adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Oktyabr 2016 12:28
18438
KRİMİNAL

Evdə 12 kq-a yaxın marixuana tapıldı

Marixuana satan şəxslər tutulub.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində Regional şöbəsi və Balakən rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tülü kənd sakini Ramiz Bayramov və Zaqatala rayon sakini Elnur Əzimzadə 195 qram marixuananı satarkən tutulublar.

R.Bayramovun evinə baxış zamanı isə oradan əlavə olaraq 11 kiloqram 650 qram marixuana, habelə evində olan həmkəndlisi Heybullah Qaraçayevdən 6,178 qram marixuana da aşkar edilərək götürülüb.