adalet.az header logo
  • Bakı -°C
31 Avqust 2026 14:03
62
KRİMİNAL
A- A+

Evlərdən və istirahət mərkəzlərindən oğurluq edən şəxs tutuldu

İsmayıllı rayonunda müxtəlif vaxtlarda evlərdən məişət əşyalarının oğurlanması barədə polisə məlumatlar daxil olub.

Adalet.az DİN-in Mətbuat xidmətinin regional bölməsinə istinadən xəbər verir ki, İsmayıllı RPŞ-nin keçirdiyi tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 24 yaşlı İlkin Hüseynov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun rayon ərazisində yerləşən bir neçə istirahət mərkəzindən də oğurluq etdiyi müəyyənləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb. İ.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.