adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 Avqust 2020 13:15
13742
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: ARXAYINLIQ

Arxayınlıq yaxşıəlamətdi, amma bəzən bu arxayınlıq həddindən artıq çox olanda insan nəyi varsa,onu itirməklə üzləşir. Başqa sözlə demiş olsaq, bu arxayınlıq onda özündənrazılıqyaradır və nəticədə son anda nə qazanıbsa, onun əldən çıxdığını görür. Məsələn,hər hansı idmançı (istər bokusçu olsun, istər güləşçi, istərsə də finiş xəttinəçatmaq istəyən yürüşçü) görürsən ki, qələbənin bir addımlığındadı və daha çoxxal toplayıb.

Bir anlıq ondaarxayınlıq yaradır, bir neçə saniyədən sonra qələbə çalmağına ümid bağlayır və əvvəlkigüc və enerji ilə mübarizə aparmır və nəticədə rəqibinə uduzur. Yaxud da başqabir misal. Hər hansı məşhur futbol komandası rəqibinə birinci hissədə 5:0hesabı ilə qalib gəlir, ikinci hissədə arxayınlıq yaranır və əvvəlki sürətlə vətexnika ilə mübarizə aparmır, nəticədə oyun ya heç-heçə qurtarır, ya da əvvəlqalib gələn komandanın məğlubiyyəti ilə bitir. Biz bunların hamısınızaman-zaman görmüşük.

Elə bil oxucunubir qədər dağa-daşa saldım və yordum. Bilirsiniz, söhbət nədən gedir? Söhbətölkəmizdə koronavirusla mübarizədən və ona qarşı aparılmış qabaqlayıcı tədbirlərdən,səhiyyə işçilərinin bu mücadilədə qələbəsindən gedir. Sirr deyil ki, artıq 5aya yaxındır ki, 3-cü Dünya Müharibəsi səviyyəsində olan koronavirusa qarşı məmləkətimizdəçox gərgin bir mübarizə ilə mücadilə aparılır. Sərt karantin rejiminin tətbiqi,dövlət və hökumət tərəfindən həyata keçirilən mütəmadi tədbirlər, bütün bunlarzaman-zaman öz nəticəsini verdi. O da bəlli oldu ki, ölkəmizdə bu böyük bəlayaqarşı öncədən hazırlıqlar görülür və o ocağın sönməsi üçün bütün lazimiaddımlar atılır.

Ölkə prezidenticənab İlham Əliyev tərəfindən mövcud təhlükəyə qarşı bütün nə lazımdısa, onlarhamısı vaxtında və zamanında gerçəkləşdirilib. Başqa sözlə demiş olsaq, ixtisaslaşdırılmışxəstəxanalardan tutmuş, yeni modul tipli tibb mərkəzlərinə qədər bütün qüvvələrbu təhlükəli virusun qarşısının alınmasına yönəldilib. Ölkəyə ən müasiravadanlıqlar, süni tənəffüs aparatları, xəstələrin müalicəsi üçün dava-dərmanlargətirilib.

Son 10-15 gündəbu xəstəliyə qarşı ölkədə müsbət dinamika yüksələn xətlə inkişaf edib. Yəni əvvəllərvirusa yoluxanların sayı gün ərzində 500-dən yuxarı idisə və sağalanlar bundanqat-qar az idisə, artıq bir neçə gün bundan əvvəl həm virusa yoluxanların sayı əsaslısurətdə azalıb, həm də sağalanların sayı 600-ü keçib. Bax, bunun özü çox böyükuğurdur. Əlbəttə, həm Səhiyyə Nazirliyinin, həm də TƏBİB-in və eləcə də NazirlərKabineti yanında Operativ Qərargahın və bütün həkimlərin gecə-gündüz istirahətetmədən gördükləri zəhmətin nəticəsi idi bu. Bu həm də onu göstərir ki, hərhansı bəlaya qarşı bütün dövlət qurumları və əhali birgə mübarizə aparanda o təhlükəninqarşısını almaq o qədər də çətin olmur.

Problemlərin həllindəDaxili İşlər Nazirliyinin yol patrul, çevik polis alayı və post patrul xidmətininmütəmadi olaraq sutkanın 24 saatı fasiləsiz xidməti də önəmli əhəmiyyət kəsbedir. Və burda əhalinin böyük əksəriyyətinin sərt karantin rejimininqaydalarına riayət etmələrini xüsusilə qeyd etmək lazımdır. Əvvəlki vaxtlaranisbətən insanlar ictimai nəqliyyatda və qapalı yerlərdə tibbi maskalardan dahaçox istifadə edirlər. Amma bu o demək deyil ki, hamı sanitar-gigiyenikqaydalara və maskalardan istifadəyə önəm verir.

Artıq avqustayının 5-dən səhər saat 6:00-dan sərt karantin rejimi tətbiq olunan şəhər vərayonlarda və o cümlədən Bakı şəhərindəyumuşaldılmalar olacaq. Birincisi, SMS sistemi ləğv ediləcək, bununlayanaşı, hər hansı park və xiyabanda 5 nəfərdən artıq insan toplaşa bilməz. Yənisərt karantin rejiminin bir çox qaydaları qüvvədə qalır. O cümlədən tibbimaskalardan istifadə etməməyə görə, İnzibatiXətalar Məcəlləsindəki 211.1 maddəsi qüvvədədir. Yəni SMS-in ləğv edilməsio demək deyil ki, tibbi maskalardan istifadə edilməməlidir. Çünki insanlarınbir çoxu elə təsəvvür edir ki, SMS-lər ləğv edilirsə, tibbi maskalardan daistifadə olunmayacaq. Ona görə də sərt karantin rejimi tətbiq olunan şəhər vərayonlarda əhali bu məsələləri diqqət mərkəzində saxlamalıdır.

Təbii ki, SMSsistemi ləğv olunandan sonra şəhər və rayonların küçələrində, xiyabanlarındainsan axını daha da çoxalacaq. İşi oldu-olmadı əksəriyyət çalışacaq ki, Bakınınküçə və prospektlərinə, xiyabanlarına, lap elə dəniz kənarı parka çıxsın və təmizhava qəbul eləsin. İnsanları da qınamalı deyil. Artıq 5 aya yaxındırmilyonlarla insanlar evdən çölə çıxmır, ünsiyyətdə olmur və park və xiyabanüzünə həsrət qalıb.

Təbii ki, buprosesdə hər bir insanın üzərinə çox böyük yük və məsuliyyət düşür. Bir çoxinsanlar yumuşalmadan arxayınlaşaraq bütün günü küçə və xiyabanlarda olmaqla həyatlarıüçün təhlükə yarada bilərlər. İlk növbədəhəmin yerlərə gedərkən insanlar çox olan məqamda tibbi maskadan istifadəedilməli, ara məsafəsi saxlanılmalı, sanitar və gigiyenik qaydalara əməlolunmalıdır.

Aydındır ki,Nazirlər Kabineti yanında Operativ Qərargah bu yumuşaldılmanın gedişatına nəzarətedəcəkdir. Əgər SMS-lərin ləğv edilidiyi dövrdə virusa yoluxanlar azalsa, xəstəlikləmüalicə edilənlər çoxalsa və bundan sonra yumuşaldılma sahəsində daha ciddiaddımlar atılacaq. İri ticarət mərkəzlərinə və xidmət sahələrinin fəaliyyətinəicazə veriləcək və eləcə də bir çox digər məsələlərin yumuşaldılmasına münbit şəraityaradılacaq. Ancaq Allah eləməmiş, hər şey əksinə baş versə, karantin rejimiyenidən daha da sərtləşdirilə bilər.

Buradan belə birməntiqi nəticə çıxır ki, yumuşaldılmalara doğru getməyin konkret bir yolu var:o da bütün insanların mövcud qaydalara ciddi riayət etməsidir! Yoxsa biz müəyyənuğurlara arxayın olsaq, karantin rejiminin qaydalarını pozsaq, koronavirus ölkəmizdəyenidən tüğyan eləyə bilər və bizim hər birimiz yaxalayar. Çünki artıq Avropaölkələrində bu virusun ikinci və üçüncü dalğası başlayıb. Sadəcə olaraq, bizbirlikdə olsaq, bu bəlaya qarşı bir yerdə mücadilə etsək, özümüzü və ölkəmizi butəhlükədən xilas eləyə bilərik!..