adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 May 2020 11:19
116094
MÜSAHİBƏ

Faiq Balabəyli: “Qonaqlığa yazı yazdırmamışam”- MÜSAHİBƏ

Həmsöhbətimiz şair, publisist Faiq Balabəylidir.

-"Bayıldan bayırda” nə var?

-MənBayıldan bayıra bacardıqlarımı çıxara bildim. Müşahidə etdiklərim, yarananmünasibətlər, edilən söhbətlər, aparılan istintaqların sonucu, haqsızlıq, dərəninxəlvət olan yerdə tülkülərin necə bəy olmaları və sair yaddaşıma köçdü, kitabhalında oxuculara təqdim etdim. Müsahibələr götürdüm, reportajlar yazdım və içərininkəşf qoxulu ab-havasını bayırdakılara göstərdim. "Burda darıxmaq olmaz”,"Bayıldan bayıra” və 100 dən çox hekayət Bayıldan bayıra daşıdıqlarım oldu. Vəgünlərin bir günü gözəl şairimiz Fərqanə Mehdiyeva mənə həsr etdiyi bir şeirindədedi ki, Çöl də elə içəri kimidir, qardaş- dedi və bu dəfə Bayılda bayırı gözləriminqabağına gətirdim. Haqlı idi Fərqanə. Bir şeir yazdım, buranın(Bayılın)qanunları oranın (bayırın) qanunlarından daha qəddar və daha ədalətlidir.

-Dənizçisiniz. Amma bu çoxuna romantik, adrenalindolu gözəl görsənir. Əslində necədir?

-Dənizmaraqlıdır. Dənizçi olmaq şərəfli bir peşənin sahibi olmaq deməkdir, necə ki, hərbiçiolmaq, müəllim, həkim və sair sənətin sahibi olmaq kimi. Dənizi kənardan görənlərəlbəttə, romantik ab-havada olacaq. Dənizi kənardan tanımaq çox çətindir. Gərəkdəniz səni "dişinə vura”, sən dənizlə üz-üzə, göz-gözə gələsən, onun içində nələrvar, büruzə verə və dözəsən. Necə deyərlər, çəkişəsən ki, bərkişə biləsən. Məndünyanın bir-çox sularında üzmüşəm, ilk baxışdan fərq bilinməz. Amma Xəzərin həmküləyi, həm sualtı və suüstü maneələri dənizçidə böyük məsuliyyət tələb edir. Əbəsyerə deməyiblər ki, Xəzərdə üzən dənizçi dünyanın bütün sularında sərbəst hərəkətedə bilər.

Dənizçilər limanlarda vaxtını "səmərəli” keçirir

-Dənizçilərin "şorgöz” olduğu deyilir. Bəlkə nələrisəetiraf edəsiniz?

-Məsəlvar, deyərlər ki, dənizçinin hər limanda bir evi olur. Bu həqiqətən də belədir.Uzaq səfərlərdə olan dənizçilər hansı limana gəldisə boş vaxtlarını "səmərəli”keçiriblər. Deyim ki, bu istiqamətdə əks tərəfin də marağı və təşəbbüsü xüsusirol oynayıb. Mən də bəzən belə səfər sonlarıvaxtımı "səmərəli” başa vurmuşam.

-İfadəm kobud çıxa bilər, yaradıcılığınızla işimyoxdur. Amma şair kimi uğursuz oldunuz bir qədər. Sırf mühitdəki uğur baxımdandeyirəm bunu.

-Mənbelə deməzdim. Bizim oxucu qıtlığımız var, bu aydın məsələdir ki, müəllifolaraq adının az çəkilməsinə səbəb ola bilər. 8 kitabım çıxıb, satışındangileyim yox. 5.000 tirajla da çıxıb, 500 tirajla da. Mənim şair kimi uğursuzgörünməyimin səbəbi əslində heç bir qruplaşmada ola bilmədiyimdir. Əslində buçox yaxşı bir üsul imiş. 2-3 dəstə var ki, biri digərinin "bezdarnı” yazılarınıda bəh-bəhlə təqdim edir. Sosial şəbəkələrdə və ayrı-ayrı tədbirlərdə və sair.Xüsusi ilə də sosial şəbəkələrdə. Oxucularımızın da əksəriyyəti öz fikirləri iləyox, digərlərinin zövqü ilə "ayaqlaşır”. Təxminən belə; Adə, filankəs filankəsibəyəndi, onun əsəri haqda xoş söz dedi, müsahibədə adını çəkdi, mən bunu qeydetməsəm, məni zövqsüzlükdə qınayarlar. Nə isə, mən səninlə bu məsələ ilə bağlırazı deyiləm. Kifayət qədər oxucum var, oxunuram, şeirlərimə müraciət olunub.Qonaqlığa, qonorara və sairə haqqımda yazı yazdırmamışam.

-

-Yeni kitab, yeni mətnlərdən üzərində çalışıdığınızvar?

-"Bakirəqayalar” romanını bitirmişəm. Amma lazım bilmirəm hələ kitab halında oxucularatəqdim edəm. Sonuncu dəfə baxmaq fikrim var, əl gəzdirməliyəm. Yeni şeir və "Səfillər”hekayətlər kitabım hazırdır, "Qanun” nəşriyyatına təqdim edəcəm.

-Oğlunuz Turalı ədəbi mühitə gətirmək istəyinizinyanlış olduğunu deyənlər var. Onunla bağlı ədəbi mühit baxımdan enerjini xərcləməyədəyər?

-Yenəyanlış fikirdəsiz. Yəni, onu deyənlərin fikirləri yanlışdır. Mənim Turalın şeiryazmasına, yaxud ədəbi cameəyə gəlməsinə heç bir müdaxiləm olmayıb. Ürəyi nəyiistəyib, onun ardınca atını səyridib. Turalın iki kitabı çıxıb, çox maraqlışeirləri var. Onun yaradıcılığı haqda rəhmətli Vaqif Səmədoğlu, professor VaqifYusifli, şair Aqşin Yenisey, ƏsədQaraqaplan və sairlər xoş sözlər deyiblər. Çünki oxuyublar. Məsələn, içi sənqarışıq sən yaşda olan digər qələm dostların və heç dost olmadığın ədəbi nəslinçoxu onu oxumayıb. Niyə? Ona görə ki, Turalın ədəbi aləmdə dostu,"sabutilniki”, qeybət edən, yaxud bir-biri haqda tərifnamə deyib, zəncirvaribir birinə bağlı olan qrupun üzvü deyil. Tural pis-yaxşı nə yazırsa özü yazır vəəgər dərc olunursa da öz adına dərc olunur.

- Şeir, hekayə, publisistika, müsahibələr və.s.Bütün bunlarda özünü sınamaq. Bu özünü axtarışdır, yoxsa nə? Özünüzü hardatapdınız? Və ya tapmısınızmı?

- Mən özümüitirməmişəm ki, axtarış elan edəm vəhansısa janrda özümü tapmaq istəyəm. Ürəyimdən nə keçibsə onu yazmışam. Nəsr, nəzm,publisistika... Jurnalist fəaliyyətimlə bağlı da çox sayda yazılarım,reportajlarım və müsahibələrim olub. Həm də bədii yaradıcılıqla məşğul olmaqbir növ mənim hobbimdir. Heç vaxt fikirləşməmişəm ki, hansısa yazıma görə ədəbiyyattarixində qalmalıyam, buna görə də istedadımın çatmadığı nöqtəyə tərəf əlimiuzatmamışam. Nəyi necə yaşamışamsa, elə cə də qələmə almışam. Məhz ona görə dəməni oxuyanlar yaradıcılığımda səmimiyyətdən bəhs ediblər, əllaməçilik etməmişəm,ədəbiyyatda artistlik etmirəm...

-Məhbəsdən məktublar yazdınız. Bu bəs etmədi həttao məktubları kitaba çevirdiniz. Çox darıxmaqdan idi?

-Məhbəsdən yazılan hələ kitaba çevrilməyən yazılar yetərincədir. İnşallah yaxınvaxtlarda bu da gerçəkləşəcək. O ki, qaldı darıxmağa, mən məhbəsdə də, çöldə dədarıxdım. Amma məhbəsdə yazdığım şeirlərdən ibarət kitaba " Burda darıxmaqolmaz” adını verdim.

-Son zamanlar sosial şəbəkədə yaradıcılıq və mətndənçox nəvənizlə görürürük. Qocalıq əlamətidir, sevgidir, ya yenidən gəncləşmək?

- Sosial şəbəkədəson vaxtlar çox az şeirlər paylaşıram, bu düzdür. Amma o demək deyil ki,yazmıram. Amma nəvəmlə bağlı şəkillərin yayınlanmasına gəldikdə, özümü saxlayabilmirəm. O, sanki mənə yeni həyat verdi. Onsuz həyatımı, özümü təsəvvür etməkçətindir. Balalarımı da çox istəmişəm, ammanəvə sevgisi ifadə olunmazdır. Nəvəmin adı Dənizdir. Mən də dənizçiyəm,Dənizimin ata babası da dənizçidir, atası da dənizçidir, dayısı və sizin dəhaqqında sual verdiyiniz Tural da dənizçidir. Uşağın adını gənclər bu baxımdanDəniz qoyublar...

Söhbətləşdi: Emin Piri