ETİHİ Respublika Komitəsinin ittifaq üzvləri ilə növbəti görüşü Quba-Xaçmaz regionunda keçirilib
Quba-Xaçmaz regionu üzrə növbəti görüş Quba rayonunun Alekseyevka kənd tam orta məktəbində keçirilib. Tədbirdə Quba, Xaçmaz, Şabran, Qusar və Siyəzən rayon komitələrinin nəzdində fəaliyyət göstərən 390 nəfər ilk təşkilat sədrləri iştirak edib.
Adalet.az xəbər verir ki, görüşdə ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev üzv təşkilatlarla ünsiyyətin gücləndirilməsi, əmək münasibətlərinin təkmilləşdirilməsi və maarifləndirici fəaliyyətlərin genişləndirilməsi istiqamətində əsas prioritetləri diqqətə çatdırıb.
Regional toplantı çərçivəsində təhsil işçilərinin hüquqları, həmrəylik prinsipləri və ilk təşkilatların təşkilati inkişafı üzrə məlumatlar təqdim olunub, iştirakçılarla fikir mübadiləsi aparılıb.
ETİHİ Respublika Komitəsi regional görüşləri digər bölgələr üzrə mərhələli şəkildə davam etdirir.
Qeyd edək ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi 405 mindən çox ittifaq üzvünü, 6 minə yaxın ilk təşkilatı və 147 üzv təşkilatı öz ətrafında birləşdirir.
Digər Xəbərlər
26 Mart 2026 11:06
İrana göndərilən yardım Qaradağa çatdı
26 Mart 2026 09:47
“Məhz buna görə də bu iftira və şantajları artırırlar...”
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45


Bakı -°C

