adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
04 Oktyabr 2016 13:30
104982
RUBRİKA

"Facebook gündəliyi"

Facebook -fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımızagətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indihəyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağıbacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatdanecəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən kihəmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elədanışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda dahadəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimaisferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, yazdıqlarınız daha çoxoxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünəarzuladığı ən böyük istəkdir.


                                                                         ***

1.Jalə Mütallimova: "Bir birimizi o vaxt görürük ki,indiyəcən görməzdən gəldiyimiz adamın başına ya böyük faciə gəlir, ya da ağırxəstəlik tapır. Oysa insanları bu fəlakətlərəcən görmək lazımdır ki, it-batolub getməsinlər. Onsuz da məmləkətin insan defisiti var”


                                                                        ***


2.Zaur Baxşəliyev :

+ Sən cavan, ağıllı, kreativ və bacarıqlısan?

- Bəli

+ Ambisiyalı, özünə güvənən və yeni ideyalara malik birisən?

- Bəli

+ Yaxşı, get ora Məzahir dayıya de ki, sement qarışdırılan yerə aparsın səni, lapatkanı da götür dərhal işə başla.

                                                                      ***


3.Təranə Xudabaxşıyeva: "İnsanlar nə qədər çox qorxaqolacaq, bir o qədər çox əziləcək!.”



                                                                     ***


4.Cəlil Cavanşir: "Mənə lazım deyil adamlar məni başadüşsün. Mənə lazımdır ki, adamlar həssas və anlayışlı olsun... "



                                                                      ***


5.Vüsalə Məmmədova:”Qan Turalı deyir ki, "əsrlərdirədəbiyyat kişilərin nəzarətindədir"

Guyanə kişilərin nəzarətində deyil ki? Kişilərin özündən başqa

Ammanəzarətdən də böyük TƏSİR var. Ədəbiyyatda əksər hallarda qadındantəsirlənmələr var. Əsərlər ya qadına yazılıb, ya da qadının diqqətini cəlbetmək üçün...

Ümumiyyətlə,qadın sevgisinə gərək duymayan kişi özünə əziyyət verib heç nə eləməz. O bizik,gecə-gündüz vəhşi kimi işləyib özümüzü təsdiqləməyə çalışırıq ki, "qadınolmağıma baxma", belədi, belədi, belədi...

Səmimidanışsaq, kişiləri yazının üstündən paltarları maşından çıxardıb ipə sərim,yeməyi hazırlayım, paltarı ütüləyim, evi təmizləyim, çay dəmləyim, filankəs acqaldı, o çağırdı, bu nə isə istədi və s. kimi məhv edən problemlərqaldırmadığını nəzərə alsaq, çox zəif yazırlar

Vəbəyənmədikləri qadınların yuxarıda sadaladığım dərdləri olmasa, nələr yazarlar,nələr... Yazı üzərində işləyərkən çay üçün qalxmırsan, özü gəlir e... bilirsiznədir...

Bütünxanımlara çalışarkən bir stəkan çay verən yaxınlarından allah razı olsun Eləkişilərə də, çünki onlara da bu jesti edən qadınlardır. Uğurunun sevincinihəmin xanımla paylaşan bütün kişilərə ikiqat uğur arzulayıram!”

                                                                         ***


6.Yusif Məhəmmədoğlu:"Saxtakarlıq, riyakarlıq, yalan, özündənrazılıq...bütün bu çatışmamazlıqları özündə birləşdirən varlıq adam sayıla bilməz.....”


                                                                         ***


7.İradə Cəil: "Əslində yaşamaqçox asandır - atam öləndən sonra anladım ki, pul qazanmaq, bütün problemlərinöhdəsindən gəlmək, bacarmaq, qorxmamaq çox asanmış. Yəni həqiqətən də Allahinsanı elə yaradıb ki, öhdəsindən gələ bilməyəcəyi heç bir problem yoxdu. Bunagörə də hər nə yaşayırsınız fərq etməz güclü olun, siz bunun da öhdəsindəngələcəksiniz. Mən çox zaman problemlə qarşılaşanda düşünürəm ki, nədir sonuölüm olacaq? olsun da edəcəyəm. Və qalib mən oluram. Ən pisi gözə alıbproblemin üzərinə getmək qələbəni əldə etmisən deməkdir. Gününüz aydın olsun,siz güclüsünüz”.


                                                                         ***


8.Murad Məmmədov: "Uğursuzluq yaşamaqdan qorxmayın.Hər bir uğursuzluq bizə yeni bir təcrübə yəni güc qazandırır. Hər birməğlubiyyət bizi uğura bir addım daha yaxınlaşdırır. Bəzən qələbə qazana bilməküçün məğlubiyyəti dadmalısan. Məsələn cənnətə düşmək üçün oradan qovulmaq lazımolduğu kimi.”.


                                                                         ***


9.Şəhla Cabbarlı: "Mən hər gün cəmiyyətdə elə insanlargörürəm ki, Tanrıya minlərcə şükür edirem. Həqiqətənyaradanın eybəcərlikləri və sağlamlığından məhrum insanları bizim qəflətgözümüzü açmaq üçün yaratdığına inanıram”.

                                                                          ***


10.Ruhanə Paşazadə: "Həqiqətən de pul tam xoşbəxtliyiinsana vermir,məsələn əsl sevib və sevilmək kimi..”


Sübhan Mahmudov