adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Mart 2020 09:43
13013
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: 36 NÖMRƏLİ MARŞRUTDA ÖZBAŞINALIQ

Bugün Bakı şəhərində əhaliyə yüksək səviyyədə mədəni xidmət göstərən kifayət qədərmarşrutlar var. Və bu marşrutlarda hərəkət edən avtobuslar müasir tələblərəcavab verməklə yanaşı, bir çox texniki üstünlüklərə də malikdir. Məsələn,"BakBus”un avtobusları dünya standartlarına cavab verən nəqliyyat vasitələrindəndir.Və eyni zamanda onun texniki göstəriciləri də yüksəkdir. Kondisioner sistemi ilətəmin olunan bu sistem yayda sərinlik, qışda isə salona istilik verir.

Hələüstəlik həmin avtobusları idarə edən sürücülər öz peşəkarlıqları ilə seçilir,yol hərəkəti qaydalarına əməl edir, avtobusları yalnız dayanacaqda saxlayırlar.Axı bizim sərnişinlər bir pis vərdişəöyrəşiblər: harda gəldi avtobusa minməkistəyirlər! Amma bu avtobusun sürücüləri artıq sərnişinləri bu pis vərdişlərdənuzaqlaşdırıb və onları intizama dəvət ediblər. Təbii ki, belə də olanda həmsürücü, həm də sərnişin avtobusda özünü çox rahat hiss edir və mənzil başınasalamat çatır.

Əlbəttə,bu cür marşrutları alqışlamaq lazımdır və onlara ölkəmizdə "yaşıl işıq” yandırılmalıdır.Bu müsbət faktlarla yanaşı, Bakıda sərnişindaşınmada istənilən qədər nöqsanlaravə neqativ hallara da rast gəlmək mümkündür. Biz yazımızda bu barədə söhbətaçmağa çalışacağıq. Heç uzağa getməyək, Yeni Günəşlidən metronun "Koroğlu”stansiyası istiqamətində hərəkət edən 36 nömrəli marşrutu yada salmaq kifayətdir.

Uzunillərdir ki, bu marşrutda qayda-qanun yaradılmayıb. Bir qayda olaraq həminmarşrutlar digərləri ilə müqayisədə dayanacaqlara daha gec çatır. Başqa sözlədemiş olsaq, avtobusların arasındakı interval çoxdur. Bəzən həmin avtobuslarıdayanacaqda 10-15 dəqiqə gözləyirsən, gəlib çıxmaq bilmir ki, bilmir. Xüsusən də soyuq qış aylarında bu avtobuslarıdayanacaqlarda durub gözləməkdən sərnişinlər lap təngə gəliblər.

YeniGünəşli sakini Xanım Məmmədova bildirir ki, mən hər gün həmin marşrutdanistifadə edirəm və hər gün də gərgin anlar yaşayıram. Digər marşrutlar – 104 və50 nömrəli avtobuslar 2-3 dəqiqədən bir gəlsə də, amma 36 nömrəli marşrutda işləyənavtobusları 10-15 dəqiqə gözləməli oluruq. Bir də görürsən ki, budur, avtobus gəldi.Çöldəki soyuqdan xilas olub, birtəhərözünü avtobus salonuna çatdırırsan. Elə ki, avtobus salonuna daxilolursan, görürsən avtobusun içi də çöl kimi soyuqdur. İndi gəl, soyuq avtobusdamənzilbaşına rahat get görüm, necəgedirsən?! Bilmirsən özünü çöldə soyuqdan qoruyasan, yoxsa 36 nömrəliavtobusda?!

Avtobusdakıproblemlə bağlı nöqsanları sürücüyə çatdıranda daş atıb başını tutur ki, eləbilməyin soyuqdan üşüyən təkcə sizsiniz. Mən də sükan arxasında donuram!

Çoxqəribədir, bu necə olur? Axı hər bir ictimai nəqliyyat qış mövsümünə uyğunolaraq xəttə buraxılmalıdır. Üstəlik də hər gün avtobuslar səhər saatlarında xəttəçıxarkən texniki müayinədən keçirilir.Yəni avtobusda olan qüsurlar, texnikinasazlıqlar aradan qaldırılmalıdır. Görünür, 36 nömrəli marşrutun sahibi bu məsələləriçoxdan yaddan çıxarıb.

Yaddançıxarmasaydı, soyuq aylarda bu avtobuslarda da digər marşrutlarda olduğu kimiistilik sistemi işləyərdi. Həmin xətdə olan avtobusların əksəriyyəti fiziki vəmənəvi çəhətdən köhnəlib. Görünür, köhnə olduğu üçün də həmin avtobuslarda qışaylarında istilik sistemi nasaz vəziyyətdədir.

Koronavirustəhlükəsinə qarşı bütün ictimai nəqliyyat dezinfeksiya olunur. 36 nömrəliavtobusda əyləşəndə oturacağın nə qədər çirkli olduğunu görmək o qədər dəmüşkül iş deyil. Çirk o qədər çoxdur ki, par-par parıldayır. İndi gəlin görək,bu oturacaqlar vaxtlı-vaxtında təmizlənirmi? Əgər oturacaqlar vaxtlı-vaxtında təmizlənsə,orda o qədər çirk toplanmaz. Hələ üstəlik avtobusun salonu da bir çox halda natəmizolur. Axı, biz koronavirusdan danışırdıq. Görəsən, koronavirusa qarşı bumarşrutda hərəkət edən avtobuslarda dezinfeksiya işləri aparılırmı?

BakıNəqliyyat Agentliyinin sözçüsü bildirir ki, bütün ictimai nəqliyyatlarda avtobuslar dezinfeksiya olunur. Bəs onda 36nömrəli marşrutda işləyən avtobuslardada dezinfeksiya işləri həyata keçirilibmi? Bax, o sualın cavabını həminmarşrutun rəhbərləri və bir də sürücülər verə bilərlər. Amma görünən odur ki,bu marşrutda çirklənmə o qədər çoxdur ki, sərnişinlər oturacaqlarda belə əyləşəndəçox narahat olurlar. Hətta bir sərnişin deyir ki, o marşrutdan düşən kimi əlimisabunla 2-3 dəqiqə yuyuram ki, çirki getsin. Bilmək olmaz, birdən oturacaqda vətutacaqda virus olar və mənə keçər!

Hərhalda, 36 nömrəli marşrutda baş vermiş nöqsanları, neqativ halları vəçatışmazlıqları həmin marşrut sahibinin və Bakı Nəqliyyat Agentliyinin nəzərinəçatdırmağı özümüzə borc bilirik. Ən azından ona görə ki, həmin marşrutdan hərgün istifadə edən sərnişin kimi o nöqsanlarla bir daha rastlaşmaq istəmirik.