adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
09 Yanvar 2017 14:08
133991
RUBRİKA

"Facebook gündəliyi"

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Birvaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvisayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bircümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə,alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki,məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünədanışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınanlar, siz yazın,biz onları yayaq. Biz, yəni Adalet.az.Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə dətanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.


                                                                        ***

Aqşin Yenisey: "Dünyanın həryerində gənclər işləyir qocalar avaralanır, bizdə əksinə, hər yerdə qocalar işləyir,gənclər avaralanır”.


                                                                        ***


Abbas Əliyev: "Bu gün Qaraçuxur qəbirstanlığınagetdim içəri girən kimi molla yaxınlaşdı. Nə lazımdı? Dedim qəbir. Qiyməti 7000 azn.Dedim molla əmi biznes classla aparırsız? Əstəğfurullah


                                                                       ***


Təhminə Yqubova: "Kin və küsəyənlikzamanla insanı daha aqressiv, neqativə köklənən biri edir. Fürsət yaradıbbarışmaq və üzr istəmək üçün bəhanələr tapın”.


                                                                       ***


Nigar Cəfərova: "Dəhşət odur ki, bu ölkədəsən əgər küçədə yerə zibil atsan, reaksiya kəskin olmayacaq, hətta bəziləri fikirverməyəcək. Ancaq avtobusda öz ayağı üstündə dayana bilən yaşlı xanıma yer verməsən, azqalacaq ki, üzünə tüpürsünlər”


                                                                       ***


Mehriban Zeynalova: "Nə əhvalınzı, nəgöz yaşlarınız, nə gülüşünüzü, nə də emosiaylarınızı ssenariləşdirməyin.Kimsizsə osuz olduğunuz kimi ya nifrət, ya da sevgi qazanırsız.
Allahın sevdiklərindən seçdiklərindən olasınız!
Hər səhəriniz ugur gətirsin!”


                                                                      ***


Arzu Hüseyn: "Qarğalar susandabülbülləri eşitmək olur. Amma nə gözəl ki bəzi dırnaqarası söz adamları bu günheçnə paylaşmayıb. Sayələrində əsil istedadları oxuya bilirəm”.


                                                                      ***


İnqilab Quliyev: "Bildiyim bütünnağıllar yarısına qədərdir və demək olar ki, bütün bildiyim nağıllar uşaqlıqdannənəmin danışdığı qədəri ilə yadımda qalanlardır. Bütün nağılları yarıya qədərbilməyimin səbəbi isə deyəsən,hər dəfə nağılın ortasında yuxulayıb yatan nənəmdənqaynaqlanır”.


                                                                       ***


Samir Aslan: "Ən şiddətli agrıyasəbəb olan düşmənin deyil, həmişə yanında olacağına vəd edəndi...”


                                                                      ***


Fəridə Abdıyeva: "Bizim insanlarımızdaniyə belə təfəkkür formalaşıb ki, hansısa dəyəri bir kimsəyə aid etmək üçünonun mütləq sosial statusu olmalıdır. Filankəs anadır bunu etməlidir, bəhmənkəsatadır filanşeyi eləməz, bu xaladır ondan ana olmaz, o qardaşdı namus, qeyrət vəsair...İnsan ya mədəni qaydaları mənimsəyib ya da nəfsinin qurbanıdır. Bir kimsəvicdanını satıb yaxud xırda bir insanlıq naminə riskə gedib. O ki, qaldı əzəliduyğulara. Bəli, hər insan həm yaxşıdır, həm də pis. Sadəcə kiminsə daxilindəya yaxşı qalib gəlir ya pis. Bu sizin atanız da, ananız da, övladınız da vəsair ola bilər. İnsanlara status yükləmədən, cinsiyyət ayrımı etmədən, ədalətləqiymət verin”.


                                                                     ***


Şəhanə Müşviq: "Məhləmizə kino çəkənlərgəlmişdi...Birdən rejissor mənə dedi ki, çəkilmək fikrin var? Tələsik sevincəkdedim:

- Həə... Dedi:

- Onda çəkil, kinomuzu çəkək dəə...


Sübhan Mahmudov