adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 Mart 2018 12:42
9496
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: BAHAR GƏLİR

Novruz bizim elə həmişə gəlişiylə böyük sevinclər bəxşedir. O sevinc ki, onda təbiət oyanır, güllər, çiçəklər hər yanda baş qaldırıb yazıngəlişini insanlara xəbər verir. Göy çəməndə, zəmilərin arasında böynubükük bənövşəgünəşin hərarətindən bir az da nur alır, ətriylə ətrafa gözəl bir qoxu bəxş edir…

Əlbəttə, yazın gəlişihər bir insanın qəlbində, ürəyində böyük arzular, ümidlər göyərdir. O arzular ki,insanlar bu günü, bu anı həmişə səbirsizliklə gözləyirlər. Gözləyirlər ki, yaz gələcək,hər tərəf yaşıllıqlara bürünəcək və onların arzuları da bax beləcə çiçək açacaq.Bundan gözəl, bundan yaddaqalan anlar ola bilərmi?!


Bahar hər insanın yaddaşında, dünyasında müxtəlif izlərqoyub. Yəni onun gəlişi ilk növbədə donmuş qəlbləri də isidir və orda böyük arzular,diləklər çiçək açır. Elə bir insan olmaz ki, yazın gəlişinə sevinməsin… Elə birinsan olmaz ki, onun qəlbində yaz günündə gələcəyə inam və sevgi bulaq kimi qaynamasın…

Yazın gəlişi və baharınqapımızı döyməsi Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin Horadiz Şəhər Uşaq Musiqi Məktəbində də çox böyüksevinclə, məhəbbətlə qarşılanıb. Burda məktəblərin iştirakıyla çox gözəl ədəbi-bədiiproqram hazırlanıb. Proqramda baharla bağlı bir-birindən gözəl şeirlər, mahnılar,musiqilər səslənib. Və bu musiqiləri, şeirləri də təbii ki, məktəblilər araya-ərsəyəgətiriblər. Hər bir səhnəcik, hər bir çıxış bayramda iştirak edən insanlar tərəfindənalqışlarlanıb. Çünki o çıxışlarda, o kompazisiyalarda Novruzun bütün elementləri,bütün folklor nümunələri öz əksini tapıb.


Xüsusən də tədbirdəiştirak edən valideynlər Kosa ilə Keçəlin səhnəciklərinə çox böyük həvəslə tamaşaediblər. Yazın və baharın gəlişini Kosa ilə Keçəl özünəməxsus bir bədii formadatamaşaçılara çatdırıb. Bəli, il necə bərəkətli, şən gələrsə, bax, eləcə də bərəkətlə,sevgiylə başa çatar.

Bu tədbir də bir daha onu göstərdi ki, Novruzun gəlişinə nəinkiuşaq musiqi məktəbi, bütün Horadiz sakinləri ürəkdən sevinirlər. Və onlar baharınhər addımını, hər gəlişini böyük sevgiylə qarşılayırlar.


Uşaq Musiqi Məktəbinindirektoru Azər Cavadov bu cür tədbirlərin keçirilməsinin artıq ənənə hal aldığınıqeyd etdi. O dedi ki, bizim kollektiv həmişə öz yenilikləri və nümunəvi addımlarıyladigərlərindən seçiliblər. İstər yeni il bayramı olsun, istərsə də Novruz bayramı,biz həmişə bunu yüksək səviyyədə təşkil eləmişik. Bu tədbirlərdə müəllimlər, şagirdlərləyanaşı, valideynlər də yaxından iştirak ediblər. Bax, bu gün bizim musiqi məktəbində140 şagird 7 ixtisas üzrə musiqinin sirlərini öyrənirlər. Onlara muğamı və müxtəlifmusiqi alətlərində ifa etməyi, eləcə də digər musiqi çalarlarını əğz etməyə 30 müəllim öyrədir. Təbii ki, biz onaçalışırıq ki, məktəbimizi bitirən hər bir şagird seçdiyi ixtisas üzrə mükəmməl birifaçı olsun və təsadüfi deyil ki, bizim şagirdlərimizin səsi ən mötəbər müsabiqələrdəngəlir və onlar ifaçılığın müxtəlif növləri üzrə qalib adını qazanıblar.

Novruzun gəlişiniisə bayaq dediyimiz kimi, Horadiz Şəhər Uşaq Musiqi Məktəbi özünəməxsus bir formadagerçəkləşdirdi və istedadlı uşaqların iştirakıyla bahar bayramını gözəl səhnəciklərlə,yaddaqalan anlarla tədbir iştirakçılarının yaddaşına həkk etdi.