adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Mart 2020 10:27
9486
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: BÖLGƏLƏRDƏ ƏTİN QİYMƏTİ NİYƏ BAHALAŞIB?

Kimlərsəbir də görürsən nəinki ətin, hətta digər ərzaq mallarının qiymətini bir gününiçərisində qaldırıb dağın başına qoyudular. Və bir günün içərisində hər hansı məhsulunqalxan qiyməti enmək bilmir ki, bilmir. Təbii ki, belə də olanda əhali süniqiymət artımından giley-güzar edir və narazılıqlar səngimək bilmir.

Onsuzda bizim millət istər təbii, istərsə də süni qiymət artımına çoxdan alışıb.Artıq bu camaat qiymətlərin artımını tez-tez görür və bunun şahidinə çevrilir.Məsələn, camaat görür ki, hər hansı məhsulun qiyməti ildırım sürətilə artır vəenmək bilmir. Belə də olanda narazılıqlar və narahatlıqlar baş alıb gedir. Heçbu narazılıqlar da bir nəticə vermir ha! Çünki camaat bahalaşmadan bir azxeyirdə, bir az şərdə, bir az da orda-burda danışır, danışır, axırda yorulub əldəndüşür və sonra da susur.

Camaatında susmağından istifadə edən qüvvələr isə öz qara-qura işlərini davam etdirir və bəd əməllərdən çəkinmirlər. Ən azından onagörə ki, əhalinin zəif və incə yerini yaxşı bilirlər. Və daha doğrusu, camaatın"boş damarını” tutmağı bacarırlar.

Məsələn,indi də bir neçə gündür ki, bölgələrdə həm iribuynuzlu, həm də xırdabuynuzluheyvanların ətinin qiyməti bahalaşıb. Belə ki, bir həftə bundan əvvəl dana ətininbir kiloqramı 10 manata satılırdısa, indi 10 manat 50 qəpiyə, 11 manata satılır. Qoyun və quzu ətininqiyməti də kəllə-çarxa çıxıb. Quzu ətinin 1 kiloqramı 12 manata deyil, 13manata satışa çıxarılıb. Hələ rayondakı bəzi qəssablar deyirlər ki, ola bilərquzu ətinin kiloqramını bayramqabağı 14 manata sataq.

Bölgələrdəətin qiymətinin bahalaşmasını otun və yemin dəyərinin artması ilə əlaqələndirirlər.Məsələn, qəssabların əksəriyyəti bildirir ki, bütün rayonlarda otun və yeminqiyməti qalxıb. Hansı ki, bu qiymət artımı bir o qədər də normal deyildir. Əgəryanvar-fevral aylarında otun və yemin qiyməti sabit idisə, əcəba, bəs necə olduüzü yaza doğru gedəndə, martın ilk günlərində qiymətlər belə qalxdı?! Axı təsərrüfatlardavə həyətlərdə qış üçün əvvəlcədən toplanmış ot bağlamaları kifayət qədərdir. Vəeyni zamanda həmin yemlər tükənməyib. Sahibkar, fermer isə gedib bazardan əlavəot bağlaması və yem almayıb.

KəndTəsərrüfatı mütəxəssislərindən biri olanekspert İnşallah Hüseynov isə bildirir ki, əgər yanvar-fevral aylarında mal ətininqiyməti bahalaşmayıbsa, indiki bahalaşmanın bir o qədər də obyektiv olmasıağlabatan deyildir. İkincisi də Bərdədə, Beyləqanda, İmişlidə və digər yerlərdəmal bazarlarına satışa çıxarılaniribuynuzlu və xırdabuynuzlu heyvanların qiymətində heç bir artım yoxdur. Qiymətiçox vaxt qaldıran o heyvanların alışı və satışı ilə məşğul olan ikinci vəüçüncü əl adamlarıdır. Onlar bəzən mal sahibindən daha çox qazanc əldə edirlər.Bu məsələyə heç də birmənalı yanaşmaq ədalətli olmaz. Ona görə ki, burda ikinciəllə yanaşı, həmin heyvanların kəsimi və satışı ilə məşğul olan qəssablar davar. Bax həmin qəssablar da az aşın duzu deyillər. Çünki bir çox halda qəssablarelə özləri qaz vurub qazan doldurmaq üçün süni qiymət artımı yaradırlar. Əvvəlonlar qiyməti qaldırır və görür ki, nə bu qiymət artımından camaat narazılıq eləyir,nə də süni qiymət artımına nəzarət edən dövlət qurumları məsələlərə obyektivyanaşmırlar. Belə durum şübhəsiz ki, nəzarətsizlik üzündən davam edir, qiymətlərisə bir qədər də yüksəlir.

Bəzilərideyirlər ki, bölgələrdə iribuynuzlu və xırdabuynuzlu heyvanların ətinin qiymətininqalxması məsələn, Bakıda və digər şəhərlərdə mal ətinin qiymətinə təsir etməyəcək.Amma bu fikirlə də razılaşmaq olmur. Həmişə bölgələrdə ətin qiyməti qalxdıqdanbir müdət sonra Bakıda da bahalaşma hiss olunur. Deməli, bölgələrdə qalxanqiymətin dalğası nə vaxtsa paytaxta da öz təsirini göstərəcəkdir.

ÇünkiBakıda bu gün mal ətinin 1 kiloqramının qiyməti 11 manat 50 qəpiyə, quzu ətininkiloqramı isə 13-14 manata satılır. Deməli, heç kim zəmanət verə bilməz ki,5-10 gündən sonra belə getsə, Bakıda mal və qoyun ətinin qiyməti bir-iki manat artmayacaq.

Əgərəlaqədar qurumlar mal və qoyun ətinin qiymətindəki süni artımın qarşısınıvaxtında almasa, bu bahalaşma get-gedə daha da yüksələcək. Bahalaşmadansa ənçox əziyyət çəkən aztəminatlı ailələr və təqaüdçülər olacaqdır. Çünki sirrdeyil ki, o təqaüdlə insanlar bu bahalaşma dövründə bayramqabağı nə bazarlıq eləyəcək,nə də süfrələrində ürəyi istədikləri ərzaqları görəcəklər. Təbii ki, hər birbahalaşma isə istər varlı, istərsə də kasıb adamın büdcəsinə öz mənfi təsirinigöstərir.