adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 Oktyabr 2016 12:25
100061
RUBRİKA

"Facebook gündəliyi"

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngizməkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərənmöcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bircümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə,alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki,məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsanöz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səliseşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferadatanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, yazdıqlarınız daha çoxoxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünəarzuladığı ən böyük istəkdir.


                                                                       ***

Fuad Cəfərli:"Deyirlər 2017-ci ilin dəbi islaq şalvarlar olacaq. Deyəsən Marsa gedən o ilklərin bir də mən olacam...”


                                                                      ***

Zülfiyyə Quliyeva:"SOCAR Azəriqazın insafa gəlməsini gözləyirik qaz pitiminutkanı açsın ki, uşaqları yuyundurub yatıraq. Amma belə görürəm ki, Azəriqaz bu camaatı soyuqda, ac susuz qoymaqdan konkret ləzzət alır. Yerin altına vurduqları qazı bu camaat xəstələnib yerin altına getməmiş yerin üstünə çıxartmaq istəmirlər. Allah belə üz qarası olan bu qurumu bu camaata tezliklə çox görsün. Binəqədi kəndində M. Ələkbərov döngə birdə hamı odun tədarükünə başlayıb. Kimin həyət bacada lazımsız taxta-tuxtası var gətirsin bu ünvana. Camaat baha da olsa əl-əl axtarır. Qaz ixrac edən ölkənin odun axtaran bəxtəvərləriyik biz. Çölümüz rusu, gürcünü, içimiz özümüzü yandırır”.


                                                                      ***


Eldəniz Elgün:"Evin dammasını, ayaqqabının su buraxmasını görmüşdüm. Amma 3-cü mikrorayonun kruqunda körpünün düz ortasından yağış suyunun damması nədi, şırıltı ilə axmasını ilk dəfə görürdüm. Qabaq elə bildim məqsədli şəkildə belə ediblər. Sonra yaxından baxanda gördüm ki, yox əşi milli kəşflərimizdəndi. Su axan yerdə beton qatı 4-5 yerdən çatlayıb. Yəqin 1-2 ildən sonra kriminal xəbərlərdə bununla bağlı əlavə məlumatlar veriləcək”.


                                                                      ***

Almaz Qasımova:"Nə istəyirsiz e, hər gününüz macəra ilə keçir də, hansı ölkədə vətəndaşı bu qədər düşünürlər? Sizin üçün əllərindən gələni edirlər ki, macəralar olsun, həyatınız maraqlı keçsin, hələ də şikayətçisiz. Ölkəni Norveçə, İsveçə döndərmək istəyirsiz, hamı problemsizlikdən depressiyaya düşsün..Yağışdır da, romantika”.


                                                                      ***

Mahir Məmmədli:"Azərbaycanın kasıb vaxtlarında illərlə Gəncədə qaz olmadı. Hamı odun peçi yandırırdı. Qaz peçindən şkaf kimi istifadə edirdilər.


                                                                       ***


Mirvari Qəhrəmanlı:"Əgər mən "könüllü" pambıq yığmaq istəmirəmsə heç kəs mənə zorla pambıq yığdıra bilməz. Adamın canında "könüllülük" olmasa, ondan könüllü düzəldə bilməzlər!”


                                                                      ***

Xəqani Səfəroğlu: ""Azəriqaz" "Jurnalistlər Binası"na qaz əvəzinə hava buraxır... Kombi deyir "öldür yanmaram". Heç 21-ci əsrdə də adamı belə qazlayarlar?
Bir yandan dəniz havası, o yandan "Azəriqaz" havası...
Bu idarənin qazını alan kəs tapılacaq?

İndi də Bakıda olan qaz yox kimidir. Kasıbladıqmı yenə?”

Neyləyək? Həzrət Abbasa məktub yazaq??”


                                                                         ***


Nigar Etibar:"Sən tok çaydanıyla su qızdır, min bir əziyyətlə saç yu, fenlə, blokdan çıxanda külək çətiri qaldırsın, leysan maaş qaldırmamaq üçün "əşşi, nə iş görürsüze" deyən müdirlər kimi bütün əməyini yerə vursun. Əsas odur kilsədə işləyənlərin qazı gəlsin, paklana bilsinlər, nə də olmasa onlar Allaha bizdən bir köynək yaxındırlar. Allah da bizim qazımızdan kəsib Rövnəq müəllimin qazına calasın, dinimiz amin!”


                                                                         ***

AyşənAğayeva: "Evde çalışmanın en güzel yanı nebilormusunuz? Siz belə havada nervlənə-nervlənə işə gedirsiniz, yağış, gecikənavtobus lap əsəbiləşdirir sizi. Mən amma otaqdan otağa keçərək işə başlayıram”.


                                                                        ***


MübarizMaxsudov: "Yağış yağanda şəhərinkanalizasiya lüklarından qaynayan suları gördüyümdə anlayıram və dərk edirəmki, analoqu olmayan inkişaf bu olsun gərək!!!”


SübhanMahmudov