Faiq Qarayev yenidən yığma komandanın sükanı arxasına gətirilib
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Oyunlarında medal qazana bilməməyi baş məşqçi dəyişikliyi ilə nəticələnib.
Yığmamızın inkişafında xüsusi pay sahibi olan Faiq Qarayev yenidən komandanın "sükanı arxası”na keçib. O, AVRO-2013-ün final mərhələsi zamanı bu posta gətirilən Aleksandr Çervayovu əvəzləyib.
Nəticədə sentyabrın 26-da Belçika və Hollandiyada start götürəcək AVRO-2015-də komandamız yenidən təcrübəli mütəxəssisin rəhbərliyi altında oynayacaq. Bu səbəbdən yığmamızın əvvəlki oyununu tapıb, ən azı AVRO-2003-dəki uğurunu təkrarlayıb, hətta onu yaxşılaşdıracağını gözləməyə dəyər. Həmin vaxt 4-cü olan voleybolçularımız bu dəfə mükafata iddialı olacaqlar.
Səhhətində problemlər olan 56 yaşlı Qarayev bunları aradan qaldırmaq üçün bu gün əməliyyat da edilib. Həkim müayinəsindən tam keçdikdən sonra onun meydanda olmasına hansısa problem qalmayacaq.
Digər Xəbərlər
04 May 2024 13:37
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 10:29Azərbaycan Premyer Liqası: “Kəpəz” “Sumqayıt”a, “Qarabağ” “Neftçi”yə qarşı
03 May 2024 23:04UEFA-dan AVRO-2024 il bağlı mühüm dəyişiklik
03 May 2024 22:52Arda Güler komanda yoldaşlarından şikayətlənib - VİDEO
03 May 2024 22:06