adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Dekabr 2018 12:34
27426
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: BALIQ ÜZÜNƏ HƏSRƏT

Dünyanın hər yerində okeanın və dənizlərin yaxınlığında olan ölkələrəbaşqaları həsədlə baxır. Həsədlə baxırlar ki, Allah-Təala onlara gözəl məkan bəxşedib və bu gözəl məkanın yanında da okean və dənizlər var. Çünki okean və dənizlərdəsayı-hesabı bilinməyən balıq növləri yaşayır. Ölkə var ki, elə onun əsas qidasınıbalıq məhsulları təşkil edir. İnanmırsınız, gedin gündoğan ölkə olan Yaponiyaya,görün onlar nə yeyir.

Yaponlar ancaq dəniz məhsulları ilə qidalanırlar. Bu da ekoloji cəhətdənən təmiz qidadır. Geni dəyişdilrilmiş məhsullara əsla orda rast gəlmək mümkün deyil.Çünki Yaponlar həm ağıllı, həm də zəhmətkeş xalqdır. Ağıllı və zəhmətkeş insanlarıısə heç vaxt aldatmaq mümkün olmur.

Bizim məmləkət də Xəzər dənizinin yaxınlığında yerləşir. Və bir vaxtlarbizim dənizdə də nə qədər desən balıq növü olub. Hətta 1941-45-ci illər müharibəsindədəniz kanarında yaşayan rayonların sakinlərini aclıqdan Xəzərin o balıqları xilasedib. Və hamıya yaxşı məlumdur ki, Xəzər dənizində heç bir dənizdə olmayan nadirbalıq növləri də var. Bəzi balıq növləri zaman-zaman azaldı və indi də demək olarki, heç tapılmır. Ona görə ki, bir çox oliqarxlar Xəzərdəki balıqlara bir toy tutduki, bir də onları çətin ki, dənizdə görən tapılar. Ən azından nadir balıqlar özləridə bir müddətdən sonra qəhətə çıxır.

Düzdür, Ekologoya və Təbiii Sərvətlər Nazirliyi son illər yetişdirdikləribalıq növlərini dənizə buraxıb. Ancaq bəzi "brokonerlər” bu balıqları xırda qayıqlardator ataraq tutur, Siyəzən və Şabran istiqamətindəkimagistral yolda satışını təşkil edirlər.Görün onlar nə qədər insafsızdır ki, həmin balıqların böyüməsinə və çoxalmasınabelə imkan vermirlər. Əgər o nərə balıqları böyüsələr, çəkilər 20-30 kq çox olar, üstəlik də sayları artar.

Bu gün biz dənizin qırağında yaşaya-yaşaya dəniz balıqlarının üzünə həsrətqalmışıq. Bayaq dedik axı, bəzi oliqarxlar o balıqları camaata çox görürlər və hərşeyi öz nəzarəti altına alıblar. Əvvəllər toylarda, özü də ortabab şadlıq saraylarında,nərə və digər balıqların toy məclislərində kabablarını verirdilır. Üstəlik də, masanınüzərində qara və qırmızı kürü olardı. İndi hansısa imkansız adam toy eləyəndə bəzən görürsən ki, masanın üzərində dondurulmuş balıqdançəkilmiş kabab və süni yolla düzəldilmiş kürü var. Nabələd adamlar o dəqiqə süfrəyəəl aparır və görür ki, balam, nə balıq, nə də kürü əvvəlki dadı vermir. Bir az balıqdanvə kürüdən başı çıxanlar isə onu tanıdığına görə, süfrəyə əl belə uzatmır. Çünkio, balıqların dondurulmuş olduğunu və kürünün də əsl kürü olmadığını yaxşı bilirlər.

İndi nəinki dənizdə hər adam balıq tuta bilmir, heç Bakının bir çox yerindədənizə baxmaq mümkün deyil. Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçənhissəsindən yolun solunda dənizin sahilini hasarlayıblar. Bu hasar da elə-belə hasardeyil. Onun hündürlüyü 5-6 metrə çatır. Ha boylansan da, hasardan başqa heç nə görəbilmərsən. Ən yaxşı halda, qiyməti 100 min dollarla ölçülən xaricdən gətirilmişpalma və zeytun ağaclarını görmək olar. Təbii ki, bu yerlərin sakinləri də elə-beləadamlar deyillər. Kimsə yaxınlaşıb həmin yerlərə baxmaq istəsə, o dəqiqə onu gəlibmühafizəçilər ordan uzaqlaşdırar, bir az da oyan-bu yan eləsə salarlar təpiyin altına.Eşşək sudan gələnə qədər çırparlar. Deyərlərki, sən kimsən ki, gəlib bizim həyətə boylanırsan.

Elə bil mətləbi bir az çox uzatdıq. İndi bazarlarda və digər yerlərdəsatılan əksər balıqlar mütəxəssislərin dediyinə görə, süni göllərdə yetişdirilib.Və çox vaxt süni göllərdə yetişdirilən balıqlar dəniz və Naxçıvan balığı adıylaəhaliyə sırınır. Hansı ki, süni göllərdə yetişdirilən balıqlara geni dəyişdirilmişyemlər verilir və qidalarla da o balıqlar böyüdülür. Ekspertlər deyirlər ki, bucür qidalarla böyüdülən balıqlarda bir çox xəstəliklərin olması qaçılmazdır. HəttaAzad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, bəzi süni göllərəçirkab sular da axıdılıb. Eyyub Hüseynov çirkabsular deyəndə təbii ki, kanalizasiya sularını nəzərdə tutur. İndi görün bizsüni göllərdə və çirkab sularda yetişdirilmiş müxtəlif növ balıqları necə bəh-bəhləalıb yeyirik. Aydındır ki, bu addımı atanlar nə Allahdan qorxur, nə də qanundan.Çünki Allahdan və qanundan qorxan adam heç vaxt belə bir addım atmamalıdır.

Son vaxtlar respublika ərazisindəki bir çox balıq yetişdirilən süni göllərinfəaliyyəti dayandırılıb. Bəziləri bunu həmin sahibkarların kənd təsərrüfatı üçünyararlı torpaq sahələrində yaratdıqları üçün işlərinin dayandırıldığını bildirir.Bəziləri isə deyirlər ki, həmin sahibkarlar qanunsuz fəaliyyət göstəririmiş, onagörə onlara işləməyə imkan vermirlər.

Hər halda, bizdə belə bir pis vərdiş var ki, kimlərsə yuxarıları razısala bilməyəndə ona "yox” deyirlər. Yəni bu məsələlərdə şəffaflıq və obyektivlikbir o qədər yetərincə öz əksini tapmır. Daha doğrusu, hər hansı məmur qurumun vəözünün marağı üçün həmin sahibklarlara imkan vermirlər. Bunlar hamısı subyektivfikirlərdir.

Amma fakt faktlığında qalır ki, bazarlarda və satış yerlərində dəniz balığındanqat-qat çox süni göllərdə yetişdirilmiş balıqlar satışa çıxarılır. Bəziləri bilməsədə, çoxları süni göllərdə yetişdirilmiş balıqları alıb bişirib yeyərkən o dəqiqə hiss edir ki, balambu, dəniz balığı yox, göl balığıdı. Axı camaat öz ağzının dadını bilir.

Dənizin kənarında yaşayanın dəniz balığına tamarzı qalması heç də yaxşıiş deyil. Məsələn, Türkiyədə, İranda hara getsən, ucuz balığa rast gəlmək olur.Bizdə 15-20 manata satılan balıq o ölkələrdə 4-5 manata satışa çıxarılır. İnşallah,ümidimizi üzməyək, hələ dənizdə balıqlar çoxdur. Vaxt gələr, camaat da bu balıqdan doyunca yeyər.