adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 Iyul 2019 15:01
148082
RUBRİKA

"Facebook gündəliyi"

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.


***



Günay Arda: "Artıq təqaüd almaqüçün "Neçə il dövlətə işləmişəm" qırğını edən adamlar indi ona-buna"Sən dövlətə işləyirsən" deyir.


***


Rəfiqə Əziz: "Gözləmədiyin yerdən,gözləmədiyin insanlar tərəfindən, gözləmədiyin hərəkətlə vurulmaq deyə bir həqiqətivar imiş bu dünyanın. Xatırlatdı...


***


Zaur Əhməd: "Təmkinli, səbrli, emosiyasız, dünyəvi,vurdum-duymaz olmaq lazımdır. Bizi gor qonşularımızla üz-göz eləməyin. Hər nəoldusa, oldu. Tay şişirtməyin nə mənası var.? Hamımız torpaqdan gəlmişik,torpağa da gedəcəyik. Torpaq üçün də dava-dalaşa, səs-küyə dəyərmi? Kim nədeyirsə, təxribatdı. Yola verin, getsin. Bundan sonra belə məsləhətdi.


***


Əziz Əlibəyli:Bundan sonra mənim üçün "gürcü xəngəli" bitmişdir.
Yaşasın "Borçalı xəngəli"...


***


İlqar Atabəyli: "Hamı dad edir ki,ölkədə boşanma pik həddə. Bütün saytlarda yazılar var. Amma əsil səbəbi izah edəbilmirlər. Sosial vəziyyət pisdir? Müharibə vaxtı və ondan sonra bundan pisolub. İnsanlar yarıac olub amma boşanmayıb. Düzdü, sovet ideologiyası boşanmanıtəqdir etmirdi. İndi hec bir ideologiya yoxdu. Ailə institutu dağılıb. Əvvəlkişi qızını ərə verəndə deyirdi, ordan meyidin çıxsın. Yəni boşanma. İndi deyirbir şey olsa dalında atan var.
Millət dəyişib. Azərbaycanlı olaraq15-20 il qabaq düşünə bilməzdi ki, kimsə çıxa verlişə, ailə problemindəndanışa, gəlinindən, qızından, arvadından. İndi adi şey.
Texnoliogiya- telefon, internet, narkomaniya,alkoqolizm. Bunar da səbəblərdən biri.
Məsləhətsiz evlənmələr, yerd yurd bilmədən. İnciməsinhec kim, tutaq ki, tovuzlu ilə masallının evliliyi nadir halda tutar. Biridindar və qapalı, biri yeyib-icən.. Ailələr də uyğun gəlməli.
Kənd yerində boşanan nisbətən az. Cünki hamı birbirin tanıyır, söz söhbətdən ar edir.
Bakıda it yiyəsin tanımır.
Ailə saxlamağa hazır olmayan gənc oğlanlar var ki məsuliyyətidərk etmir. 6 aya bezir. və s.”


***


Elməddin Muradlı: "Həyatda hər kəs özrolunu oynayır. Kimi sadəcə artistlik edir, kimi də iz qoyub gedir...


***


Ceyhun Rzayev: "Kaş, gözlənilmədənvəzifəyə keçərdim. İt ilində hardasa mənimlə şəkil çəkdirən, illərləarayıb-axtarmayan biri xəbəri saytlardan oxuyan kimi dərhal həmin şəkli arxivdəntapıb paylaşardı ki, əziz dost, doğma insan, hər şeyin ən yaxşısına layiqsən.Adımı da işarələmək şərtilə. Dostlar, tanışlar, yoldaşlar, qohumlar,qlamurkalar kommentdə adımı işarələyib təbrik edərdilər. Vəzifəyə keçən hər birinsan kimi mən də yazılanları oxuyub reaksiya verməzdim. Illərlə məniarayıb-axtarmayan adam da bütün təbrik kommentlərini əvəzimə layk edərdi.


***


İlkin İzzət Bağırov: "Mənə çoxmaraqlıdır. Dövlətin kənd təsərrüfatına və fermerlərə dəstəyi artdıqca biz meyvə-tərəvəzinvə digər k/t məhsullarının qiymətinin getdikcə aşağı düşəcəyini gözləyirdik.Amma nədənsə proses əksinə gedir. Bunun inandırıcı əsaslandırmasını verə bilənvar? Mən Bakıda meyvə-tərəvəzin qiymətinin bu qədər baha olduğu mövsümüxatırlamıram. Bu barədə istər adi vətəndaşlar, istərsə jurnalistlər demək olarki, hər gün yazır, sosial şəbəkələrdə paylaşımlar edir. Bəs rəsmi olaraq kimsəvəziyyətlə bağlı izahat verib, məsələyə aydınlıq gətirib? Bəlkə mənim diqqətimdən yayınıb, ona görəsoruşuram.


***


Vüsal Məmmədov: "Harun Yahyaya verilən870 il cəzanın bir qismini onun buradakı dişi və erkək pişiklərinin arasındabölmək pis olmazdı. O sıra ilə düzülüb, "Səni çox seviyoruz, Hocam","Vətəni sevməyi səndən öyrəndik", "Qadınlara dəyər verməyi səndənöyrəndik" deyən boyu yerə soxulası məxluqat var idi ha, bax, onları deyirəm.Bulqakov "Master və Marqarita"da yazır ki, sevən öz sevdiyinintaleyini bölüşməlidir. Qoy, bunlar da sonacan sevib, Hocalarının taleyinipaylaşsınlar. Bir ara əməlli-başlı qudurmuşdular, söyüş söyür, hətta üstümüzə "razborka"yagəlirdilər. Gözləri ayaqlarının altını görmürdü sosyetik dindoşların. Nə oldu bəs,indi niyə itiblər?! Təkamül çürüyüb qurtardımı?! Xalq arasında keçini dingildədəninnə olması haqqında kobud bir məsəl var. Bunlarda da həmin haqq-hesab imiş.


***


Qadir İbrahimli: "Gürcüləriddialarında davam edəcək, Bakının təmkinli mövqeyi isə bu iddiaları daha daqidalandıracaq!



Sübhan