adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
04 Noyabr 2019 13:11
14061
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: AVTOBUS QƏZALARI...

Bu gün istərBakı şəhərində, istərsə də regionlarda sərnişinlər avtobus vəmikroavtobuslardan daha çox istifadə edirlər. Təbii ki, fərdi avtomobilləriolmayan insanlar bu ictimai nəqliyyat növündən yararlanmaqda haqlıdırlar. Çünkikimliyindən asılı olmayaraq, avtobus və mikroavtobusa minən sərnişinlər həm dəmənzilbaşına rahat və təhlükəsiz çatmaq istəyirlər.

İndi gəlin görəkbu rahatlıq və təhlükəsizlik bütün avtobus vəmikroavtobuslarda mövcuddurmu? Təbii ki, bu suala birmənalı cavab verməkolmaz. Və həmin sualın da ən obyektiv cavabını bu nəqliyyatdan istifadə edən sərnişinlərsöyləyə bilərlər. Ən azından ona görə ki, bayaq dediyimiz kimi, hər gün avtobusvə mikroavtobuslardan ölkəmizdə yüz minlərlə sərnişin yararlanaraq mənzilbaşınagedirlər.

Sərnişinləri, eləcədə ondan istifadə edən insanları ən çox düşündürən və narahat edən təhlükəsizlikqaydalarına əməl edilməsidir. Gəlin onunla razılaşaq ki, istər rayondan Bakıyagələn, istərsə də paytaxtımızda hərəkət edən və sərnişin daşıyan əksər avtobussürücüləri sürət həddinə əməl etmirlər. Dəfələrlə Bakı-Qazax yolunda bir hadisəninşahidi olmuşuq ki, sərnişin daşıyan avtobus saatda 90-100-lə hərəkət etmək əvəzinə120-130-la idarə olunur.

Bəzən də həminavtobusun sürücüləri minik avtomobillərini magistral yolda ötüb keçir, yolunsağıyla getmək əvəzinə soluyla hərəkət edir, qəza şəraiti yaradır və tez-tezistiqaməti dəyişir. Hətta bəzən görürsən ki, bu avtobusun sürücüləri heç yolpolisinin "saxla!” işarəsinə də məhəl qoymurlar.

Mütəxəssislərinhesablamalarına görə, baş verən və ölümlənəticələnən yol-nəqliyyat hadisələrinin böyük hissəsi avtomobillərin yüksək sürətləidarə olunması nəticəsində yaranır. Bu barədə bir çox ekspertlərin də həyəcanlıfikirləri səslənib və onlar qəzaların qarşısını almaq üçün qabaqlayıcı tədbirlərgörülməsini tövsiyə ediblər. Elə bir ay,elə bir ongünlük olmur ki, avtobusların iştirakı ilə respublikamızda qəzalarbaş verməsin.

Xüsusən də Bakışəhərində tez-tez bu hadisələr baş verməkdədir. Məsələn, bir həftə bundan öncəRamanı istiqamətində iki avtobusun toqquşması nəticəsində 9 sərnişin müxtəlif dərəcəlibədən xəsarəti alıb. Onlar insanların və təcili tibbi yardım maşının köməkliyiilə xəstəxanaya çatdırılıblar. Xoşbəxtlikdən ölüm halı olmayıb və xəsarətlər dəbir o qədər ağır deyilmiş. Həkimlərin müayinə və müalicəsindən sonra həmin 9 nəfərxəstəxanadan evlərinə buraxılıb və müalicələrinin davam etdirilməsi məsləhətbilinib.

Əhalinin əksəriyyəti bu gün avtobuslara minəndə çox narahatlıqhissi keçirirlər. Xüsusən o marşrutlarda ki, avtobuslar köhnədir, xırdatutmludur, bax həmin avtobuslarda mənzilbaşına gedənlərin həyatı böyük təhlükədəolur. Bu gün Bakı şəhərində nümunəvi və dünya standartlarına cavab verənavtobuslar xidmət göstərir. Birmənalı demək olar ki, bu yeni avtobuslarda bütüntəhlükəsilik tədbirləri görülüb, sürücülər daha peşəkardır, sürət həddiniaşmırlar və eyni zamanda kart sistemindən istifadə olunur.

İstər-istəməzmüasir tipli avtobusların yayda və qışda kondisioner sistemi işlək vəziyyətdədir.Bir sözlə, bu cür marşrutlarda qəzalar çox nadir halda baş verə bilər. Ənazından ona görə ki, həmin avtobusların sürücüləri nizam-intizamlı və peşəkardılar.

Birmənalı olaraqdeyə bilərik ki, qaydaların pozulması köhnə avtobuslardan istifadə edənmarşrutlarda baş verir. Belə ki, onlara gün ərzində çox yüksək plan qoyulub. Məsələn,iritutumlu bir avtobus bir gündə 150 manata yaxın daşıyıcı şirkətin rəhbərinəpul ödəməlidir. Bunu isə ödəmək elə də asan deyil. İlk növbədə həmin sürücü ənazından 16-18 saat sükan arxasında olmalıdır. İkincisi də planı vermək üçünmaşını sürətlə idarə etməli, dayanacaqdaaz saxlamalı və eyni zamanda yol hərəkəti qaydalarını tez-tez pozmalıdır.

Hələ biz həminavtobusun təmizliyini, sürücünün sağlamlığını və onun daşıyıcı şirkətlə əməkmüqaviləsi olub-olmadığını demirik. Sirr deyil ki, əksər daşıyıcı şirkətlərvergidən yayınmaq üçün sürücülərlə əmək müqaviləsi bağlamır və bir sözlə, həminsürücü istehsalat zədəsi alanda, təqaüdə çıxanda heç bir imtiyazdan istifadə edəbilməyəcək. Ona görə də bu cür marşrutlara çox vaxt qeyri-peşəkar və hardan gəldiiş bacarmayan təsadüfi adamlar qəbul edilir.

Sözün açığı, bucür "sürücülərin" işə qəbul edilməsi daşıyıcı şirkətlərə sərf eləyir. Bir qəzada törədəndə sürücülük vəsiqəsi olmayan, daşıyıcı şirkətlə əmək müqaviləsibağlamayan adam avtobusu yolun ortasında qoyub qaçır. Görəsən, qəza zamanı ölənlərəvə xəsarət alanlara görə kim məsuliyyət daşıyacaq? Əlbəttə, avtobusu yolunortasında qoyub qaçan o "sürücü”.

Ən çox köhnəavtobuslardan və orta tutumlu nəqliyyat vasitələrindən Bakının mərkəzindədeyil, qəsəbələrə, kəndlərə və ucqar yaşayış sahələrinə getmək üçün istifadəolunur. Hamıya gün kimi bəllidir ki, Bakının əksər qəsəbələrinə, daha doğrusu,hamısına köhnə avtobuslardan istifadə etməklə marşrutlar təşkil edilib. Elə həminmarşrutun sahibləri də, daha doğrusu, daşıyıcı şirkətlərin rəhbərləri də birhadisə olanda yaxalarını kənara çəkirlər.

Bakı NəqliyyatAgentliyi hər il sona çatanda bildirir ki, paytaxtın bütün marşrutları kartsisteminə keçəcək. Amma il tamam olur, yeni il gəlir görürsən ki, yenə heç dəbütün marşrutlar kart sisteminə keçməyib, köhnə formada işləyir. Yəni el dilindədemiş olsaq, köhnə hamam, köhnə tasdı. İndi yenə məlum qurumun yetkililəribildirirlər ki, yeni ildən Bakıda bütün marşrutlar kart sisteminə keçəcəklər. Təkibelə olsun! Kör nə istər iki göz; biri əyrü, biri düz! Amma bu yazıq camaatı oqədər aldadırlar ki, heç bu deyilən sözlərə də bir o qədər inam qalmayıb. Çünkicamaat sözə yox, gördüyünə inanır.

Əgər köhnəavtobusların məxsus olduğu daşıyıcı şirkətlər öz sürücülərinə, texniki işçilərinə,dispeçerlərinə nəzarət edə bilmirlərsə və bu sürücülərin məsuliyyətsizliyiüzündən ağır qəzalar baş verirsə, deməli, bu işin bilavasitə yükü daşıyıcı şirkətinüzərinə düşür. Çünki daşıyıcı şirkətlər öz işlərini düzgün qura bilmir, təsadüfiadamları işə qəbul edir, onlarla əmək müqaviləsi bağlamır, avtobusların texnikisazlığını diqqət mərkəzində saxlamırlar. Belə olanda da təbii ki, qəzalarqaçılmaz olur.

Yazımızınbaşlığında belə bir sərlövhə yazmışdıq: "Avtobus qəzaları... Kimdir günahkar?”.Bu qısa araşdırmadan sonra belə bir məntiqi nəticəyə gəlmək olar ki, köhnəavtobusların iştirakı ilə baş verən qəzalarda əsas günahkar daşıyıcı şirkətlərdir.O daşıyıcı şirkətlər ki, götürdükləri öhdəliklərə əməl etmir, onu tez-tezpozur, mövcud qanunlardan və təlimatlardan yayınır. İkinci günahkar isə heç birməsuliyyət hiss etmədən və sükan arxasında əyləşən qeyri-peşəkar sürücülərdi.Bu cür sürücülər heç bir məsuliyyət hiss etmir, altıda alımı, beşdə verimiolmur və necə gəldi avtobusu idarə edir.

Əlbəttə, bu cürqanun pozuntularına göz yuman və bilavasitə Bakıda avtobus marşrutlarına nəzarətedən Bakı Nəqliyyat Agentliyi də məsuliyyətdən kənarda qalmamalıdır. Elədaşıyıcı şirkətlər var ki, onların lisenziyası əlindən alınmalı və daha məsuliyyətlidaşıyıcı şirkətə verilməlidir. Məsələn, metronun "Neftçilər” stansiyasındanYeni Günəşli qəsəbəsinə işləyən marşrutun sahibi və sürücüləri uzun illərdiryarıtmaz fəaliyyəti ilə Günəşli camaatını təngə gətiriblər. Belə ki, yayınistisində avtobusda camaat istidən boğulur, qışın soyuğunda isə soyuqdanüşüyür. Hələ bu azmış kimi, köhnə iri və orta tutumlu avtobuslar bəzən xarabolub yolun ortasında qalır. Camaat da sürücüyə irad tutanda o da deyir ki,bizim günahımız yoxdur, gedin şikayətinizi bizim şirkətin rəhbərliyinə və yaxudda Bakı Nəqliyyat Agentliyinə deyin.

Biz də dəfələrləcamaatın 50 nömrəli marşrutla bağlı giley-güzarını həm daşıyıcı şirkətin rəhbərinə,həm də Bakı Nəqliyyat Agentliyinin məsul şəxslərinə çatdırmışıq. Ancaq onlardanbir səs çıxmayıb ki, çıxmayıb. Bəlkə indən sonra hər iki qurum hərəkətə gəlibbu marşrutda baş verən özbaşınalığın qarşısını ala, camaatın narazılığına sonqoya.