adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
21 Noyabr 2019 09:00
44297
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: “ANA KÜR” MTK-nın SƏDRİ QANUNLARI SAYA SALMIR

Bu gün ölkəmizdəçox böyük islahatlar həyata keçirilir. Çünki cənab prezident İlham Əliyev buislahatlara artıq xeyli vaxtdır ki, start verib. Ölkədə gedən köklü dəyişikliklərvə islahatlar çox təəssüf ki, bəzi qüvvələrin ürəyincə deyil və onlar hər vəchləprezidentin islahatına kölgə salmaq istəyir, bu işə badalaq vurmağa canatırlar. Amma gecdir. Çünki prezidentin həyata keçirdiyi bu islahat xalq tərəfindən böyük dəstək qazanıb və davam etməkdədir.

Prezident dəfələrləçıxışlarında qeyd edib ki, mən bu xalqın bir nömrəli xidmətçisiyəm. Və o,dediyinə də həmişə sadiq qalıb. Əfsuslar olsun ki, bir çox məmurlar və icraorqanlarının nümayəndələri xalqa xidmət etmir, öz maraqlarını güdür və həttaonların müraciətlərinə belə əhəmiyyət vermirlər. Hətta cənab prezident onu dadeyib ki, məmurlar xalqın müraciətlərinə cavab verməli, kabinetdən çıxmalı,onlarla görüşməlidirlər.

Bakının Suraxanırayonunun Yeni Günəşli yaşayış sahəsinin ”D” massivi, 13 nönmrəli binadayaşayan 22 sakini bir aya yaxındır ki,"Ana Kür” MTK-nın sədri Vahid Abdullayevin ağacları qırması və orda iki 16 mərtəbəli bina ucaltması iləbağlı bir çox nazirliklərə və hüquq-mühafizə orqanlarına müraciıət ediblər. Çoxtəəssüf ki, icra orqanları 144 ailənin səsini eşitmədi, MTK sədrinin qanunsuz hərəkətlərinəgöz yumdular. Əgər onlar, yəni icra orqanları camaatın müraciətinə vaxtındacavab versəydilər, 80-ə yaxın ağacın qırılmasının qarşısı alınar, özündənrazıMTK sədrinin hərəkəti dayandırılardı.

Hansı ki, ölkəprezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbuledərkən şəhərin baş planına və memarlıq üslubuna xələl gətirən tikintilər barəsindəkonkret göstəriş verdi. Cənab prezident dedi ki, 9 mərtəbəli binanın qarşısında16 mərtəbəli bina inşa etmək köhnə binanı gün işığına həsrət qoyur. Elə Günəşlisakinləri də məhz binalarının belə durumda olduqlarını bildiriblər. Binanınqarşısında iki il bundan əvvəl yüksəkmərtəbəli mənzil inşa edilib. İndi də arxatərəfdə "Ana Kür” MTK iki 16 mərtəbəli mənzil inşa edir. Eldar Əzizov çox ədalətlivə prinsipial başçıdır. Çünki o, məktəbin yanında bir neçə il bundan əvvəltikilməsi üçün sərəncam verilmiş yüksək mərtəbəli binanın inşasını saxlatdırdı.Elə camaat da bu inamla yeni icra başçısından kömək istəyir. Çünki aşağı icraorqanları bu məsələyə göz yumurlar. Onların yuxarı orqanlara ünvanladığı müraciətişikayət etdikləri Qaraçuxur bələdiyyəsinin sədri İxtiyar Nəcəfovun üstünə göndərirlər.Hansı ki, bələdiyyə sədri bu qanunsuz əməllərəgöz yummağı bir yana, onların əl-qol açmasına şərait yaradır.

Noyabrın 11-dənölkə prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Xətairayonunda ağac əkərkən Suraxanının Yeni Günəşli yaşayış sahəsinin "D” massivindəki13 nömrəli binanın arxasında sakinlərin 30 il bundan əvvəl əkdiyi 80-ə yaxınağac "Ana Kür” MTK-nın sədri Vahid Abdullayevin sədrliyi ilə iki günün içərisindəkəsilib məhv edildi. Həmin ağaclar gündüz saatlarında "Kamaz” markalı maşınayığıldı. Dəmir qapı da bağlandı ki, ağacların aparılmasını sakinlər görməsinlər.Hansı ki, ağac kəsən mişarın səsindən binada durmaq mümkün deyildi. Əvvəlağacları kəsdilər, sonra da onun izini itirmək üçün kötüklərini çıxardılar.Yuxarı mərtəbədəki sakinlər həmin anları video görüntü ilə çəkiblər. Həmingörüntünü çəkən 13 yaşlı məktəbli Əli adlı uşaq bu səhnəyə tab gətirməyibhönkür-hönkür ağlayıb. O deyib ki, babamın 30 il əvvəl əkdiyi və bəslədiyiağacları bir göz qırpımında "uf” demədən kəsdilər.

Təbii ki, "AnaKür” MTK-ya kimsə "qorxma” deməsə, birneçə saatın içərisində onlar cəsarət edib 80-ə yaxın ağacı kəsib doğramaz.Deyilənlərə görə, onların arxasında çox böyük bir havadarları var. Görünür, buhavadarlara arxayın olanlar bəd əməllərini həyata keçirməkdən və ölkədə gedənislahatlara badalaq atmaqdan çəkinmirlər. Amma onları inşallah çəkindirəntapılar.

Ölkə prezidenticənab İlham Əliyev İlqar Abbasovu Şirvan şəhər, Mərdan Camalovu Zərdab, Əziz ƏzizovuSuraxanı, Elşad Həsənovu Yasamal, Rafiq Quliyevi Xətai rayonlarının icrahakimiyyətinin başçıları təyin olunmaları ilə bağlı qəbul edərkən deyib: "Ölkəmizinümumi inkişafı müsbətdir və mən gələcəkdəhər hansı ciddi problem görmürüəm. Çünki ölkəmiz siyasi cəhətdən çox möhkəmdir,sabitlik Azərbaycanın uğurlu inkişafının əsas amillərindən biridir. Sabitliyintəminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Bizim siyasətimizə ləkəvuran hər bir adam öz cəzasını alacaqdır. Biz bu qədər səy göstəririk, bu qədərişlər görürük, əgər hansısa yaramaz məmur öz şəxsi maraqlarını təmin etmək üçünhansısa bəd əməllər törədirsə, mütləq cəzasını alacaq və artıq tarix bunu göstərir”.

Məhz 13 nömrəlibinanın sakinləri də heç kimdən səs çıxmayandan sonra cənab prezidentdən köməkistəyir, 80-ə yaxın ağacı qırıb 16 mərtəbəli bina tikmək istəyən MTK sədriVahid Abdullayevin və onun dəstəsinin məsuliyyətə cəlb edilməsini xahiş edir.Ağacların qırılması və qanunsuz iş görülməsi həm də cinayət məsuliyyəti deməkdir.Və bu cinayət məsuliyyətindən və havadarların kim olmasındam asılı olmayaraq,heç kim yayına bilməz. Çünki cənab prezident də qeyd edib ki, həmin adamlar cəzasınıalacaqdır.