Əvəz Zeynallının xəstəliyə ilə bağlı iş tibbi şəhadətləndirilməyə göndərilib
“Xural” internet telekanalının həbsdə olan rəhbəri Əvəz Zeynallının səhhətinə görə həbsdən azad edilməsi ilə bağlı müraciətə baxılıb.
Adalet.az Report-a istinadən xəbər verir ki, Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə onun xəstəliyinin yoxlanılması üçün tibbi şəhədətlədirilməyə göndərilməsi ilə bağlı qərar qəbul edilib.
Xatırladaq ki, Əvəz Zeynallı ötən ilin fevral ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (rüşvət alma- təkrar və külli miqdarda törədildikdə), 311.3.4-cü (ağırlaşdırıcı hallarda rüşvət alma), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri ilə təqsirli bilinib.
Digər Xəbərlər
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05
Araz Paşayev: Məqsəd təhsil işçilərinin asudə vaxtının daha səmərəli təşkilidir
23 Mart 2026 16:00
“PUA-lar uçacaq, narahat olmayın” - MN
23 Mart 2026 09:43
Sakit okeanda 5,5 bal gücündə zəlzələ oldu
23 Mart 2026 09:26
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
22 Mart 2026 16:47
Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Tbilisiyə səfər edib
22 Mart 2026 13:50


Bakı -°C

