adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
18 Aprel 2019 09:24
146467
RUBRİKA

"Facebook gündəliyi"

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az.Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.


***

Fazil Mustafa: "Tanınmış bir şairə münasibətimi sordular. Söylədim ki, Azərbaycan xalqının böyük şairidir.Ancaq mənim ədəbi zövqümün şairi deyil."

***

Şərif Ağayar: "Əlim dinc durmadı bir dəfə, müharibədə itkin düşən qohumumun adını "gugl"da axtarışa verdim, öz yazımda tapdım."

***

Rəşad Məcid:"Laçın itirilmişdir!”...
Hərbi diktorun 1992- ci ilin mayında dediyi bu çümlə bütün kədəri , ağrısı , əzabı ilə yadımdadır! Hərdən beynimdə oyanır, təbəssümümü üzümdə dondurub boğazımda qəhərə dönür, bütün həyatımı alt-üst edib, miskinliyimi yada salıb gedir..."

***

Elşad Məmmədli: "Hətta ən çətin, ən dar, ən problemli anda belə düşünün ki, qarşıda hər şey yaxşı olacaq. Bəlkə qarşıda heç də hər şey yaxşı olmayacaq. Amma siz belə köklənməklə bu gün, sabah... və həmişə özünüzü yaxşı hiss edəcəksiniz, depressiyaya düşməyəcəksiniz, qarşıda olanları da vecinizə almayacaqsız...Öyrəşəcəksiz..."

***

Hacıbəy Heydərli: "Həqiqətən də bu Şəbnəmə ayrılan pullar Tovuzun Turan klubuna ayrılsaydı, Çempionlar Liqasının qalibi olardı..."

***

Nuridə Allahyarova: "10 yaşlı uşağın sual verəndə saqqız çeynəməyinə "tərbiyəsizlik" deyilən bir cəmiyyətdə yaşamaq ağırdır! Uşaq saqqız çeynəyər də, ay... qeyrəti papaqla ölçüb, papağı külək aparanda ağlayan bəziləri! Uşaq-saqqız. Bundan təbii nə var ki, elə an gözləyirik ki, "tərbiyəsiz" yapışdıraq. Bir azdan yeni doğulan uşağın ağlamaq səsi də o iyrənc beyinlərdə improvizə olunub yozulacaq ki, ağlayanda tonunda tərbiyəsizlik elementləri vardı..."

***

Cahan Xanım: "Qadın hər zaman içindəki akvariumda bir canlıya həyat verməyi öz həyatını yaşamaqdan üstün tutur.."

***

Səxavət Məmməd: "40 ilin mollasıdı, deyir, Pasxa çıxsaydı, havalar düzələrdi."

***

Samir Aslan: "İnsanda ən sevdiyim 2 xüsusiyyət var: vicdan və mərhəmət! Bu iki dəyərdən yoxsul olanları nə sevmərəm, nə də hörmət etmərəm. Adam ola bilməyəndən sonra kim olmağının nə önəmi var ki?! Mərhəmət və vicdan adamlığın canıdır!"

***

Zaur Əhməd:"Rabitə və yüksək texnologiyalar naziri olsaydım, internetin bu gündə olduğuna görə istefa verərdim. Yaxşı ki, deyiləm, yoxsa..."