adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Noyabr 2017 13:05
12858
MƏMLƏKƏT

ƏT UCUZLAŞDI…

Artıq bir ildən çoxdur ki, ölkə bazarlarında mal ətininqiyməti bahalaşıb. Təxminən 2 il bundan əvvəl dana ətinin 1 kiloqramı 8 manata satılırdı.Qısa zaman kəsiyində get-gedə mal ətinin qiyməti qalxdı. Əvvəllər onun kiloqramı9 manata satışa çıxardılar, sonra 10 manat, bir müddətdən sonra isə həmin ətin kiloqramı11 manat yarım, 12 kiloqrama çatdı. Təbii ki, ildırım sürəti ilə artan mal ətininqiyməti heç də təsadüfən baş vermədi. Başqa sözlə demiş olsaq, ətin qiymətinin artmasınınobyektiv və subyektiv səbəbləri oldu. Bununla yanaşı, respublikamızda ət satışınıbir əldə cəmləşdirmək istəyən inhisarçı qüvvədə peyda oldu.

Əlbəttə, bizim milləthəddindən çox ət yeyən millətdi. Yəni sözün açığı, bir çoxlarımız gündə evdə ətbişirilməsə, xörək yemək istəmirik. Deməli, ölkəmizdə ətə təlabat daha da artıb.Bu tələbatı ödəmək üçün isə aydındır ki, yerli istehsal kifayət eləmir. Ona görədə məmləkətimizə əcnəbi ölkələrdən ət idxal olunur. Onu da başa düşmək və anlamaqo qədər çətin deyil. Ən azından ona görəki, ölkəyə daxil olan ət və ət məhsulları da kimlərinsə monopoliyasındadır.

İndi qayıdaq ölkəmizdəmal ətinin bahalaşmasının səbəblərinə. Bunu mütəxəssislər müxtəlif amillərlə izahedirlər. Məsələn, tanıdığım qəssablardan biri deyir ki, mən bir danadan 300 manatpul qazanmasam, dünyasında bu işə əl qoymaram. Çünki mal kəsmək, onu təmizləməkvə satmaq o qədər də asan məsələ deyil. İndi təsəvvür edin, bir qəssab bir danadanbu qədər pul qazanmaq istəyirsə, onda görün bu işlə məşul olanlar nə düşünürlər.

Mütəxəssislərdənbiri də qeyd edir ki, hər hansı rayondan mal gətirilən zaman bunun üçün sürücüyə50 manat pul verilir. 50 manat sürücüyə pul ödəniləndən sonra təbii ki, həmin adambir deyil, ona yaxın qaramalı - daha doğrusu,dananı, düyəni, cöngəni həmin maşına yüklətdirir. Deməli, yolxərci də o qədər pultələb eləmir. Hansı ki, həmin qaramalları Bərdədən, Beyləqandan Bakıya gətirirlərvə orda da həmin ətin kiloqramını 8 manat civarında hesablayırlar. Hələ biz onudemirik ki, bəzi işbazlar kimlərinsə alın təriylə ilboyu yetişdirdiyi mal-qoyunun«qiymətini öldürür», sonra da onu çox ucuz qiymətə alırlar.

Bununla yanaşı, qocalmışvə bir neçə dəfə doğmuş inəkləri işbazlar daha ucuz qiymətə əldə edə bilirlər. Bu da onunla bağlıdır ki, o ucuz qiymətə əldəedilən mallar ya yarmarkalara, ya da bazarlara çıxarılır. Hətta belə malların ətinin1 kiloqramını 9 manata satışa çıxarırlar. Hansı ki, onu yerində dəfələrlə ucuz qiymətəişbazlar əldə edirlər. Aydındır ki, bu cür «qabaqcıl metodla» işləyən alverçilər bundan qaz vurub qazan doldururlar.

Məsələnin bir tərəfiisə ondan ibarətdir ki, müəyyən qüvvələr Bakı şəhərində ətin qiymətini ucuzlaşmağaimkan vermirlər. Daha doğrusu, bu qüvvələr bazara necə diqtə edirsə, hər şey dəo qiymətə satışa çıxarılır. Bəs onda bu cür neqativ halların qarşısı niyə alınmır?Əlbəttə, kimlərinsə əlində ixtiyar varsa və güclüdürsə, hər şey də onun istəyi vədiqtəsiylə reallaşır.

Ekspertlərdən biribildirir ki, çox təəssüf bu gün ölkəmizdə əksər sahələrdə olduğu kimi, ət satışındada monopoliya mövcuddur. Elə bütün bəlalar da məhz burdan qaynaqlanır. Əgər o monopoliya,inhisarçılıq aradan qaldırılsa, dediyimiz nöqsanlar olmaz. Əfsuslar olsun ki, bumonopoliya bu gün də var və sabah da olacaq.

Ekspertin fikirlərindəhəqiqətə uyğun məqamlar kifayət qədərdir.Məsələn, artıq 3-4 gündür ki, Bərdə bazarında dana ətinin 1 kiloqramı 10 manatdan9 manat 50 qəpiyə düşüb. Hələ deyilənə görə, ətin qiyməti rayonda bir qədər də ucuzlaşabilər. Çünki qarşıdan qış gəlir və eləcə də yemin qiyməti get-gedə bahalaşır. Məsələn,ötən il bir bağlama adi otun və yoncanın qiyməti 2 manat 50 qəpik idisə, indi3-4 manata çatır. Mütəxəssislər bildirirlərki, dekabr-yanvar-fevral aylarında otun qiyməti daha da bahalaşacaq. Elə bundanda qorxuya düşən bir çox kənd adamları mal-qoyunlarını bazara daha ucuz qiymətəçıxarırlar. Deməli, həmin adamlar qışın sərtliyindən və yemin bahalaşacağından ehtiyatlanaraqbu addımı atırlar.

Bəs onda nə üçünbu gün Bakı şəhərində 1 kiloqram mal ətinin qiyməti 11 manat yarımla 12 manat arasındadır?Bax, burda istər-istəməz xoruzun quyruğu yavaş-yavaş görünməyə başlayır. O xoruzunki, onun quyruğunu çoxları görsə də, özünü görməməzliyə vurur. Çünki onlara beləsərf edir.

Ancaq gəlin onunlarazılaşaq ki, bu gün Bakıda da mal ətinin qiymətini aşağı salmaq mümkündür. Çünkiartıq bəzi yerlərdə bu ucuzlaşma var və bundan sonra da olacaqdır. Sadəcə olaraq,həmin məsələlərə bir balaca can yandırmaq lazımdır ki, kimlərsə bazara diqtə eləməsinvə qaz vurub qazan doldurmasın. Axı, yazımızın əvvəlində qeyd etdik ki, bizim millətət yeyəndir. Hamının balası və övladları ət yemək istəyir. Lakin qiymətlər baha olduğuna görə, çoxları bazardanət ala bilmir.

Tanıdığım adamlardanbiri deyir ki, təqaüdümü alanda elə birinci 2 kilo ət alıram və evdə də xanımımadeyirəm ki, bu 2 kilo ətlə bu ayı başa vurmalıyıq. İndi görün aylarla ət yeməyəninsanlar hansı çətinliklə üzləşirlər. Onların da qazanları qaynasa, balaları ətyesə, dünya dağılmaz ki?!

Həkimlər deyirlərki, payız və qış aylarında insanlar dahaçox kalorili qidalar qəbul etməlidilər. Təbii ki, ət də həmin kalorili qidaların siyahısına daxildir. Çünkihər hansı insan həftələrlə, aylarla ət yemədikdə o zəfiləyir, immunitet aşağı düşürvə hər hansı xəstəliyə daha tez yoluxur. Ona görə də arzulayaq ki, ölkəmizdə ətinqiyməti aşağı düşsün və bundan hər bir ailə alıb övladlarına, balalarına yedirdəbilsin. Axı, ətin ləzzəti başqa cür olur…


Faiq QİSMƏTOĞLU