adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 Yanvar 2018 12:31
50198
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: AVTOBUSLARI PATRUL MAŞINLARI MÜŞAYİƏT ETDİ

Həmişə bir qaydaolaraq yol polisi bayram günlərində gücləndirilmiş iş rejimində çalışır. Bu dəfədə dekabrın 30-dan yanvarın 4-nə qədər Azərbaycan polisi gücləndirilmiş işrejimində işləyib. Təbii ki, bu ölkəmizdə ictimai asayişin qorunmasına, yol hərəkətinin təhlükəsiziliyinin təmin edilməsinə xidmətedib. Əlbəttə, heç kimə sirr deyil ki, bayram günlərində bizim hamımız özevimizdə, ocağımızın başında və ailəlikcə bir yerdə süfrə arxasında əyləşirik.Amma həmin günlər sözün həqiqi mənasında Azərbaycan polisi hava şəraitinin mürəkkəbolmasından asılı olmayaraq, öz xidməti vəzifəsini məsuliyyətlə yerinə yetirir.

Baş Dövlət YolPolisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun tapşırığı ilə YolPatrul Xidməti Alayının bütün tağımları bayram günlərində hava şəraitinin çətinliyindənasılı olmayaraq, sərnişindaşıyan avtobus və mikroavtobusları partulmaşınlarıyla müşayət edərək mənzilbaşına təhlükəsiz çatdırıblar. Xüsusən dəBakı-Astara, Bakı-Qazax, Bakı-Şamaxı, Bakı-Quba avtomobil yolunda xidmət aparanyol polislərinin üzərinə daha yüksək məsuliyyət hissi düşüb. Belə ki, həministiqamətdə xidmət aparan tağımlar avtobus və mikroavtobusu eyni cərgədə sırayayığaraq xidməti patrul maşınlarıyla onları sağ-salamat mənzilbaşına çatdırmağıöz üzərlərinə götürüblər.

Bu mənadaBakı-Quba avtomobil yolunda xidmət aparan Yol Patrul Xidməti Alayının 1-citağımının üzərində də bu və ya digər dərəcədə məsuliyyət düşüb. Onsuz da butağım bütün dövrlərdə xidməti vəzifələri yerinə yetirərkən məsuliyyət hiss edirvə hərəkətin təhlükəsizliyini yüksək səviyyədə təmin edir. Bu dəfə də 1-ci tağımın əməkdaşları Bakı-Quba avtomobilyolunda bayram günlərində gücləndirilmiş iş rejimində çalışıb, həmin istiqamətəgedən xarici vətəndaşların, turistlərin və eləcə də yerli sakinlərimizin təhlükəsizliyini təminetmək üçün zəruri addımlar atıblar.

Belə ki, elətağım komandiri, polis mayoru Ürfət Şükürov xarici hərbi qonaqları özü Qubaya qədərbayram günləri müşayiət edib. Bununla yanaşı, tağım komandiri, eyni zamanda 9 sərnişinavtobusunu da şimal istiqamətindən müşayət edərək Bakının Xırdalan dairəsinə qədərtəhlükəsiz çatdırıb.


Ümumiyyətlə,bayram günləri 1-ci tağımın əməkdaşlarının müşayiəti ilə 200-ə yaxın sərnişindaşıyanavtobus və mikroavtobus cərgəyə düzülərək sürət həddini aşmamaqla təhlükəsizistirahət yerlərinə çatdırılıb və ordan da sağ-salamat geri qaytarılıb.

Əvvəllər də yolpolisi bayram günlərində avtobus və mikroavtobusları müşayiət edərək təhlükəsiz mənzilbaşına çatdırıb. Amma bu dəfəbayram ərəfəsində və bayram günlərində bütün tağımlarda avtobuslar vəmikroavtobusların təhlükəsizliyi patrul maşınlarıyla təmin edilib. Yəni cərgəyədüzülmüş onlarla avtobus və mikroavtobusları qabaqda və arxada yol patrul xidmətimaşınları müşayət edərək lazımi istiqamətə çatdırıblar.

Birinci tağımınkomandiri, polis mayoru Ürfət Şükürov bizimlə söhbətində bildirdi ki, bayramgünləri bütün tağımın əməkdaşları gücləndirilmiş iş rejimində işləyiblər. Onlarsutkanın 24 saatını öz vəzifə borclarını məsuliyyətlə yerinə yetiriblər. Mənimözüm və əməkdaşlarımız həmin günlər bir neçə saat yata bilmişik. Qalan saatlarıxidməti vəzifəmizi yerinə yetirməyə sərf etmişik. Rəhbərliyin bizim qarşımızdaqoyduğu vəzifəni bacarıqla icra etməyəçalışmışıq. Məhz bunun nəticəsidir ki, bayram günləri xidmət apardığımızBakı-Quba avtomobil yolunda ağır qəzabaş verməyib və ölüm faktları qeydə alınmayıb. Bütün bunlara gərgin iş rejimi vəyüksək nizam-intizam nəticəsində nail ola bilmişik. Şükürlər olsun ki, cərgə iləapararaq müşayiət etdiyimiz sərnişin daşıyan avtobus və mikroavtobuskarvanında heç bir xoşagəlməz hadisə başverməyib. Çünki qabaqda və arxada yol patrul xidməti maşınlarında əyləşən əməkdaşlarımız təhlükəsizliyə nəzarət ediblər. Üstəlik dəsürücülər hava şəraitinə uyğun sürət həddi seçiblər. Bax, bütün bunlar hərhansı xoşagəlməz hadisənin qarşısının alınmasında önəmli rol oynayıb.

Bir faktı daqeyd edək ki, avtobus və mikroavtobus karvanlarının təhlükəsiz müşayət edilməsində1-ci tağımın Zaratdakı və Saraydakı stasionar postlarında çalışan əməkdaşlarınınüzərinə yüksək məsuliyyət hissi düşüb. Onlar hava şəraitinin mürəkkəb olduğugünlərdə belə avtobus və mikroavtobusları yüksək peşəkarlıqla müşayiət etməyibacarıblar.

Birinci tağımın əməkdaşı,polis serjantı Anar Hümmətov həmin günlər öz vəzifə borcunu çox yüksək peşəkarlıqlaicra edib. O, ayrı-ayrı avtomobil sürücülərini Saraydakı stasionar postdasaxlayaraq onlara xəbərdarlıq edib ki, bayram günləri sürət həddinə əməl etsinlərvə hava şəraitinə uyğun sürət həddi seçsinlər. Təbii ki, bu cür maarifləndirməişlərinin aparılması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi bayram günlərindəbaş verə biləcək qəzaların qarşısının alınmasında önəmli rol oynayıb.

Birinci tağımın əməkdaşı,polis baş serjantı Samir Əliyev də bayram günlərində ona tapşırılmış işin öhdəsindənbacarıqla gəlib. O, Yol Patrul Xidməti Alayında 12 ildir ki, xidmət göstərir.Əvvəllər alayın 9-cu tağımında çalışıb. Nümunəvi xidmətinə görə, onu alayın1-ci tağımına keçiriblər. Və 1-ci tağımda da çalışdığı müddət ərzində özbacarığı, peşəkarlığıyla seçilib. İş əmsalı daha da yüksəlib. Üstəlik də SamirƏliyev sürücülərlə daha səmimi davranır. Bu da onun istər-istəməz fəaliyyətinəmüsbət təsir göstərir.

Bayram günlərində 1-ci tağımınəməkdaşlarından Anar Hümmətov, Samir Əliyev, Adil İsmayılov, TusiBayramzadə, İslam Cəfərov, Hikmət Şükürov, Emin Əsədov, Elçin Mütəllimov vəbaşqaları sözün həqiqi mənasında hərəkətintəhlükəsizliyini yüksək səviyyədə təmin ediblər. Təbii ki, bu da qabaqlayığı tədbirlərinhəyata keçirilməsi deməkdir.

Həmin günlər1-ci tağımda xidmət aparan evakuator maşının sürücüsü Elməddin Cəfərov da tapşırılan işə məsuliyyətləyanaşıb. Yəni çətin vəziyyətdə olan hər hansı bir sürücüyə kömək gbstərməyəhazır olduğunu bilidirib. Ancaq şükürlər olsun ki, həmin günlər ona müraciət edənolmayıb.


Bir faktı daqeyd edək ki, avtobus və mikroavtobusların yol patrul xidməti maşınları tərəfindənmüşayət edilərək mənzilbaşına çatdırılması sərnişinlərin çox böyük razılığına səbəbolub. Xüsusən də xaricdən ölkəmizə istirahətə gəlmiş nümayəndələrin, turistlərinvə eləcə də yerli sakinlərin yol polisinin bu cür mədəni və sivil xidmətindənrazılığı təbii ki, Azərbaycan polisinin nüfuzunun artmasına müsbət təsir göstərib.Əlbəttə, belə təşəbbüslərin gələcəkdə də mütəmadi hala çevrilməsi istər-istəməzhər bir insanın marağına və sevincinə səbəb olur. Çünki biz hər gün, hər saat, hər dəqiqə Azərbaycanpolisinin bu cür humanist addımlar atmasının şahidi oluruq. Deməli, Azərbaycanpolisi bu xalqa, bu dövlətə namusla və vicdanla xidmət göstərir.

Reyddə iştirakedirdilər: Ürfət ŞÜKÜROV - Yol Patrul Xidməti Alayının 1-ci tağımınınkomandiri, polis mayoru; Rasim ƏLİYEV - 1-ci tağımın baş inspektoru, polisleytenantı; Anar HÜMMƏTOV - 1-ci tağımın inspektoru, polis baş serjantı; AdilİSMAYILOV - 1-ci tağımın inspektoru, polis baş serjantı; Emin ƏSƏDOV- 1-citağımın inspektoru, polis baş serjantı; İslam CƏFƏROV - 1-ci tağımıninspektoru, polis baş serjantı; Faiq QİSMƏTOĞLU - "Ədalət"in əməkdaşı