adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
27 Avqust 2019 10:00
10606
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: BAZAR, YOXSA AZAR?

Bizimbazarlarda nə desən tapmaq olar. Təkcə ədalətvə insafdan savayı. Və bizim bəzi bazarlarda ta keçmişdən bu günə qədər heçvaxt düzlük və halallıq olmayıb. Bazarınmüdiri də, orda uzun illər lövbər salan möhtəkirlər də həmişə çalışıblar ki,camaatı aldatsınlar. Yenə Sovet dönəmində az çox bir qorxu-hürkü, insaf vardı.Amma indi isə əksər bazarlarda it yiyəsini tanımır, yiyəsi də itini. Və o dagün kimi aydındır ki, Bakıda 6-7 "bərkgedən” bazar var, o da kimlərə məxsusdu,bunu çoxları yaxşı bilir. Və bu bazarlarda da həmişə qiymətlər "od tutub yanır”.

Bazarlardamütəxəssislərin və hətta yüksək vəzifəli məmurların dediyinə inansaq, hər şeyi,yəni qiyməti-filanı bazar özü tənzimləyir.Ona görə də hökumət bu məsələlərəmüdaxilə eləmək istəmir. Ancaq xalqın gözü tərəzidir. Camaat isə deyir ki,bazarları qanunlar yox, oliqarxlar tənzimləyir. Onlar kefləri istədiyi vaxt hərhansı məhsulun qiymətini aşağı endirirlər, kefləri istədiyi vaxt daqaldırırlar. Amma ən çox bu millət və bu xalq qiymətin aşağı düşdüyünü yox,qalxdığını görür.

Məsələn,bu günlərdə baş nazirin müavini Əli Əhmədov və kənd təsərrüfatı naziri İnam Kərimov Bakıdakı "Yaşıl bazar”a baş çəkiblər."Yaşıl bazar”dakı bəzi kənd təsərrüfatı məhsullarının qiyməti hətta hörmətlibaş naziri də təəccübləndirib. Çünki bazarı gəzəndə, baş nazir Əli Əhmədovcamaatla söhbət edəndə görüb ki, kartofun bir kiloqramını 2 manata satırlar. Cənabbaş nazir bu süni qiymət artımına öz münasibətini bildirib və deyib ki, birkiloqram kartofun 2 manata satılması çox bahadı və reallığı əks etdirmir. Onagörə də ölkədə hökumət süni qiymət artımının qarşısını almaq üçün tədbirlər həyatakeçirməlidir.

Bəli,baş nazirin sözünə qüvvət olaraq demək istəyirik ki, Bakının əksər bazarlarındasüni qiymət artımına şərait yaradırlar və buna da hüquq-mühafizə orqanları,İqtisadiyyat Nazirliyi hələ ki, süni qiymət artımına göz yumur. Onlar gözləyirlərki, cənab prezident İlham Əliyev bu süni qiymət artımına qarşı kəskin reaksiyaversin və bundan sonra həmin qurumlar hərəkətə gəlsin. Çünki bir vaxtlar ölkədəyumurtanın qiyməti bir neçə günün içində fantastik dərəcədə qaldırıldı. Cənabprezidentin müdaxiləsindən sonra hüquq-mühafizə orqanları və İqtisadiyyat Nazirliyitez əl-ayağa düşdü və süni qiymət artımının qarşısı alındı. Çox təəssüf ki, bugün ölkəmizdə süni qiymət artımı sürətlə davam etməkdədir.

İnanmırsınız,gəlin bazarlarla və eləcə də dövlətin təşkil etdiyi yarmarkalarla rayonlardaolan məhsulun qiymətini müqayisə edək.Bayaq dedik ki, Bakıda 6-7 "bərkgedən” bazar var. Bu ərəfədə onların birçoxuna baş çəkdik. Biz sadəcə olaraq kartofun, soğanın, pomidorun və qarpızınqiymətlərini nəzərdən keçirdik. Bakı bazarlarında kartof 60 qəpikdən 2 manatcivarında, pomidor 50 qəpikdən 1 manat 50 qəpik dəyərində, soğan 40 qəpikdən 1manat 30 qəpik miqdarında, qarpız 25 qəpikdən 70 qəpik dəyərində satılırdı.

Sözündüzü, buna çox təəccübləndik. Hətta şənbə-bazar günləri Bakıda təşkil olunanyarmarkalarda da qiymətlər göstərdiyimiz səviyyədə idi. Hansı ki, cənabprezident İlham Əliyevin tapşırığı ilə yaradılmış yarmarkalar bazarla müqayisədəucuzluq yaratmaq üçün təşkil edilib. Ancaq 8-ci Kilometr bazarı yarmarkadandaha ucuzdur. Hətta elə marketlər var ki, orda satılan kənd təsərrüfatı məhsullarısərfəli qiymətədir.

Bax indigörək rayonlarda bu adını çəkdiyimiz məhsulların qiyməti neçəyədir. Sabirabadda1 kiloqram qarpızı yolun kənarında 5-7 qəpiyə satırlar. Bərdədə, Ağdamdasoğanın kiloqramı 20 qəpiyə düşür. Məsələn, bir kisə 35 kiloqramlıq soğanı 6-7manata satışa çıxarırlar. Pomidorun 1 kiloqramı sahədə 15 qəpik arasındadı.kartofun isə 1 kiloqramı rayonda, konkret olaraq Tovuz və Gədəbəydə 20-30 qəpikdir.Görün bazarla yerlərdəki fərq nə boydadı. Ən azından 7-8 dəfə qiymət artımıvar. Bəs süni qiymət artımının qarşının almalı olan qurumlar bunu görmürlərmi?Axı bu qədər də qiymət fərqi olmaz. Biz ayrı-ayrı alverçilərlə söhbət etmişik.Bəziləri deyirlər ki, yolda pulumuz çıxır. Ancaq Xaçmazdan Bakıya pomidor gətirənbir adam deyir ki, and olsun Allaha, yol polisinə bir manat da pul vermirik. Şəxsənmən çox ucuz qiymətə 1 ton pomidor gətirmişəm, onun Yeni Günəşlidə bir yeşiyini7 manata satmışam. Bir yeşikdə də 32 kiloqram pomidor olur. Deməli, həminpomidorun kiloqramı 22 qəpiyə düşür. Görünür, belə insaflı satıcılar da var.

Kiloqramı50 qəpiyə satılan qarpızın sahibindən soruşuruq ki, niyə bunu baha qiymətəsatırsınız? Axı çoxları qarpızı 25-30 qəpiyə satışa çıxarır. Həmin satıcı deyirki, bizim qarpız Sabirabadın qarpızı kimi deyil. Biz onu demiyə torpaqdayetişdirmişik və heç bir dərman verməmişik. Ona görə də belə baha qiymətəsatırıq. Məhsulumuzu alanlar görür ki, qarpızımız dadlıdı və gübrə verməmişik,ona görə də gəlib bizdən alırlar.

Nə deməkolar, ola bilsin qarpızın keyfiyyətində fərq də olsun. Ancaq tay bu boyda fərqolmaz da. Hələ elə satıcı var ki, qarpızın kiloqramını 70 qəpiyə satışaçıxarır. Reallıq isə bundan ibarətdir ki, bütün məhsullar olmasa da, əksər məhsullarBakı bazarlarında ilkin qiymətindən 6-7 dəfə baha satışa çıxarılır. Yəni əziyyətçəkən qəpik-quruş qazanır, onun alveri ilə məşğul olan möhtəkirlər isə qazvurub qazan doldururlar.

Başnazir göstəriş verib dedi ki, mövsüm vaxtı kiloqramı 2 manata kartof olmaz. Busüni qiymət artımıdır. İndi görək baş nazirin tapşırığından sonra "Yaşılbazar”da kartofun qiyməti aşağı düşdümü? Qoy bu suala hər gün o bazara gedibalış-veriş eləyən alıcılar cavab versinlər. Çünki əsl həqiqəti onlar deyə bilərlər.Və bir də deyilənlərə görə, "Yaşıl bazar” da hansısa bir yüksək vəzifəli məmuraməxsusdur. O məmurun insafı olsa, qiyməti aşağı saldıracaq, insafı olmasa isəelə kartof o qiymətə satılacaq. Və bir dəbizim bazarların hamısı hansısa vəzifəli şəxsə məxsusdur, intəhası onlarıbaşqaları işlədir.

Qoyolsun! Kimin bazarı varsa, sağlığına qismət. Və bir də bal tutan barmaqyalayar. Amma kim olursan ol, gərək Allahdan və qanundan qorxasan, insafını,mürvətini itirməyəsən. Allahdan və qanundan qorxmayan insan indi daha çoxdu,onlar millətin dərisini soyub içərisinə də saman təpmək istəyirlər. Bax,bunu axırı heç də yaxşı olmur. Ənazından ona görə ki, Allahın və qanunun cəzası çox ağır olur.