Etibar Əliyev: İki tip millət
Böyük alman tarixçisi Fridrix Meyneke (1892-1954) "mədəni” və "siyasi” millətlər anlayışlarını elmi dövriyyəyə gətirdi. Tarixçiyə görə, mədəni millətlər yüksək səviyyəli etnik eyniyyətə malik olanlardır. Bu halda etnos və millət bir-birinin sinonimidir. O, yunanları, almanları, ingilis və irlandları mədəni millətlər sırasına daxil edirdi. Onlar hansısa siyasi xarakterli proseslərdə yox, tarixin təbii gedişatında yaranıblar. Mədəni millətlərin gücü ondadır ki, onlar yüksək milli birlik hisslərinə malikdir. Daxili birlikləri dayanıqlıdır. Onlara mənsub olmaq üçün dili bilmək və siyasi loyallıq nümayiş etdirmək heç bir rol oynamır. Etnosun üzvü olmaq lazımdır.
Böyük tarixçi siyasi millət kimi ABŞ və Fransada yaşayanları nümunə gətirirdi. "İmmiqrantlar ölkə”sində milli identiklik (eyniyyət) mədəni-tarixi köklər üzərində deyil, təhsil sistemi, ABŞ konstitusiyası və Müstəqillik haqqında Deklarasiyasının idealları üzərində qurulub. Analoji olaraq fransızların milli identikliyi Böyük Fransız inqilabına borcludur.
Digər Xəbərlər
28 Aprel 2024 12:14
Səhiyyə Nazirliyinin rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib - FOTOLAR
28 Aprel 2024 11:04Cümhuriyyəti yıxan, işğala rəvac verən BOLŞEVİK NÖKƏRLƏRİ
28 Aprel 2024 10:01Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin - Bakı sakinlərinə XƏBƏRDARLIQ
28 Aprel 2024 00:37Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
27 Aprel 2024 17:39