adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
10 Oktyabr 2016 13:48
114044
RUBRİKA

"Facebook gündəliyi"

Facebook -fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımızagətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indihəyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağıbacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatdanecəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən kihəmin adamsan.

Yaz, səni tanıyım.Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz ondadaha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar,xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, yazdıqlarınız daha çoxoxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünəarzuladığı ən böyük istəkdir.


                                                                    ***


AqşinYenisey: "Yaponiyada oxuyan doktorumuz deyir ki, oradakitabxanalar səhər 8:00-da açılsa da tələbələr 6:30-dan növbə tutur qapıda.Əgər oxuyub, çox yox, şadlıq sarayının müdiri, yaxud ət alveri edən bir hacıqədər pullu, hörmətli olacağını bilsə, bizim gənclər, ümumiyyətlə, yatmaz! Elməverilən o maaşın qarşılığında yapon gəncləri çox tənbəldi!”


                                                                  ***

TürkanXəlilova: "Dost dediyiniz insan "kiməsə"görə sizin ona qarşı olan sədaqətinizi unudursa, ya siz axmaqsınız, yada oinsan ADAM deyil.

Çox güman ki, siz axmaqsınız. Layiq olmayanlaragüvənib dost demək ağıllı insanlara aid deyil”.


                                                                 ***

KamranƏsədov: "Cəsarət qol gücündən deyil, ruh gücündənyaranır”.


                                                                 ***

ŞəhanəMüşfiq: "Hələ də elə bilirəm ki, kimisə sevsəm, onaxəyanət etmiş olacam... Ona görə də ya özüm uzaq gəzirəm insanlardan, ya dainsanları uzaq tuturam özümdən... Amma... Amma o ölüb, ölülər dirilməz ki...”


                                                                 ***

KəramətBöyükçöl: "Qonşuda bir dükan var. Pulum olmayandanisiyə şeylər alıram. Satıcı o qədər gözəl bir insandır ki, inanın, hətta pulumolanda da ondan nisiyə nəsə alıram. Mən həyatımda belə gözəl insan görməmişəm”.


                                                                 ***

Turalİsmayılov: "Kitab oxumayan, danışığı başdan-ayağajarqon olan, küçə dilini yeri gəldi-gəlmədi bağıran, intellektuallıqdan dahaçox mental barikadlara, beyinsizliyə önəm verən qadınlar çox miskin görünür”.


                                                                ***

ElşadMəmmədli: "Sultan:

- Ata, Azərbaycanda nə qədər şair var?

- ...

Bəlkə kömək edəsiniz, nə cavab verim mən? Axı hamışairdi bizdə; birini dərd, birini kredit, birini romantika, birini araq şairedib. Hamı guppuldader.


                                                               ***

VüqarAbdiyev: "Bir fikrin şaxələnib min olmasını sevəbilmədim. Əvvələ qayıtmaq olmur.

Metroda pəncərədən qonşu vaqonun sərnişinlərigözümə yadplanetlilər kimi görünür”.


                                                                ***

GülgəzNur: "Həyatın insana çəkdirdiyi ən böyük acı, etdiyidanılmaz haqsızlıq Onu qəlbinə, düşüncəsinə, iç dünyasına yad bir məzhəkəninbaş qəhrəmanına çevirməyə məcbur etməsidir”.


                                                                ***

Yeganə Abdullayeva: "Çirkin doğulabilərsən və ya gözəl, hətta şikəst də.
Amma ikiüzlü doğula bilməzsən.
Bu sənin seçimindir... belələri çoxalırgetdikcə...”


Sübhan Mahmudov