adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Oktyabr 2014 12:59
7198
DÜNYA

Facebook şirkəti ABŞ hökumətinə xəbərdarlıq etdi

Facebook şirkəti ABŞ hökumətini saxta hesablar (akkaunt) istifadə etməməyəçağırıb. Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, Facebook-un Təhlükəsizlikxidmətinin rəhbəri Co Sallivan hökumət nümayəndələrinin də adi istifadəçilər kimi realakkauntlardan istifadə etməli olduğunu qeyd edib. Sallivanın "Associated  Press”agentliyinə verdiyi məlumata görə, daha çox ABŞ-ın Narkotika ilə Mübarizə İdarəsitəhqiqatlar aparmaq üçün sözügedən sosial şəbəkədə xeyli saxta hesab açıb.  Onun sözlərinə görə belə saxtalıqlarFacebookun istifadəçilər arasında etibarını aşağı salır və nəticədə onların busosial şəbəkədən uzaqlaşmasına gətirib çıxarır.

Şirkət hətta qadın istifadəçilərdən birinin şikayəti ilə saxtahesablı Mübarizə İdarəsinin əməkdaşını məhkəməyə də verib.