adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Iyul 2022 17:10
937
KRİMİNAL

Əvəz Hafizlinin qatilinə hökm oxundu

Bakıda qətl törətməkdə təqsirləndirilən Əmrulla Güləliyevə hökm oxunub və o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Adalet.az  xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə bu ilin fevralında Sabunçu rayonunun Balaxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, Ə.Güləliyev qohumu, 24 yaşlı Əvəz Hafizlini yaşadığı evin həyətində bıçaqlayaraq qətlə yetirib.

Ə.Güləliyevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.