdənsöhbət açdı. Dedi ki, davamlı olaraq əməkdaşlarımızdanpolis karitanı Bakir Həsənov və eləcə də digər əməkdaşlarımız Qobustan, Sahil,Sanqaçal və Ələt qəsəbələrindəki məktəblərdə, müəssisələrdə olur, orda hərəkətiştirakçıları ilə maarifləndirici söhbətlər aparırlar. Bu söhbətlər dəpiyadalarla bağlı yaranacaq problemləri və təhlükəni vaxtında aradan qaldırır.Eyni zamanda, məktəblilərə əməkdaşlarımız tərəfindən yol hərəkətinin təhlükəsizliyiilə bağlı maarifləndirici bukletlər də paylanılıb. Şagirdlərin və müəllimləringörüş zamanı əməkdaşlarımıza ünvanladığı suallar ətraflı cavablandırılıb.

Polis baş leytenantı RəşadAğayev onu da bildirdi ki, xidmət apardıqları ərazidə müxtəlif xarici şirkətlərdə var. Onlarla da görüşlər keçirib və şəxsən mənim özüm maarifləndirici söhbətləraparıram. Bu cür söhbətlərin və maarifləndirici işlərin aparılması ümumi işimizəmüsbət təsir göstərir. Polis baş leytenantı bir faktı da qeyd etdi ki, görülmüştədbirlərə baxmayaraq, bir çox piyadalar yerüstü, yeraltı keçidlərdən və təyinolunmuş yerlərdən keçmirlər. Reyd zamanı biz bu cür piyadaları aşkar edir,onlar barəsində inzibati protokol tərtib edirik. Tağımın əməkdaşları mütəmadiolaraq Bakı-Qazax avtomobil yolunun daha təhlükəli yerlərində gündüz və sutkanın qaranlıq saatlarında xidmətidaha da gücləndirirlər. Xüsusən də havalar yağışlı və yaşmurlu olanda bu cür təhlükəliyerlərə 6-cı tağımın əlavə naryadları göndərilir. Bu naryadlar isə mürəkkəbhava şəraitində mövcud təhlükəni aradan qaldırır, sürücüləri saxlayaraq öztövsiyələrini verir və diqqətli olmalarını məsləhət görürlər.



Havalar yağışlı və yağmurluolanda nəqliyyat vasitələrinin idarə olunması bir qədər də çətinləşir.Hidrometroloqların verdiyi məlumata görə, havalar kəskin dəyişəcək, güclüyaşış, bəzi dağlıq rayonlara sulu qar və qar yağacaqdır. Təbii ki, bu cür mürəkkəbhava şəraitində avtomobilləri idarə etmək daha da mürəkkəbləşəcək. Ona görə də6-cı tağımın komandiri, polis mayoru Aqil Məmmədov bildirir ki, Bakı-Qazaxavtomobil yolunda hərəkət edən sürücülər mənzil başına gedərkən daha diqqətli vəməsuliyyətli olsunlar. Yağışlı havada hər bir sürücü sürət həddinə əməl etməli,ara məsafəsi saxlamalı, tez-tez yolun sağı və soluna keçməməlidir.

Aydındır ki, mürəkkəb hava şəraitindəbaş verə biləcək qəzaların qarşısını almaq üçün yol polisi gücləndirilmiş işrejimində çalışır. Başqa sözlə demiş olsaq, yol polisi öz missiyasını belə havaşəraitində 24 saat məsuliyyətlə icra edir. Hətta sürücülərə texniki cəhətdənnasaz avtomobillərlə yola çıxmamağı məsləhət görür. Əgər nəqliyyat vasitəsindətexniki problem yaranarsa, hərəkət zamanı yol polisi bu cür sürücülərin idarəetdiyi avtomobilləri yolun hərəkət hissəsindən çıxarır və təhlükəsiz yerəaparır.

Üstəlik də bir çox sürücülərstasionar postda mürəkkəb hava şəraitində saxlanılaraq onlara tövsiyələrverilir. Əgər sürücünün səhhətində problem yaranıbsa və o, yuxulayırsa, bununüçün də stasionar postlarda lazımi şərait yaradılıb. Bir sözlə, yol polisi hərəkətintəhlükəsizliyini təmin etmək üçün mürəkkəb hava şəraitində bütün qabaqlayıcı tədbirlərigörür. Sadəcə olaraq, sürücülər də qarlı, yağışlı hava şəraitini nəzərə almalı,yol polisinin tövsiyələrinə əməl etməli və bu cür durumda texniki cəhətdənnasaz avtobillərin sükanı arxasında əyləşməməlidirlər.

Reyddə iştirak edirdilər: AqilMƏMMƏDOV - Yol Patrul Xidməti Alayının 6-cı tağımının komandiri, polis mayoru;Rəşad AĞAYEV- 6-cı tağımın baş inspektoru, polis baş leytenantı; Elçin ORUCOV -6-cı tağımın baş inspektoru, polis kaptanı; Qalib RZAYEV - 6-cı tağımın başinspektoru, polis kapitanı; İlham QURBANOV - 6-cı tağımın baş inspektoru, polisleytenantı; Xəyyam MUSTAFAYEV - 6-cı tağımın inspektoru, baş serjantı; FaiqQİSMƏTOĞLU -"Ədalət"in əməkdaşı