adalet.az header logo
  • Bakı -°C
26 Mart 2026 14:28
62
SİYASƏT
A- A+

“İran ABŞ tərəfindən gözlənilən quru əməliyyatlarına hazırlaşır”

“ABŞ-nin İrana müharibəni dayandırmaq barədə verdiyi təkliflər dekorativ xarakter daşıyır. ABŞ və İsrail qarşısında duruş meydanında tək qalan İran bu ağır təklifləri hələlik qəbul etməyəcək, buna görə də İran özünü sındırmamaq üçün qarşılıqlı şərtlər irəli sürür”. 

Adalet.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib. 

Onun sözlərinə görə, ABŞ gələcəkdə mümkün tənqidlərdən yayınmaq üçün özünü sülhpərvər və İrana müharibəni dayandırmaq şansı verdiyini nümayiş etdirmək ucun bu addımları atır:

“İstənilən halda İran ABŞ tərəfindən gözlənilən quru əməliyyatlarına hazırlaşır. İlk növbədə Tehran Xarq adasının müdafiəsini gücləndirməyə çalışır.Son həftələrdə İran, ABŞ-nin ada üzərində nəzarəti ələ keçirmək üçün mümkün əməliyyatına hazırlıq məqsədilə Xarq adasına piyada və tank əleyhinə minalar yerləşdirir, adaya əlavə şəxsi heyət, hava hücumundan müdafiə vasitələri və onlar üçün zenit raket sistemləri yerləşdirir. Bu vasitələrin sayı məhdud olsa belə, adaya quru əməliyyatlarından əvvəl yenidən ABŞ zərbələrini labüddür. Zərbələrin intensivliyi kiçik əraziyə malik Xarq adasında mövcud olan İranın xam neft ixrac infrastrukturu üçün böyük təhlükə mənbəyidir. Bütün bunlara baxmayaraq ABŞ bu adanı ələ keçirmək üçün əlindən gələni edəcək. Bu adaya nəzarət İranın ixrac potensialının 90 faizinə nəzarət deməkdir, digər tərəfdən isə Hörmüz boğazından gəmiçilik fəaliyyətlərini bərpa etmək üçün ciddi təzyiq mexanizmidir”.

Vasif ƏLİHÜSEYN