adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Dekabr 2019 12:24
27403
GÜNDƏM

Faiq QİSMƏTOĞLU: ASTA SÜR MAŞINI, AMANDI, SÜRÜCÜ!

Amma buna baxankimdi, əksər sürücülər sükan arxasında əyləşən kimi bir də görürsən ki, hər şeyiunutdular, kefləri ala buluddan nəm çəkdi, avtomobilləri ildırım sürəti iləidarə etdilər. Elə sürücü var ki, Allah 50-100 dəfə qoruyur, eləsi də var tayAllah onu qorumaqdan bezir və bir də görürsən ki, maşın qarışıq kəllə-mayallaqoldu. Ürək ağrıdan bu səhnələri görmək və bu faciələri yaşamaq həmin adamlarındoğmaları üçün çox çətindi. Ona görə çətindi ki, bir ailənin bəzən bir neçəüzvü yüksək sürələ idarə olunan avtomobilin aşması nəticəsində həlak olur. İndigəl bu dərdi çək görüm, necə çəkirsən?!

Mütəxəssislərinrəylərinə və hesablamalarına görə, ölkənin avtomobil yollarında baş verən qəzalarınböyük əksəriyyəti avtomobillərin yüksək sürətlə idarə olunması nəticəsindəyaranır. Çox təəssüf ki, bu gün bizim əksər sürücülər hətta yollardakı maarifləndiriciplakatlara diqqət yetirmirlər Həmin plakatlarda göstərilir ki, sürücülər sürəthəddinə əməl etsinlər. Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin maariflənməsiüçün bu cür plakatları avtomobil yollarında kifayət qədər yerləşdirib. Məsələn,həmin idarə sürücüləri maarifləndirmək üçün onlar arasında yaydığı bukletlərdəbildirir: "Yüksək sürət təhlükəlidir! Özünü aldatma, unutma ki, idarə etdiyingüc sənin deyil, avtomobilindir. Yol hərəkətinə diqqət həyatımıza verdiyimizqiymətdir!”. Yaxud başqa bir bukletdə Baş Dövlət Yol Polisi İdarəsi sürücülərəbildirir: "Yola bax, telefona yox! Unutmayaq ki, sükan arxasında telefondanistifadə etdikdə diqqətimiz yayınır və biz digər hərəkət iştirakçılarına təhlükəyaratmış oluruq”. Yaxud başqa bir bukletdə oxuyuruq: "Velosiped hər bir uşağınarzusudur. Amma valideynlər üçün övladların sağlamlığı ondan qat-qat daha böyükarzudur. Velosiped və moped sürücülərinə sükanı tutmadan və ya təhlükəsiz dəbilqələrindənistifadə qaydalarını pozmaqla hərəkət etmək qadağandır”. Baş Dövlət Yol Polisiİdarəsinin bu cür təbliğat və maarifləndirici işi təbii ki, diqqətəlayiqdir.Eyni zamanda, həmin tövsiyələrin sosial şəbəkədə paylaşması da hərəkətiştirakçılarından xahiş edilir.



Əlbəttə, təbliğatvə təşviqat işi düzgün qurulanda həmişə bunun müsbət nəticələrini görməkmümkündür. Çünki bir plakat, bir buklet və bir şüar da bir çox halda sürücünündiqqətini cəlb edir, istər-istəməz yol hərəkəti qaydasına əməl etməyə məcburolur. Respublikanın avtomobil yollarında hərəkətin təhlükəsizliyi ilə bağlışüarlar və plakatlar kifayət qədərdir. Sürücünün gözü tez-tez "Yüksək sürət təhlükəlidir!”plakatına sataşırsa, təbii ki, həmin anda onun gözünün önünə ailəsi, balaları gəlirvə o da yüksək sürətlə avtomobili idarə edirsə, sürəti aşağı salır. Amma məsələninbir tərəfi də var ki, heç də bütün sürücülər bu maarifləndirmə və təbliğat işlərindənbəhrələnmirlər. Bir çoxları sükan arxasında sərxoş vəziyyətdə əyləşir vəavtomobilləri çox yüksək sürətlə idarə edirlər. Hələ bəziləri də 16 saat sükanarxasında əyləşir, sərnişin daşıyır və istirahət etmədən nəqliyyat vasitəsiniidarə edir və bu zaman da yuxulayaraq ağır qəzalar törədirlər.

Təsadüfi deyilki, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının bütüntağımları şənbə-bazar günləri respublikanın avtomobil yollarında reydlərkeçirirlər. Bu reydlər birmənalı olaraq hərəkət iştiraçılarının təhlükəsizliyinəxidmət edir. Çox qəribədir ki, reyd zamanı bir çox sürücülər yol hərəkətiqaydalarını kobud surətdə pozduqlarına görə saxlanılarkən peşman olmaq əvəzinəözlərinə haqq qazandırır və elə belə də olmalıdır düşüncəsilə hadisələrəyanaşırlar. Təəssüf ki, bəzən bir sürücüyə yüksək sürətlə avtomobiıi idarəetdiyinə görə dəfələrlə elektron protokol yazılır, amma onlar bundan nəticəçıxarmır. Axırda isə yüksək sürətlə avtomobili idarə edən sürücü ağır qəza törədir,həm özü həlak olur, həm də ki, yanındakılar.

Baş Dövlət YolPolisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polispolkovnik-leytenantı Rüfət Quliyev hərəkətin təhlükəsizliyi ilə bağlı görülmüşvə görüləcək tədbirlər barəsində bizimlə söhbət zamanı qeyd etdi ki, sürücülərinmaarifləndirilməsi istiqamətində tərəfimizdənçox böyük addımlar atılır. Belə ki, respublikanın avtomobil yollarında baş verəbiləcək qəzaların qarşısının alınmasında təbliğat və təşviqat işi önəmli əhəmiyyətkəsb edir. Hər hansı hava şəraiti ilə əlaqədar olaraq Baş Dövlət Yol Polisiİdarəsi əvvəlcədən sürücülərə xəbərdarlıq edir və onları maarifləndirir. Bax, dekabrın 2-də də ölkə ərazisindəçox güclü külək olacağı ilə bağlı hidrometroloqlar bizi məlumatlandırıb. Biz də öncədən küləkli hava şəraiti ilə əlaqədarolaraq sürücüləri xəbərdar etmişik. Bu cür hava şəraitində respublikanınavtomobil yollarında bütün nəqliyyat vasitələri sürət həddinə əməl etməlidir.Yük daşıyan iri maşınlar və eləcə də digər yük maşınlarını idarə edənlər dahadiqqətli olmalı, döngələri dönərkən sürəti azaltmalı, ara məsafəsi saxlamalı vəbir sözlə, yol hərəkəti qaydalarına əməl etməlidirlər.



Polkovnik-leytenentRüfət Quliyevin sözünə qüvvət olaraq demək istəyirik ki, bir neçə ay bundan əvvəlküləkli havada Bakı-Qazax yolunun Qaradağ istiqamətindəki yerində iri yükmaşını sürətlə idarə olunduğuna görə, küləyə tab gətirməmiş və aşmışdı. Yoluninfrastrukturuna ziyan dəysə də, xoşbəxtlikdən ölüm hadisəsi baş verməmişdir.

Bax, dekabrlın2-də də istər respublikanın avtomobil yollarında, istərsə də Bakı şəhərindəsürücülər küləkli hava şəraitini nəzərə almalı, iri gövdəli ağacların altındamaşını saxlamamlı, başqa sözlə demiş olsaq, Baş Dövlət Yol Polisi İdarəsininhava şəraiti ilə əlaqədar xəbərdarlığına və tövsiyəsinə əməl etməlidirlər.

Yazımızın əvvəlindəqeyd etdik ki, baş verən yol-nəqliyyat hadisələrinin böyük əksəriyyətiavtomobillərin yüksək sürətlə idarə olunması nəticəsində yaranır. Və bununla dabağlı Baş Dövlət Yol Polisi İdarəsinin apardığı təbliğat və maariflçilik işlərinihərəkət iştirakçılarının diqqətinə çatdırdıq. Təbii ki, bu qabaqlayıcı addımlarhər bir sürücüdə məsuliyyət hissini artırmalıdır. Daha doğrusu, bir mahnının sözlərindədeyildiyi kimi: "Asta sür maşını, amandı, sürücü!”.