“Evin tək oğlu olmasına baxmayaraq orduya...”- Şəhid əsgərimiz haqda...
“Vətən müharibəsi zamanı Astara rayonunun Səncərədi kəndi 13 şəhid verdi. Budur, 13 igidimizin sırasına ata-ananın tək oğlu, 19 yaşlı Nihad Natiq oğlu Nəzərzadə də qoşuldu. Nihad 2004-cü ildə Səncərədi kəndində anadan olub. Tam orta məktəbi 2021-ci ildə bitirərək Şirvan Dövlət Humanitar Kollecinin energetika və elektroenergetika şöbəsinə daxil olmub”
Bunu Adalet.az-a açıqlamasında 2016-cı il Şanlı aprel döyüşlərində şəhid olan Pəncəli Teymurovun əmisi Şirməmməd Fərəcov deyib. Ş.Fərəcov Nihadın idman sahəsindəki nailiyyətlərindən də danışıb:
“Bu gənc qəhrəmanımız bənzərsiz bir idmançı olub. O, hələ kiçik yaşlarından babası Əhmədağa müəllimin himayəsində və tərbiyəsi ilə böyüyüb, idmanın qaydasız döyüş və karate növüylə məşğul olub. Nihadın ən böyük uğuru gənclər arasında qaydasız döyüş üzrə dünya kubokunu, Avropa çempionatında ikinci yeri qazanması, Azərbaycan çempionu olması və saysız-hesabsız yarışlarda iştirakı olub. Evin tək oğlu olmasına baxmayaraq orduya böyük həvəslə gedib, hərbi xidmətə yollanmazdan öncə İnstaqram səhifəsində paylaşım edib və ürək sözlərini orada deyib ( həmin şəkil və status Sizə təqdim olunur).
2022-ci lin iyulunda hərbi xıdmətə yollanan Nihad N saylı hərbi hissədə 4-cü taborun , 12-ci bölüyündə, Laçında, ermənilərlə üzbəüz mövqedə xidmət edib və alnından aldığı güllə yarasından həlak olaraq şəhidlik zirvəsinə ucalıb. Beləliklə, Əhmədağa müəllimin illərlə bəsləyib, böyütdüyü tək igidimiz əbədiyyətə qovuşmuş, Natiq kişinin beli bükülmüş, ananın ümid çırağı sönmüşdür. Allah rəhmət eləsin, şəhidimizi! Əhmədağa müəllimin başı sağ olsun.
Həyatımda ilk dəfə eşitdiyim, rast gəldiyim bir hadisə məni ağlatdı desəm, azdır. Dünən yas məclisində özüm şahidi oldum ki, rayon rəhbərliyindən dəfələrlə şəhidimizin atası Natiq kişiyə şəhidlik sığortasını almaq təklifi gəlsə də, Natiq kişi belə dedi: " Vallah, sağ olsunlar, istəmirəm, o məbləği versinlər maddi vəziyyəti pis olan vətəndaşlarımıza, bu, savab olar!"
Vasif Əlihüseyn
Digər Xəbərlər
26 Iyun 2026 15:10
Bakıya güclü leysan yağacaq - Xəbərdarlıq
26 Iyun 2026 12:20
Bakıda hərbçilərin yürüşü keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
26 Iyun 2026 11:13
Zakir Həsənov Azərbaycan Ordusunu təbrik etdi
26 Iyun 2026 10:54
“Hərə öz məzhəbinin baxışını İslam adı ilə sırıyıb xalqı çaşbaş salır...”
26 Iyun 2026 10:27
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə etdi - FOTOLAR
26 Iyun 2026 00:33
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
26 Iyun 2026 00:00
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 108 il ötür
25 Iyun 2026 23:30


Bakı -°C

