adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 Dekabr 2019 08:41
16024
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: BU SÜRÜCÜ LAP AĞ ELƏYİB

İndi onsuz daçox sürücülər yol hərəkəti qaydasını pozmaqdan ləzzət alırlar. Sanki onlarqaydaları pozmaqla nəyəsə nail olur və özlərini qəhrəman kimi hiss eləyirlər.Xüsusən də minik avtomobillərinin sükanı arxasında əyləşmiş gənclər yollardaötüşməyə, avtomobilin əyləcini qəfil basmaqla tükürpədici səslər çıxarmağa və həttabəzi "ataların gül balaları” maşını iki təkəri üstə sürməyə çox böyük həvəsgöstərirlər.

Onları başa düşməkolur. Çünki bu cür maşın sürənlər gənclərdi, cavanlardı. Və cavanlar daenerjini bu formada xərcləmək istəyirlər. Amma bəzən avtoxuliqanlıq eləyən vəmaşını iki təkəri üstə sürən sürücünün çanaq elə öz başında çatlayır. Ona görədə istər yaşlı adam ol, istərsə də cavan, gərək avtomobili elə idarə edəsən ki,sonra sənin başın qalmaqalda olmasın. Yəni ağrımayan başına buz bağlamayasan.

İndi elə sürücüvar ki, tay baxmır ki, onun idarə etdiyi avtomobil yük maşınıdır, ağır yükaparır. Zalım oğlu elə düşünür ki, bu yük maşınını necə gəldi idarə edə bilər,magistral yolda tez-tez soldan sağa, sağdan da sola keçər. Sözün açığı, beləsürücülər çox şeyə vərdiş eləyiblər. Yəni onlar avtomobilinsükanı arxasında əyləşən kimi gözləri ayaqlarının altını görmür, düşünürlər ki,istənilən qayda pozuntusuna yol versələr də, Allah onu qoruyacaq.

Bir dəfə yolda təsadüfənSumqayıta gedəndə bir taksiyə mindim. Sürücü də sükanı təkəlli idarə edirdi.Ona iradımı bildirib dedim ki, ağsaqqal, sükanı tək əllə idarə eləmə! ŞükürAllah, hər iki əlin sağ-salamatdı. Sükanı ikiəlli tutsan, avtomobili dahaetibarlı idarə edə bilərsən. Həmin şəxs də dilləndi ki, maşın sürməyimə baxma,müəllim adamam, təkəlli də olsam, heç bir qorxusu yoxdu. Ürəyini buz kimisaxla, Allah məni hıəmişə qoruyur.

Birdən elə olduki, maşın qəfil maneəyə rast gəldi, sükan sürücünün əlindən çıxdı. Xoşbəxtlikdənyanımızdan maşın keçmirdi. Maşın keçsəydi, çox ağır qəza baş verəcəkdi. Avtomobilinsalonunda olan digər iki qadın qəza vəziyyətindən bərk qorxuya düşdülər və həriksi dişinin dibindən çıxanı sürücüyə dedi. Dedilər ki, bayaqdan sənə iradtuturlar, nəticə çıxarmırsan. Deyirsən ki, Allah məni qoruyur. Az qalaqırılmışdıq. Nə yaxşı yandan maşın gəlmədi. Belə maşın sürməzlər. Ağsaqqalkişisən, heç olmasa özünü fikriləşmirsən, apardığın sərnişinləri düşün!

Çox təəssüf ki,bu cür səhlənkar sürücülər nə özlərini, nə də apardıqları sərnişinləri düşünürlər.Dekabrın 13-də Füzulidən Bakıya qayıdırdım.Bakı-Qazax yolunun Nəvai istiqamətindəmal-qara daşıyan 90 XU 259 nömrəli yük maşını saat 16 radələrində həmin yoldaçox kobud qayda pozuntusuna yol verirdi. Belə ki, yük maşınının sürücüsü yolunsağı boş olduğu halda, soluyla qəza işığını yandırıb hərəkət edirdi. Hansı ki,həmin yolla avtomobillər yüksək sürətlə hərəkət edirdi. Yük maşınının sürücüsüisə birinci dərəcəli soldakı yoldan çıxmır, arxadan gələn maşınların səssiqnallarına əhəmiyyət vermir və heç nəyi vecinə almadan yolunu davam etdirirdi.Soldan keçməli olan maşınlar sağdan ötürdülər. Bu isə qəza vəziyyəti yaradırdı.Hətta bəziləri əl hərəkətlərilə qanunu pozan sürücüyə etiraz edəndə o da yükmaşınının siqnalını verib təhlükəli vəziyyətdəolan sürücülərə bir mesaj göndərirdi.

Bir sözlə,Bakı-Qazax yolunun Nəvai istiqamətində şəhərə doğru hərəkət edən 90 XU 259 nömrəlimaşınının sürücüsü kobud qayda pozuntusuna yol verməklə, həm də avtoxuliqanlıqedirdi. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə yolun sağı boş olduğuhalda soluyla gedən yük maşınının sürücüsü 40 manat miqdarında cərimə edilməlidir.Biz həmin maşın hərəkət edərkən şəklini də çəkmişik. Görünən odur ki, ümumiyyətlə,magistral yollarda yük maşınlarının sürücüləri bu cür kobud qayda pozuntularınatez-tez yol verirlər.

İnanmaq istərdikki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları qanunu pozan 90 XU 259 nömrəliyük maşınının sürücüsünü araşdırmalar nəticəsində axtarıb tapacaq və onuinzibati məsuliyyətə cəlb edəcəklər. Bu cür qaydaları kobud surətdə pozansürücülərin cəzalandırılması digər qanun pozuntusuna yol verən sürücülərə dəbir dərs olar.