adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Aprel 2020 10:10
50696
ŞOU-BİZNES

Evini nümayiş etdirən müğənnilərə tamaşaçı cavabı: “Ərköyünlər...”

Son günlər şou-biznes nümayəndələrininyaşadığı təmtəraqlı həyatı, var-dövlətini, villasını çəkib nümayiş etdirməbrendə çevrilib. Bu brendin öncülləri Şəbnəm Tovuzlu,Manaf Ağayev, Təranə Qumral və Musa Musayev cütlükləridir. Qeyd edək ki, songünlər belə nümayişə Əməkdar artistKönül Kərimova da qoşulub. O, "Xəzər” telekanalında yayımlanan "Evdəkilərəsalam” verilişindəkarantin günlərindən xeyli danışıb, deyib ki, bu evəkarantindən əvvəl köçmüşəm:” Dedilər ki, hamı evdə oturmalıdır, biz də evdəqaldıq. Bir balaca həyətimiz də var. Əgər bu evin havası, rahatlığı bizə uyğunolsa, elə burada qalmağı düşünürük. Evdə qalmaq mənim üçün toy-bayramdır.Neqativ hisslərə qapılmıram. Mənfi enerjini öldürməyi bacaran insanam. Qəm qəmigətirir. Özümü o hallara kökləmirəm. Vaxtında yatır və oyanıram. Özümlə məşğulam.Həyatım tamam dəyişib. Uzun illərdir çalışırıq. Karantindən əvvəl fikirləşirdim,necə edim ki, dincəlim? Deyirdimtelefonu söndürüb, bir ay evdə istirahətedəcəm”.

Daha sonra...

Adalet.az xəbər verir ki, sənətçiözü də daxil olmaqla,evlərini nümayiş etdirdiyinə görə həmkarlarınınsosial şəbəkə izləyiciləri tərəfindən tənqid olunmasına sərt reaksiya bildirib:

"Başa düşə bilmirəm ki, niyətamaşaçılar sənətçiləri evsiz-eşiksiz, yamangündə görmək istəyirlər? Bu sənətadamının niyə evi olmalı deyil? Biz gündə evimizi reklam etmirik. İnanırsınızki, məndən televiziya işçiləri çox inciyir. Deyirlər ki, "Niyə bizi evinizə dəvətetmirsiniz?” Cavab olaraq söyləyirəm ki, çəkib, efirə verirsiniz, peşmanoluram. Sosial şəbəkədə evimizi nümayiş etdirdiyimizə görə, bizi tənqid edirlər”.

Bu yerdə istədim Könül Kərimovayavə onun simasında lüks həyatını tamaşacıya göstərib sonra rəncidə olanşou-biznes nümayəndələrinin bu iradına bir tamaşaçı kimi cavab verim:

Deməli, 1994-cü il idi. Biz Quzanlı Çadır Şəhərciyindəyenicə məskunlaşmışdıq. Bizim evlər olansırada məskunlaşanların çoxu ailə üzvünü müharibədə itirmişlər, ev-eşiyindən heçnə çıxara bilməyənlər , yəni tamamilə müfləşmişlər idi. Ora "damazlıq” kimibircə dənə ailə düşmüşdü ki, imkanları çox yaxşı idi... köçkünlüyün ilk günündənevdə tikdirmişdilər. Qapılarında o vaxtın ən bahalı maşını olan QAZ-31-10-davardı. Bu ailənin böyük oğlu çox ərköyün idi. (Həddindən artıq əzizlənmək, bütün arzu vəşıltaqları yerinə yetirilməsi nəticəsində xudbin böyümüş – Ərköyün uşaq-red. Ə.R)

Yeri gəlmişkən,onlarla qapı-qapıya olan çoxuşaqlı ailənin başıpapaqlısı müharibədə itkindüşmüşdü. O evin uşaqları (6 uşaq) hamısı məktəbli idilər. O ərköyün, varlı balası evdə əlinə nə düşsəydi,onu çıxıb darvazadan cöldə yeyirdi. Xüsusən iri, sarı almalardan elə dişlək alırdı ki, səsi az qala o ətrafa yayılırdı. Cadırşəhərcikdə yaşayanlar bilir, evlər bir birinin necə deyərlər, içində tikilmişdi."Ərköyün”ün harınlamış , heç kimi vecinə almadan, bəlkə də köçkünçülük başlayandan qarın dolusuyemək yeməyən uşaqların gözü qarşısında kı "yemək” hoqqaları və o yetimlərin ooğlana necə həsrətlə, iştahla, qibtə hissiylə baxdığını görmək adamı çoxağrıdırdı. Bir gün özümü toplayıb həmin evə getdim. Nə lazımdı dedim. Doğrusu "ərköyün”ünanasının mənim "aqressiv” fikirlərimlə belə tez razılaşacağını ağlıma da gətirməzdim.Nəisəki, ərköyünü bir müddət küçədə nəsə yeyən, ağzının şirin-şirin marçıldatdığınıgörən olmadı. Zənnimcə, ən ləyaqətsiz hərəkət var-dövlətini, lüks yaşayış tərzini,yediyi yeməkləri kasıb və çarəsizinsanların gözünə soxmaqdı.

” Hörmətli müğənnimiz, 2 iləvvəl şəxsən özünüz demişdinizki, toylara yarım saataansambl ilə 8 min manata, tək isə yenə də yarım saatı 3 min manata gedirsiniz. Aşığı el dolandırar deyiminədiqqət etsəydiniz, bilərdiniz ki, siz müğənnilər xalqdandolanırsınız. Xalqın bu ağır günündə xalqın nümayəndələrinə illərləqazandığınız qazancdan cüzi miqdarda xərcləmək əvəzinə, onlara varidatınızı nümayiş etdirib necəyaşadığınızı, cəh-cəlal içərisində heç bir çətinlik çəkmədiyinizi göstərirsiniz.Sanki kasıb yaşayanlara, evsiz-eşiksizlərə, Illərdi yataqxanalarda cürüyənlərəgözdağı verirsiniz. Əslində tamaşaçı sizin malınıza-mülkünüzə deyil,laqeydliyinizə, biganəliyinizə görə sizlərdən inciyir. Siz və həmkarlarınız buincə cizgini anlamamaqda zorluq çəkirsiniz! Villanızın demirem, hecotaqlarınızın və onların icərisinə yerləşdirdiyiniz mebellerində yox, hecolmasa villanızın birqapısının tutduğu pul qədər kiməsə yardım etmisinizmi? Faktlaraistinad daha gözəl olar! Axı siz də bilirsiniz ki, evini mülkünü nümayişkaranəpaylaşan şou-biznes nümayəndələrini sevən, onlara pərəstiş edən minlərlə tamaşaçıvar...niyə sevənlərinizin heç olmazsa, 20-30 nəfərinə yardım etməyidüşünmürsünüz?Axı günəmuzd işləyib ailədolandıran, karantində bu mümkün olmayanda ailəsi-uşağı ac qalan sizin xalqınnümayəndəsidir. Sizcə, tamaşaçı haqlı deyilmi?

Hər halda sosial şəbəkələrdə- müzakirələrdə xalq özü bunacavab verəcək!

Əntiqə Rəşid