adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Fevral 2019 12:51
8495
GÜNDƏM

Faiq QİSMƏTOĞLU: DAMLARIN ÜSTÜNDƏKİ SU ÇƏNLƏRİ

Heç kimə sirr deyil ki, Bakıda həmişə su qıtlığı olub.Elə su qıtlığı bu gün də mövcuddur. Ona görə də şəhərin mərkəzdən uzaq bir çoxyaşayış sahələrinə 24 saat deyil, fasilələrlə su verilir. Ən azından bu yaşayışsahələri gündə bir dəfə axşam saatlarında su ilə təchiz edilir.

Bir neçəildir ki, Bakıda su sisteminin yenidən qurulması üçün böyük layihələr həyatakeçirilir. Hətta Qubadan Bakıya ikinci su kəməri də çəkilib. Birinci su kəməriisə rəhmətlik Zeynalabdin Tağıyev tərəfindən həyata keçirilib. Özü də həmin sudağların bulaqlarından süzülüb gələn və hər cür tələblərə cavab verən içməlisudur. Ancaq bu suyu heç də Bakıda bütün yaşayış sahələrinə deyil, şəhərin mərkəzindəyerləşən binalara verirlər. Əksər yaşayış sahələrinə Kürdən təmizlənmiş və emal olunmuş suötürülür.

Və onuda qeyd edək ki, həyata keçirilən yeni layihələr əsasında hətta Bakının ucqar qəsəbələrinədə fasiləsiz su verilir. Bunlar hamısı alqışlanasıdır. O ki, qaldı suyunkeyfiyyətinə, mütəxəssislər bildirirlər ki, Kür çayından emal olunan və təmizlənənsuyu qaynadılmadan içmək olmaz. Amma hər halda həmin suyun da keyfiyyəti əvvəlkivaxtlarla müqayisədə xeyli yüksəlib.

Düzdür, bəziözəl qurumlar bina-bina, ev-ev gəzərək mənzillərdə istifadə edilən sudan analizgötürürlər və deyirlər ki, bu suda çirklənmə səviyyəsi normadan dəfələrləçoxdur. İcazə verin sizin mənzilinizdə sutəmizləyici qurğu quraşdıraq vəbununla da bütün problemlər öz həllini tapsın. Sən demə, qara qızın da dərdivarmış. Bu təmizləyici qurğunun qiyməti isə nə az, nə çox 600 manatdan 1000manata qədərdir. Ona görə də çox insanlar heç özəl qurumların su təmizləyiciqurğularına da etibar eləmir. Camaat deyir ki, bu da özəl qurumların pul tələsidir,yüz oyundan çıxırlar. O tələyə düşənlər də var və o tələyə düşməyənlər də.Ancaq düşənlərdən düşməyənlər daha çoxdur.

İndi keçəkəsas məsələyə. Yəni 5 və 9 mərtəbəli binaların üstündəki su çənlərinə. Əksər 5və 9 mərtəbəli binalarda bu cür su çənləri quraşdırılıb. Özü də belə binalarYeni Əhmədlidə, Köhnə Günəşlidə, Yeni Günəşlidə, Zeynalabdin Tağıyev qəsəbəsində,Hövsanda və şəhərdən kənarda bir çox yaşayış sahələrində daha çoxdur.

Bəs busu çənlərinin yaşayış binalarına hansı mənfi təsirləri var? Bax, bu barədə həminçənlərin binalarda yerləşdirilməsindən əziyyət çəkən insanlar daha çox danışabilərlər. 30-40 il bundan əvvəl binalarlın damlarına qoyulmuş su çənlərinin birçoxu ya çürüyüb, ya da istismar müddətini başa çatdırıb. Aydındır ki, çürümüşsu çənlərindən ətrafa, xüsusən də damın üzərinə su sızır. Və bu sızmasızaman-zaman böyüyür, böyük axın yaradır. Üstəlik də, damların üstündəkitonlarla su çənləri ağırlıq yaradır, binaların uzun ömürlüyünü azaldır. Bu isəo deməkdir ki, müxtəlif yaşayış binalarının üstündəki su çənləri xeyirdən çox əhaliüçün problem yaradır.

Məsələn,Yeni Günəşli, "D” massivi 13 nömrəli binanın dam örtüyündə çoxlu sayda tonlarlasu tutan çənlər quraşdırılıb. O çənlər nə az, nə çox düz 30 il bundan əvvəldamın üstünə yerləşdirilib. Elə gün olmaz ki, o çənlərdən tonlarla su axıbaşağı mərtəbələrə və həyətə tökülməsin. Hətta bəzi səhlənkar mənzil sahiblərisu çənləri dolsa da, onu bağlamağı unudur və su saatlarla 9 mərtəbəli binanındamından yola axır.

Bu cürsu axması nəticəsində həyətdə gölməçələr yaranır, asfalt döşəmə sökülübdağılır. Hələ üstəlik də aşağı mərtəbədə yaşayan insanların eyvanlarındakı pəncərələrvə döşəmələr islanaraq sıradan çıxır. Su çənləri olan mənzil sahibinə iradtutanda onlar minbir bəhanəylə aradan çıxır, "su axan çən mənimki deyil,qonşununkudur” fikrini səsləndirirlər. Bu isə sadəcə olaraq, səhlankarlıq və məsuliyətsizlikadlana bilər. Hansı ki, başqa ölkələrdə hər hansı bir sakinin səhlənkarlığı nəticəsindədigərlərinə dəymiş maddi ziyan məhkəmə yoluyla ödətdirilir və bir daha həmin şəxsbelə səhlankarlığa yol vermir.

Yeni Günəşlininəksər massivinə 24 saat su verilir. Ən az su verilən yer bizim binadı, o binada gündə iki dəfə - günorta və axşam saatlarında içməli su ilə təmin edilir.Onu da qeyd edək ki, ötən il Yeni Günəşlidə bütün su sistemi yenidən qurulub,su xətləri və sayğaclar dəyişdirilib. Deməli, su təchizatı sahəsində elə birproblem qalmayıb. Onda belə çıxır ki, yaşayış binalarının üstündəki su çənlərinədə ehtiyac yoxdur.

Buyaxınlarda eşitdik ki, Sabunçu rayonu ərazisindəki 24 saat su verilən binalarınəksəriyyətindəki su çənlərini götürməyə başlayıblar. Sözün düzü, bu addımı biz çox alqışlayırıq. Bakı şəhəricra hakimiyyətinin bu təşəbbüsü alqışlanasıdır. Yaxşı olardı ki, həmin addımlar Suraxanı rayonunun Yeni Günəşliqəsəbəsində də atılsın. Çünki bu qəsəbədə binaların üstündə olan su çənlərisözün həqiqi mənasında aşağı mərtəbədə yaşayan insanlar üçün başağrısınaçevrilib.

Əgərbinaya 24 saat, yaxud da gündə iki dəfə su verilirsə, bu çənlərə nə ehtiyacvar? Üstəlik də su çənləri köhnə binaları həddindən artıq yükləyir və onu təhlükəyəsürükləyir. Onsuz da köhnə binaların min bir dərdi var. Min ikinci dərdi isəbax, bu su çənləri yaradır.

İnanırıqki, Bakı şəhər İcra hakimiyyəti və eləcə də digər əlaqədar qurumlarqaldırdığımız məsələni diqqət mərkəzində saxlayacaq, problemi qısa zaman kəsiyindəhəll edəcəkdir. Bununla da sakinlərin su çənləri ilə bağlı çətinliklərinə vənarazılıqlarına nöqtə qoyulacaqdır.