05 Fevral 2024 13:23
1302
ŞOU-BİZNES

Evlilik təklifi aldı -  Anası RAZI OLMADI

Müğənni Pünhan Piriyev aparıcı-müğənni  Ellada Eyvazovadan evlilik təklifi alıb.

Adalet.az xəbər verir ki, bu barədə “Rəngarəng” proqramında Zaur Nəbioğlu açıqlama verib. Sonra isə P.Piriyevin rəyini öyrənib:

Mən Ellada xanıma dedim ki, bir- birimizi yaxından tanıyaq. Sonra görək böyüklər nə deyir. Heç kəs 5-6 gün içində tanıdığını almır. Dostlarım zəng edir ki, toy nə vaxtdır? Bu evlənmək asan iş deyil. Məsuliyyətli məsələdir”.

Mövzu ilə bağlı P.Piriyevin anası da öz fikrini bildirib:

“Pünhan Ellada xanımla dost ola bilər, amm ailə qura bilməz. İstəyərəm ki, özümüzə uyğun bir insanla ailə qursun. Pünhan elə oğuldur ki, ata- anasının məsləhəti ilə ailə qurar.Mən icazə vermirəm ki, oğlum Ellada xanımla evlənsin. Bir xanım kimi bəyənirəm, amma gəlinim kimi yox.»

Əntiqə