adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 May 2019 17:52
41575
GÜNDƏM

Əvəz Şükürov: Mənim kimdə hayıfım qalıb?!

Bu üzüntü, təəssüfbildirən "heyif" kəlməsi deyil. Biz tərəflərdə Kəlbəcərdə, Qarabağda"hayıf" söz intiqam mənasında işlənir.

Köçkünlükdənsonra Gəncədə yaşayan kəlbəcərlilərin çoxunun yadında olar. O zaman icrabaşçısı vəzifəsində çalışan Əvəz Şükürovun keçirdiyi bir iclasın gedişi zamnı məndə oraya getdim. Əvəz kişi görən kimi:

-Sən bura gəl, mənim yanımda otur, - dedi.

Yəniməni "rəyasət heyəti" dediyiniz yerə dəvət etdi. İclasın bir məqamındakimsə:

-İndi biz qaçqınıq, Şükürov. Kimdənsə hayıf çıxmaq vaxtı deyil, - dedi.

Əvəzkişi ayağa qalxdı:

-Bax! Bütün kəlbəcərlilər buradadır. Elə bir kənd-kəsək yoxdur ki, onun heçolmasa bir sakini bu iclasda iştirak eləməsin. Hamınız bilirsiniz, mənim kimdəhayıfım qalıb ki, onu bu qaçqınlıqda-köçkünlükdə çıxım? Heç o namərlərdə,nakişilərdə də hayıfım qalmayıb.

Ermənilərideyirdi. Oğlunu, Şahları namərdcəsinə, nakişiliklə qeyri-bərabər döyüşdə qətledən erməniləri. Bəziləri kimi mən də bilirdim - Əvəz kimi bu hayıfı sözlə yox,qanla çıxmışdı. Mənim bildiyim 12 namərdin qanıyla. Bəs edərdimi? Yox!


O12 erməni heç Azərbaycanın Milli Qəhrəmanı Şahların ayağının tozuna bərabərdeyildi. Nə 1-si, nə 120-si, nə1.200-ü… Əvəz kişi bununla özünə təskinlik verməyə çalışırdı. Amma mən onu heçvaxt rahatlıq tapan görmədim.

O, icra başçısıolarkən Murov əməliyyatı gedirdi. Döyüşlər ara vermirdi. Xeyli ərazini erməniişğalçılarından təmizləmişdik. Qələbə beş-on addımlıqda idi. O günlərdə Əvəzkişinin döyüşçülərə dediyi sözlər sosial şəbəkələrdə hələ də paylaşılır:

- Ə, adamsız, ə,kişiliyiniz olsun?

Yəni"qorxmayın, az qalıb, Kəlbəcərə çataçatdayıq" demək istəyirdi. İndi ointiqam almaq, hayıf çıxmaq fürsətində olan bir ata deyil, qələbə uğrundaçarpışan rəhbər, komandir idi. İndi torpaq uğrunda, yurd uğrunda, Vətən uğrundasavaşırdı. Qələbə istəyirdi, Böyük Qələbə!

O QələbədəŞahların da payı vardı. Sərdarın da, Rüfətin də, o biri gənclərimizin,fidanlarımızın, igid oğullarımızın da. Vallah, bizi satdılar, xəyanət elədilər,yoxsa Kəlbəcəri işğal edə bilməzdilər. Məgər o alçaq, əcayib çıxış yadınızdadeyilmi? O zamanın mətbuat rəhbəri televiziya ekranından belə bir bəyanat səsləndirdi:

- Kəlbəcərinverilməsi (???!!!) indiki (?!) iqtidarın siyasi (?!) addımıdır.

Bax, belə! Bu qədər!Yoxsa Şahlar kimi oğulları olan, Rüfəti, Sərdarı, Spartak Kamili… olan birel-oba erməniyə yol verərdimi? Sən onların siyasi (?!) addımına bax. O torpaquğrunda qanından keçən igidlərin canını hecə saydılar. İndi isə millətə nağıldanışırlar. Onların bu "siyasi addımı" ucbatından ermənilər bu günlərdəKəlbəcərdə "kətə bayramı" keçirir. Zavod tikir, yurdu talan eləyir.Biz isə…

Qələbənidüşünürük. Böyük Qələbəni. Bu yurdun sinəsindən qopan bir hayqırtı eşitmək, onaqatılmaq ümidi ilə yaşayırıq. Kəlbəcərin ortasında dizimizi yerə qoyub, otorpağı öpmək istəyirik. Bax, onda deyirik ki…

- Əvəz kişi, baxindi heç kimdə hayıfımız qalmadı. Biz də buradayıq, siz də, Şahlar da, şəhidolmuş başqa övladlarımız da. Bu torpaq bizimdir! Bura Kəlbəcərdir! Şahlarınböyüyüb, boya-başa çatdığı Kəlbəcər! Dədə Şəmşirin, Bəhməni, Ənvərin, Sücaətin,Qənbərin, Mehdixanın, Yusifin, Xəqaninin… yurdu Kəlbəcər!

Bax,o zaman sizin də, Şahların da ruhu şad olar!

Yalnız ozaman!!!

Hidayət Elvüsal