“Bunlar tarixən avam xalqı savadsız saxlayıb...”
“Kainatın yaranışı, nizamı, Allahın, axirət aləminin, ruhun varlığı, xeyir və şərin mahiyyəti kimi mövzularda ortaya çıxan sualları rəvayətlə yox, elmi yöndən cavablamaq üçün orta əsrlərdə Kəlam məktəbləri yarandı. Həmin məktəblər bütün inanc sistemlərinə mənsub alimlərlə debatlar aparır, elmi araşdırmalara yer verirdi. Abbasilər zamanında "Darul - hikmə" Hikmət Evi yaradılmışdı ki, burada toplaşan alimlər yunan, Hind fəlsəfəsinə aid əsərləri tərcümə edir, xarici dilləri öyrənir və öyrədir, müsəlman fəlsəfəsinin təməlini qoyurdular, Kəlam elmini yaradırdılar”.
Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib.
Onun sözlərinə görə, Cəbriyyə, Cəhmiyyə, Mötəzilə, Nəzzamiyyə kimi elmi - fəlsəfi əqidə məktəbləri formalaşdı ki, Əşərilik, Maturidilik də bu rəqabətdə eyni metod, lakin fərqli mövqe nümayiş etdirməklə meydana çıxdı:
“Məmun, Mötəsim və Vasiq dövründə bu xətt davam etdi, önəmli kəlam alimləri, filosoflar, tibb, astronomiya və təbiət elmləri üzrə simalar yetişdi. Bu məktəblər elmi və ağılı hər şeydən əvvələ çəkirdilər. Əqli nəqldən əfzəl sayır, rəvayətləri ağıl meyarı ilə ölçürdülər. Lakin bu çox çəkmədi. Sonrakı xəlifələrin beynini yeyən ənənəvi mollalar hədisçiliyi, xurafat və nağılbazlığı dövlət ərkanına çevirdilər. İş o yerə çatdı ki, əvvəlki xəlifələrin saraya dəvət edib akademiya yaratdığı alimləri asdılar, doğradılar, sürgün etdilər, həbs edib acından öldürdülər. Həmin alimlərin kitablarını küfr elan edib yandırdılar və köhnə, ənənəvi xurafatçılığı bərpa etdilər.Yetişən alimlər, filosoflar da qorxu - hürkü ilə, sürgündə, dağda - daşda, min cür məhrumiyyətlərə dözərək yetişdilər. Azad və açıq söz deyəni ruhanilər dərhal şərlədib asdırırdılar.Ona görə indi də "ənənəyə" uyğun olaraq bu cür sualları ünvanlayan adamları kafir və dindən çıxmış hesab edirlər, beyninə şeytanın müdaxilə etdiyini deməklə kifayətlənirlər. Çünki elm adamına elmlə, filosofa fəlsəfə ilə, fizikə fizika ilə cavab verəsi kamil din alimi demək olar ki, yoxdur”.
O, bildirib ki, vəhşi, goreşən molla sürüsü tarixən avam xalqı savadsız saxlayıb nağıllarla istismar etmək üçün belə alimlərin yetişməsinə imkan vermədi:
“İndi bir atest ortaya çıxıb elmi şübhələr ortaya atanda ona elmlə cavab verməyə iqtidarı, potensialı çatmayanlar dərhal adamı kafir elan edib şərləməkdən başqa yol tapa bilmirlər. Əgər əllərinə fürsət düşsə Seyid Əzimi məscid qapısında sıxıb öldürdükləri kimi belə şəxslərin də səsini anoloji üsulla batırarlar. Amma qanmırlar ki, cəmiyyətdə həmin ateistləri Allah özü göndərir ki, bəlkə onların sualları və şübhələri qarşısında rəvayət, nağılın təsirindən ayılıb elm qəbul edələr. Bəlkə Allahın verdiyi ağılı işə salalar. Çünki Quranda düşünmək, öyrənmək, araşdırmaq əmr olunur. Hətta İbrahim peyğəmbərin ulduzlara, Aya və Günəşə baxıb fəlsəfə, məntiq yürütdüyü qeyd olunur”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
26 Mart 2026 14:28
“İran ABŞ tərəfindən gözlənilən quru əməliyyatlarına hazırlaşır”
26 Mart 2026 13:00
"Naxçıvanla nəqliyyat əlaqələrinin brəpası Orta Dəhlizin səmərəliliyini artıracaq" - Spiker
26 Mart 2026 11:23
İlham Əliyev Banqladeş Prezidentini təbrik edib
26 Mart 2026 11:16
“Paşinyan ağıllansa da, Sarkisyan və Köçəryan...” – Politoloq
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01


Bakı -°C

