adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
13 Fevral 2024 16:31
5370
MÜSAHİBƏ

Əziz Ələkbəri: " Amagu məbədi mədəni irs nümunəmizdir, ona "Noravank" deməklə saxtalaşdıra bilməzlər"

Ermənistan mediası növbəti dəfə uydurduqları “qədim tarix”, “erməni mədəni irsi” kimi saxtakarlıqları dünyanın diqqətindən uzaq tutmaq üçün çıxış yolunu Azərbaycana qarşı şər-böhtan kampaniyasını seçiblər. Beləki, Ermənistan İctimai Radiosunun saytında qədim Alban mədəniyyətinin incisi sayılan bir tarixi tikilinin guya erməni irsinin nümunəsi kimi  göstərərək Azərbaycan dövlətinin həmin abidəni “özününküləşdirir" deyib haray çəkir.

"Ermənilər məbədin adını Noravank qoysalar da tarix yalanı sevmir və bütün araşdırmaçılar, arxeoloqlar, tarixçi və səlnaməçilərin son qənaəti budur ki, məbədin ermənilərlə heç bir əlaqəsi yoxdur".
Bunu 500-dən çox elmi və publisistik məqalənin, 46 kitabın, o cümlədən "Qərbi Azərbaycan" adlı 10 cildlik ensiklopedik nəşrin, Azərbaycanda və xaricdə Azərbaycan, ingilis, rus, alman və fransız dillərində nəşr olunmuş "Qərbi Azərbaycan abidələri" adlı kitabın müəllifi, Milli Məclisin deputatı, tarixçi alim Əziz Ələkbərli təsdiq edir.

Ə. Ələkbərli  Adalet.az saytının suallarını cavablandırır:


- Əziz müəllim, Qarabağ qalibiyyətindən sonra susmaq əvəzinə ermənilər daha çox təxribatlara əl atır, daha çox oğurluqla məşğul olurlar...


- 1813-1828-ci illərdə Qafqaza köçürülən ermənilərin əlbəttə ki, bir tarixi, bir irsi ola bilməzdi. Odur ki, bütün bunları oğurlamaqla yarada biləcəyini düşünüb və düşünməkdə davam edir . Bu səbəbdəndir ki, iki yüz ildən çoxdur ermənilərin Cənubi Qafqazda xalqımıza qarşı etmədiyi vəhşilik, törətmədiyi yaramazlıq qalmayıb. Xalqımıza vurduğu zərbələr, tariximizə, ədəbiyyatımıza, musiqimizə, mahnılarımıza və mədəni irsimizə qarşı törətdikləri məqsədyönlü mənimsəmə əməllərini 200 ildən də çoxdur dünya görür və susur.

Dünyanın susmasından həvəslənən ermənilər hər gün bir az səsini başına ataraq daha bərkdən bağırır, özünü təmizə çıxartmağa çalışır. Azərbaycanı etmədiyi hərəkətlərlə suçlayır . El arasında bir məsəldə deyildiyi kimi: Oğru elə bağırır , doğrunun bağrı yarılır. İndi artıq zaman əvvəlki zaman deyil və biz də öz haqqımızı tələb etməliyik.


- Ogrular indi də bağırır ki, erməniləşdirdikləri, adını Noravank qoyduqları Amagu məbədini Azərbaycan öz mədəni irsikimi tanımasına etiraz ediblər.Bunu guya Azərbaycan hökumətinin Ermənistanı işğal etmək planı kimi dünyanın diqqətinə çatdırmağa çalışırlar. Əslində kimdir haqlı?

- İlk öncə gerçək tarix nə deyir, ona bir baxaq, sonra görək axı niyə ermənilər bu məbədi erməniləşdirmək fürsəti tapıblar: Deməli, Dərələyəz mahalının, Keşişkənd rayonun (Onun da adını dəyişib Yexiqnadzor qoyublar- red Ə.Ə) Amağu adlı bir kəndi var.Həmin kənddən 2 km aralıda, Arpa çayı ilə Amağu çayının arasında yerləşən alban(qıpçak) məbədi yerləşir.  Məbəd XIII əsrə aiddir və Qərbi Azərbaycanın qədim tarixini əhatə edir. Erməni işğalında olan bu məbəd tarixini saxtalaşdıraraq dünyaya "əzəli erməni" kilsəsi kimi tanıdırlar.


- Erməni mediası yazır ki, erməni orta əsrlərə aid Noravank monastır kompleksinin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı müraciət rədd edilib, çünki YUNESKO-nun ekspert komissiyasının üzvləri avtobusla monastıra gələndə və tarix-mədəniyyət abidəsinin ərazisində tikilmiş restoranı görəndə, ərizəni rədd edərək avtobusdan düşmədən geri qayıdıb.

-Məbəddəki daş rəsmlərin birində yaşlı kişi sujeti var, təbii ki, kişi  sifət quruluşuna görə qıpçaklara bənzəyir. Bayaq qeyd etdiyim kimi, məbəd erməni qəsbkarları tərəfindən dünyaya "Noravank" adıyla tanıdılır. Ermənilər bu məbədin alban dilində(Yengivəng) adını erməni hay dilinə elə olduğu kimi tərcümə ediblər. Çünki hay dilində "nor, nora" sözünün mənəsı "yeni, təzə" deməkdir. Demək olar ki, işğal altında olan bütün kilsənin türkcə adları erməni adları ilə dəyişdirilmişdir.


- Bəs bu Amagu məbədini kim tikib?


- Buradakı epiqrafik yazılardan anlaşılır ki, məbədin əsası 1221-ci ildə Sis alban knyazı Libarit Orbelian tərəfindən qoyulmuş, sonra knyaz Darsaiç 1275-ci ildə burada qardaşı Sembat üçün sərdabə, daha sonralar Darsaiçin oğlu Burtel ikimərtəbəli məbəd ucaltmışdır. Bura türksoylu Orbelianların nəsil sərdabəsi olub.
Elxanilər dövründə Arpa xan (1335- 1336) abidəni bərpa etmiş, Satibəy xatun (1339-1340) ikinci mərtəbəni yenidən qurmuş, qadınlarla kişilərin bir qapıdan daxil olmaması üçün ikinci mərtəbəyə ayrıca pilləkənlər əlavə etmişdir. 1840-cı il zəlzələsi zamanı məbəd xeyli zərər çəkmişdir. Amağu kəndi qədimdən Qıpçak-Oğuz boylarının anayurdu olmuş, 1988-ci ilə qədər kənddə ancaq Azərbaycan türkləri yaşamışlar. Kəndə ilk ermənilər Qərbi Azərbaycan türklərinin 1988-ci il soyqırımından sonra köçürülüblər.


- Əziz müəllim, sizin sırf bu mövzuda olan qiymətli kitablarınız var. Qərbi Azərbaycan abidələri” kitabınız , Azərbaycan, ingilis, rus, fransız, alman dillərində çapdan çıxıb . Müxtəlif dillərə tərcümə edilən həmin kitabda milliyyətcə azərbaycanlı olmayan qədim səlnaməçilərin, arxeoloqların, şərqşünasların, tarixçilər, araşdırmaçıların, qafqazşünasların tutarlı faktlarla zəngin mənbələrdən istifadə edilib. Dünyanın hər tərəfinə yayılmış kitablarınız hətta dünya ermənilərinin də əlinə keçib. Eşitdiyimə görə, Ermənistanda da sizin kitablarınız var və yəqin ki, ermənilər dəqiq tarixi sizin kitablarınızdan oxuyublar. Onlar həqiqəti biləndən sonrada, sizcə, hansı əsasla uydurma tarixlərindən əl çəkmirlər.


- Bəli, mövzu ilə bağlı kitabım hətta Ermənistan dövlət televiziyasında müzakirəyə də çıxarılıb. Ermənilərə gerçək tarix gərək deyil. Sərf eləmir həqiqət onlara... Onda gərək Qafqaza gəlmə olduqlarını boyunlarına alalar. Təşəvvür edin bu xalqda ikiüzlülük, yalan o həddədir ki, 1828-ci ildə köçdükləri Qarabağa, orada Marağa kəndində bunu əyani şəkildə təsdiqləyən 18128-1978 illəri əhatə edən Marağa –150 heykəlini unudub, Artsax min illərdir erməni torpağıdır” deyib dünyaya haray salmışdılar.

Heç bir millət bunlar qədər başqa xalqın maddi- mənəvi sərvətlərinə hücum etməyib, mənimsəməyib. Azərbaycan alimləri Ağdam ərazisində Gavurqala adlı şəhər aşkar edəndən sonra erməni alimləri Qarabağda “Tiqranakert şəhərin xarabalıqları"nın Azərbaycan torpaqlarında axtardılar və guya tapdılar ki, həmin ərazi  "qədim erməni Tiqranın" yaşadığı ərazilərdi. Bir sözlə, onların beyninə yeridilmiş “mənim” təfəkkürü gerçəyi görməyəcək qədər inkişaf edib, xəstəlik həddinə çatıb. Ermənidən etiraf gözləməyin mənası yoxdu.


- Əziz müəllim, ətraflı məlumat və maarifləndirməyə görə təşəkkür edirik!


Söhbətləşdi: Əntiqə Rəşid