Eyni mənzili fərqli adamlara satdı - 2 milyon 400 min manatlıq dələduzluq

Çoxsaylı vətəndaş narazılığına səbəb olan “FAM-88” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, istintaqla “FAM-88” MMC-nin təsisçisi Hüseynov Fəxrəddin Balaxan oğlunun həmin cəmiyyətin direktoru Tağıyev Rafiq Nərçə oğlu ilə əlbir olaraq MMC tərəfindən inşa olunmuş yüksək mərtəbəli yaşayış binasında mənzil almaq üçün müraciət etmiş vətəndaşlara qanuni sahibləri olan mənzilləri saxta müqavilə və maliyyə arayışları tərtib edib təkrarən satmaqla 59 şəxsə məxsus ümumilikdə 2 milyon 400 min manatdan artıq pul vəsaitini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq dövründə zərərçəkmiş şəxslərə vurulmuş ziyanın qismən ödənilməsi təmin edilib.
Toplanmış sübutlar əsasında Fəxrəddin Hüseynov və Rafiq Tağıyevə Cinayət Məcəlləsinin 178.4 (dələduzluq, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Digər Xəbərlər

Əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan komandir və xidmət rəisi azadlığa buraxıldı

1990-cı ildə Azərbaycanın Ermənistandan atəşə tutulması ilə bağlı sənədlər elan edilib

Bakıda 10 nəfərin öldüyü partlayışla bağlı məhkəmədə bəzi zərərçəkənlərlə barışıq əldə olunub

Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verdi

Məhkəmə Qabil Məmmədovla bağlı qərar verdi

"Mənə dedi ki, masanın üstündəki qələmi götürərsən" - Fransaya casusluqla bağlı yeni faktlar

Azərbaycanlılara qarşı cinayətlər törədilməsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunur
