adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
04 Aprel 2019 16:38
18295
ƏDƏBİYYAT

ETNOQRAFİK BİLGİLƏRLƏ ZƏNGİN KİTAB

Bu günlərdəRüfət Hüseynlinin "Xınna dərəsində Keşişkənd-Qoşabulaq elləri” adlı kitabı işıqüzü görmüşdür. Şair, filologiya elmləri doktoru İslam Sadıq kitaba "Bir dərəninadı, bir elin ünvanı” adlı maraqlı ön söz yazmışdır. İslam Sadıq Tovuz, Şəmkir və Gədəbəyrayonlarının ərazisinə düşən Xınna dərəsinin adının hunlarla bağlılığınıaçıqlamış, onun tarixinə nəzər salmış, Dondar Quşçu, Dondarlı kənd adlarının,Dondardağ və Bala Dondar toponimlərinin, Dondarlı nəslinin və Dondarqəbristanlığının "Dədə Qorqud”dakı Dəli Dondarın adını daşıdığını, bu yerlərdətürklərin ən azı 5-6 min il bundan öncəyaşadıqlarını söyləmişdir. İslam Sadıq Xınna dərəsinin Koroğlu yurdu olduğunuxatırlatmağı da unutmamışdır. Onun fikrincə kitabda haqqında danışılanQoşabulaq elə Koroğlunun Qoşabulağıdır.

Kitabdünyasını vaxtsız dəyişmiş şair Məşədi İsmayılın "Qoşabulağım” şeiri iləaçılır. Sonra bu bölgənin bəyi olmuş Allahyar bəy Zülqədərov haqqında tarixiqaynaqlara söykənən və hazırda çoxlarının bilmədiyi bilgilərə geniş yer ayrılmışdır.

Kitab həmbölgənin tarixi, həm də maddi və mənəvi mədəniyyətiylə bağlı bilgilərləzənginliyinə böyük maraq doğurur. Texnika elmləri namizədi Bəxtiyar MəmmədovunXınna dərəsinin toy və yas mərasimləri haqqında toplayıb kitaba daxil etdiyibilgilər və onların incəliklərinə qədər açıqlanması sözsüz ki, etnoqraflarınmarağına səbəb olacaq.

Kitabdabölgənin tanınmış saz-söz sənətkarları, elm, mədəniyyət və incəsənət adamları,təhsili, səhiyyəsi, təsərrüfat həyatı, burada yaşayan nəsillər haqqında dadolğun və dəyərli bilgilər toplanmışdır. Bunlar bölgənin tarixini öyrənməkbaxımından çox dəyərli bilgilərdir.

"Xınnadərəsində Keşişkənd-Qoşabulaq elləri” kitabı Bəxtiyar Məmmədovun təşəbbüsü iləyazılmış və birbaşa onun qayğısı sayəsində işıq üzü görmüşdür.

Bu yazınıİslam Sadığın kitabın dəyəri haqqında söylədiyi fikirlərlə bitirmək istəyirəm.O yazır: "Bu kitabın həqiqi dəyəri indi yox, əlli ildən, yüz ildən, min ildənsonra bilinəcək. O tarixin bugünkü səhifələrini nəsildən-nəslə ötürə-ötürə minillərlə yaşadacaq və bir zaman keçəndən sonra dəyərli tarixi qaynağaçevriləcək”.

PərinazSADIQLI

Tarixüzrə fəlsəfə doktoru,

BakıAvrasiya Universitetinin müəllimi