Faiq QİSMƏTOĞLU: AVTOXULİQAN
Bu gün gənclərin avtomobillərə çox böyük marağı və həvəsi var. Təbii ki, maraq olan yerdə də hər bir gənc və yeniyetmə sükan arxasında əyləşməyə böyük həvəs göstərir. Heç o uşaqları qınamalı da deyil. İndi elə bir dövrdü ki, gənclər nəinki avtomobil idarə etməyə, hətta təyyarə və digər müasir nəqliyyat vasitələrinə böyük sevgiylə yanaşırlar. Əlbəttə, burda o gəncləri və yeniyetmələri də başa düşmək lazımdır. Amma bir şərtlə ki, hər şey qanun çərçivəsində olmalıdır.
Sirr deyil ki, Bakı şəhərində avtoxuliqanlığa meyl edənlər daha çoxdur. Yəni elə gənclər var ki, onlar avtomobilin sükanı arxasında əyləşir, xüsusən gecə saatlarında yollarda nəqliyyat vasitələri az olarkən şəhərə çıxır və idarə etdikləri avtomobillərlə müxtəlif hərəkətlərə yol verirlər, ya qəfil əyləci basmaqla maşının təkərlərindən tükürpədici səslər çıxarır, ya da "ziq-zaq” hərəkət etməklə sükan arxasında olduqları avtomobili iki təkəri üstündə sürürlər. Bu səhnələri yəqin çoxlarınız görmüsünüz. Həmin gənclər görəndə ki, onlara ətrafdan tamaşa edənlər var, bax, onda bir az da özlərindən çıxır, şou göstərirmiş kimi avtoxuliqanlığı davam etdirirlər.
Bir vaxtlar şəhərin "beşmərtəbə” deyilən yerində və eləcə də Azadlıq prospektində avtomobilləri iki təkəri üstündə sürüb ətrafdakıları tamaşaya toplayan bu cür gənclər daha çox idi. Ətrafdakı insanlar isə onların bu hərəkətinə həvəslə baxır və hətta alqılamaqdan belə çəkinmirdilər. Hansı ki, avtomobili təhlükəli idarə etmək başqalarının həyatı üçün təhlükə yaratmaqla yanaşı, ətrafdakıları da qorxu içində saxlayır və ən nəhayət, avtoxuliqanlıq edən o gənci qəza şəraiti gözləyir.
Təsadüfi deyil ki, bu cür avtoxuliqanlıq edən bir neçə gənc Bakı şəhərində ağır qəza törətmiş və nəticədə özü də, yanındakı şərnişin də həlak olmuşlar. Deməli, avtomobillərin təhlükəli idarə edilməsi elə ilk növbədə həmin gəncin özünün həyatını çətin vəziyyətdə qoyur. Başqa sözlə demiş olsaq, onlar "ölümlə-olum” arasında qalırlar. Adi bir hoqqabazlıq və özündən müştəbehlik bir ailəni gözüyaşlı qoyur.
Avtoxuliqanlığa qarşı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi həmişə davamlı olaraq mübarizə aparıb. Xüsusən sutkanın qaranlıq saatlarında əl-ayaq yığışandan və avtomobillər yolda azalandan sonra bir çox gənclərin və yeniyetmələrin avtomobillərlə şou yaratması birmənalı olaraq yol polisinin nəzarətindən yayınmayıb. Bir-iki il bundan əvvəllə müqayisədə bu gün demək olar ki, Bakı şəhərində avtoxuliqanların sayı azalıb. Bəzən elə olurdu ki, bir ayda 12-15 avtoxuliqan yol polisi tərəfindən saxlanılır, onlar barəsində tərtib olunmuş protokol məhkəməyə göndərilir və məhkəmə də avtoxuliqanları bir neçə il sürücülük hüququndan məhrum etməklə yanaşı, 30 sutka həbs də verirdilər. Bu cür ciddi tədbirlərin görülməsi istər-istəməz Bakıda avtoxuliqanların sayının azalmasına gətirib çıxarıb. Amma bu o demək deyil ki, Bakıda və bölgələrdə avtoxuliqanlar yoxdu.
Artıq bir çox avtoquliqanlar istər Bakıda, istərsə də bölgələrdə kameralar vasitəsilə aşkarlanır. Üstəlik də bəzi avtoxuliqanlarla yanaşı, sosial şəbəkələrdə yerləşdirilən görüntülər yol polisi tərəfindən araşdırılır, tapılır, onlar barəsində protokol tərtib edilir, lazımi sənədlər tədbir görülmək üçün məhkəməyə göndərilir. Aydındır ki, bu cür müasir metodla avtoxuliqanların aşkarlanması onların özünün də canlarına vəlvələ salıb. Deməli, bu addımı atanlar ilk növbədə hərəkət iştirakçılarından çox özlərini həyatını təhlükə qarşısında qoyurlar. Üstəlik də cəmiyyətə, insanlara hörmətsizlik eləyir, insanlar arasında qorxu və vahimə yaradırlar.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov avtoxuliqanlarla bağlı bizim ünvanladığımız suala cavab verərkən bildirdi ki, yol polisi mütəmadi olaraq paytaxtımızda hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün kobuq qayda pozuntularına yol verən sürücülərə qarşı ciddi mübarzə aparır. İlk növbədə avtoxuliqanlar və sərxoş sürücülər keçirilən reydlərdə bir qayda olaraq saxlanılır. Çünki onlar tək özləri üçün deyil, digər hərəkət iştirakçıları üçün böyük təhlükə yaradır. Bir faktı qeyd edim ki, son vaxtlar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi avtoxuliqanlıq edən bir neçə sürücünü saxlamış, onlar barəsində protokollar tərtib etmiş və məhkəməyə göndərmişdi. Məhkəmənin qərarı ilə avtoxuiqanlıq edən gənclərə 30 sutka həbs cəzası verilmişdi. Şəhərimizdə bu cür halların qarşısının alınması üçün birmənalı olaraq yol polisi gündüz və axşam saatlarında reydlər keçirir. Bəzən ipə-sapa yatmayan, avtoxuliqanlıq edən gənclər yol polisinin "saxla!” əmrinə tabe olmir, hərəkəti davam etdirir və digər insanların həyatı üçün təhlükə yaradır. Bax, bu cür avtoxuliqanlar heç də uzağa gedə bilmirlər. Yol polisi süni tıxac yaratmaqla onları çətinliklə də olsa saxlamağı bacarır.
Polis polkovniki Vaqif Əsədov dedi ki, mənim yeniyetmə və gənclərə tövsiyəm bundan ibarətdir ki, onlar bu əməllərindən vaxtında çəkinsinlər. Əks təqdirdə, gec-tez onlar saxlanılacaq, inzibati məsuliyyətə cəlb olunacaq və məhkəmə qarşısında cavab verməli olacaqlar. Bir faktı da qeyd edim ki, həyata keçirilmiş profilaktik tədbirlər nəticəsində əvvəlki vaxtlarla müqayisədə paytaxtımızda avtoxuliqanalrın sayı əsaslı surətdə azalıb. Burda həm maarifləndirmə işlərinin, həm də inzibati cəzaların xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamaq istəyirəm.
Təbii ki, qanunu pozan və avtoxuliqanlıq edənlər gec-tez öz cəzasını almalıdır. Amma bir çox ölkələrdə bu cür gənclər üçün xüsusi yerlər və meydançalar yaradılıb ki, onlar gedib həmin yerdə şou göstərsinlər və öz enerjilərini canlarından çıxarsınlar. Çox təəssüf ki, bizdə yeniyetmə və gənclərin belə bir arzusu hələ gerçəkləşməyib. Bəlkə də onlara Bakıda və digər yerlərdə avtomobilləri idarə etmək üçün şərait yaradılsa, bu gənclər şəhərin küçə və prospektlərində avtoxuliqanlıq eləməzlər.
Hər halda, bu barədə ciddi düşünmək lazımdır. Çünki elə gənclər var ki, nə qədər cəzalansalar da, yenə öz əməllərindən çəkinmirlər. Ona görə də birmənalı olaraq belələrinə münbit şərait yaratmaq lazımdır ki, onlar enerjilərini canlarından çıxarsınlar, ətrafdakılar üçün təhlükə mənbəyi yaratmasınlar.
Digər Xəbərlər
02 May 2026 13:03
İstirahət günü hava necə olacaq?
02 May 2026 13:01
Bakı Metrosunda bu cür əyləşənlər HƏBS OLUNACAQ
02 May 2026 12:55
Böyük Qayıdışın yaratdığı təbəssüm - VİDEO
02 May 2026 11:45
Yol Polisi bu sürücülərə xəbərdarlıq etdi
01 May 2026 18:48
Prezidentin qızı və gəlini sərgiyə qatıldılar - FOTOLAR
01 May 2026 16:52
İlham Əliyev ailəsi ilə birlikdə İslam Səfərli küçəsinin açılışında - FOTOLAR
01 May 2026 14:11
Müraciətlərə baxılması qaydası dəyişir
01 May 2026 12:40


Bakı -°C

