adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Sentyabr 2016 12:12
94156
RUBRİKA

"Facebook gündəliyi"

Facebook - fikirləri ifadə etmək üçünəsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz,keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz birparçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebooksosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda dao cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsanöz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səliseşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferadatanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, yazdıqlarınız daha çoxoxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünəarzuladığı ən böyük istəkdir.

                                                                       ***

1.İlham Quliyev: "Bizdə yağış yağanda adətən əvvəlcəromantika, sonra Hacıbala Abutlıbov yada düşür. Hələlik birinci mərhələdəyik”


                                                                       ***

2.Könül Məmmədova: "Yadıma düşür ki , bunnan irəli , ənazı bir 30 il əvvəl oktyabrın sonuna kimi qızmar günəş altında pambıqyığılırdı. İndi pambıq əkənlər bu yağış ilə nə xeyir əldə edir , görəsən? İqlimiqtisadiyyatın inkişafına var gücü ilə mane olmağa çalışır , deyəsən”.

                                                                       ***


3.Niyaz Niftiyev: "20-ci sahədə bir küçə var, elarasında Təbrizin yanı deyirlər - əsas yola məsafə 250-300 metr ola olmaya. Həryagış yaganda həmin küçədə nə qədər qum, daş, kəsək var, yagış selininmüşayətilə gəlib tökülür əsas yola. Yagış kəsəndən sonra yol təsərrüfatıişçiləri başlayırlar yolu daşdan, qumdan təmizləməyə. Ay bədbəxtlər, bu qədər əziyyət çəkincə 250-300 metrlik məsafəni bir yolluqasfaltlasaniz dünya dagılmaz ki? Həm sizin caniniz qurtarar, həm dəsakinlərin...”

                                                                        ***


4.Qadir İbrahimli: "Məğlubiyyət faciə deyil, faciəhəyasızlıq edib, məğlubiyyətlə barışmamaqdır, baxmayaraq ki, ən böyükhəyasızlıq belə məğlubiyyəti pərdələmir...”

                                                                         ***


5.Anar Turan: "Lahıc kəndində bir kanalizasiya varki, tarixi təqribən 2 min ildir və hələ də hara töküldüyü yeri müəyyənləşdirəbilməyiblər. Dağlıq və meşəlik ərazidə yerləşən bu antik kənddə problem 2 minil bundan öncə çözülüb və dünyaya böyük bir mədəniyyət dərsi keçilib. Amma vəlakin respublika əhalisinin yarısının yaşadığı bununla da getdikcə meqapolisəçevrilən paytaxtımız Bakı şəhəri isə iki min il sonra belə kanalizasiyaproblemini çözə bilmir. Ani yağış şəhəri təlatümə gətirir, güclü yağışgediş-gəlişi iflic edir. Bütün yolları su basır”.


                                                                        ***

6.Yeganə Quliyeva: "İstəyirsizsə sabah yağış yağsın evdənkofta ilə, günəş olsun istəyirsizsə palitoyla çıxın. İllərdir yoxlamışam 100%çalışır”.

                                                                        ***


7.Samir Əliyev: "Kanalizasiya ilə axan çay məcrasınıdəyişərək əvvəl yerin üstünə çıxmış, sonra Caspian Plazadan Nizamimetrostansiyasına doğru yön almışdır. İlkin məlumatlara görə, çayda batan vəitkin düşən yoxdur”.


                                                                        ***

8.Nazim Bəydəmirli: "Ümumiyyətlə nəinki rayonmaşınlarını həm də rayon adamlarını Bakıya buraxmaq olmaz...kəndlinin Bakıda nəişi ola bilər "aqrar sahənin prioritet elan olduğu bir dövrdə"
P.S. Təklif var ki, Bakıda pasport rejimi tətbiq olunsun!”

                                                                        ***


9.Rövşən Şirəliyev: "Qiymətlər qalxdiqca insanlar daqalxır.Axir ki, tarazlıq yaranır..Yoxsullaşmaq eyib sayılmır daha, təki insanınaglı olsun, bax belə vəziyyətdən çıxa bilər..”

                                                                        ***


10.Məhəmməd Türkmən: "Yağan yağışlarçoxlarına pul qazandırır. Necə? Deyirəm: Milyonlar xərclənir, parklar salınır.Amma o parklarda kanalizasiya sistemləri olmur. Yağan yağış günlərlə o parkdaqalır, metlaxlar qopur, boyalar atır. Yenidən təmirə ehtiyac olur, yeni pullar "yeyilir".Belə. Bu sistem uzun illərdir ki, davam edir və edəcək”.


Sübhan Mahmudov