adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
10 Noyabr 2016 12:44
98531
RUBRİKA

"Facebook gündəliyi"

Facebook -fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımızagətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indihəyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağıbacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatdanecəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən kihəmin adamsan.

Yaz, səni tanıyım.Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz ondadaha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar,xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz,yəni Adalet.az. Yayaq ki,yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə dəinsanın özünə arzuladığı ən böyük istəkdir.

                                                                       ***


Sahib Məmmədov: "Tramp prezidentolsa, dediklərinin çoxunu unudacaq. Xüsusən irqi, dini, etnik ayrı-seçkiliyəaparan ideyalarını. Təhlükəli odur ki, Amerika xalqı onu məhz bu şüarlarınagörə seçdi. Xalq Trampın dediklərini istəyir. Müsəlmanlar qovulmalıdır, Meksikailə sərhəddə beton divar çəkilməlidir və s. və i.a. 30-cu illərdə Alman xalqıda bu istəkdə idi. Dünya hara gedir?”

                                                                      ***


Ayxan Ayvaz: "Zaur Baxşəliyevəməkdar mədəniyyət işçisi adı alıb. Təbrik edirəm! Bir dəfə məni verilişinədəvət etmişdi. Gənc yazıçının faciəvi həyatı. Mövzu belə idi. Əvvəl normalünsiyyət qurduq. Məni çox xoş qarşıladı. Razılaşmışdım. Verilişə bir gün qalaköməkçisi zəng elədi. Bəs verilişə Zaurbəy ananızın gündəliyini və gəlinliyini istəyir. Soruşdum səbəbini. Dedi,bacınız gəlinliyi tutub ağlayacaq, qardaşınız gündəliyi oxuyub kövrək görkəmalacaq, siz də atanızdan danışıb göz yaşınızı siləcəksiniz. Əsəbiləşdim vəreytinqə görə ağlaşma qurmağın bizə yad olduğunu dedim. Biz üçümüz də pozitivvə həyat doluyuq. Ağlaşma üçün doğru ünvanda deyilsiniz. Xanım nə qədəryalvarsa da fikrimdən dönmədim və verilişə getmədim. Bir dostum bayaq deyir ki,gərək gedəydin, ondan sonra kitablarını alacaqdılar. Düşünürəm, adam haqlıdır”.

                                                                     ***


Cəlil Cavanşir: "Qarabağı azadetməyin mükəmməl düsturu: Kağıza bir erməni bayrağı çəkirik (Kolumbiya daolar), sonra əlimizə bıçaq alıb həmin kağızı cırıx-cırıx edirik”.


                                                                    ***

Natiq Qədimov: "Evlənməkistəyənlərin şansları azalır. Qızıl 9 dollardan çox bahalaşıb. Qız evi yenə birüzüklə canının qurtarır”.


                                                                   ***

Fidan Böyükbabalı: "Həyatda uğur əldəetməyin arxasında tək olaraq istək durur. İnsan istəyəndə hər şeyin mükəmməliniedə bilər. İstək+çalışmaq+motivassiya+pozotivlik=UĞUR”.

                                                                  ***


Rza Rzayev: "10 il əvvəlHollivud kimin prezident olacağının mesajın vermişmiş! Bu da 5 il öncədediklərimi təsdiq edir!
Bu gün dövlətlər həyata keçirdikləri siyasətikino vasitəsi ilə mesajlarla cəmiyyətə ötürürlər. İnkişaf etmiş ölkələr başqamillətlərin mənəviyyatının müqavimət sistemini zəiflətmək üçün öncərejissorlardan və filmlərdən istifadə edirlər (Ən azı bizə tanış olan türkkanallarında göstərilən serialları və filmləri nəzərdən keçirdin. "KurtlarVadisi" serialı vasitəsi ilə cəmiyyətə dərin dövlət anlayışı gətirildi vəsonrakı mərhələdə bir çox proseslər və əməliyyatlar həyata keçirildi.). Heç dətəsadüfən deyilməmişdir: "Amerikanı Hollivud qurub””.

                                                                 ***


Anar Rüstəmov: "Trampın prezidentseçilməsi təkcə bizim müxalifətə deyil, həm də ermənilərə ağır zərbə oldu”.

                                                                 ***

Seymur Qasımbəyli: "Sevgi təkcəistəmək deyil, həm də güzəştə getməkdir”.


                                                                ***

AnarHacıyev: "Amerikanın Rusiyadakı keçmişsəfiri Maykl Makfol twitterdə status yazıb: "Putin Amerikadakı seçkilərə qarışıbvə qələbə qazanıb. Putin Amerika kimi dövlətə prezident düzüb-qoşursa, o Amerikaniyə Dünya hegemonu olur ki?”


                                                              ***

Şeyda Asiman: "İnsan qəlbini gözləmədiyin qasırğa məhvedər...”


Sübhan Mahmudov