adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 May 2016 12:26
12594
MƏMLƏKƏT

Ət fürsətçiləri - ARAŞDIRMA

Yararsız ət məhsulları gündəmin əsas mövzusuna çevrilib.Əvvəlki dövrlərə nisbətən bu sahədə şəbəkə genişlənir. Bir müddətə qədər bu qəbildənolan ətlərin kolbasa sexlərinə verilməsi ilə bağlı məlumatlar yayılsa da indiartıq Şadlıq sarayları, kafelərdə də yararsız ətlərdən istifadə olunmasıfaktları var. Dövlət qurumları problemin həlli istiqamətində davamlı addımlaratmasına baxmayaraq problem hələ də qalmaqdadır.

Regionlarda bir sıra yolüstü kafelərdə o cümlədən şəhərkafe və restoranlarında qida rasionundakı gigiyenik çatışmazlıqların mövcudluğuilə bərabər sual olunur ki, həmin müəssisələrdə ət məhsulları ilə bağlı mütəmadiyoxlamalar aparılırmı? Dövlət qurumları ətlərə qarşı mübarizədə öncədən tədbirlərgörürlər, lakin sifarişçi və sahibkarların ucuz məhsula tamah salması məsələninhəllini daha da çətinləşdirir. Bakınınrestoran və dönərxanaları, kolbasa sexləri at-eşşək, ucuz leşlərdən gen-bolyararlanıb və yararlanmaqdadır. Hal hazırda gündəmin ən çox yayılan xəbərlərindənbiri də məhz ət sektorunda baş qaldıran natəmizlik və yarasız, vaxtı keçmiş ən əsasıisə mənşəyi gizlədilən heyvan ətləri ilə əlaqədar DİNBaş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bir sıra rayonlarda apardığı əməliyaytlardatonlarla yarasız qida tullantılar aşkarlamışdı.

Bu xəbər insanlarda bazarlardasatılan ət məhsullarına qarşı şübhələr yaratmağa başlayıb. Kənd TəsərrüfatıNazirliyinin Dövlət Baytarlıq xidmətindən mətbuata verilən məlumata görə, təkcə2015-ci ildə 48 min 515 kiloqram qida üçün yararsız, mənşəyi məlum olmayanheyvandarlıq məhsulları aşkar edilərək, zərərsizləşdirilib. 2016-cı ilin də ilkaylarından başlayaraq mətbuatda tonlarla ətin məhv edilməsi ilə bağlımateriallar yer alıb. May ayının yeni başladığı bu günlərdə isə 2 ton yararsız ətməhsulu aşkarlanıb.

Bəzi hallarda isə iş üstündə yaxalanan sahibkarlar ətməhsullarının mal ətindən ibarət olduğunu söyləsələr də tibbi araşdırmalar at ətiamilini ortaya qoyur. Sahibkarların da dediyi kimi at ətinin insan orqanizmi üçün zərəri yoxdur. Bununlabağlı tibbi ekspert Adil Qeybullanın açıqlamasında sağlam at ətinin insana heç bir zərəri olmadığı ortayaçıxır, lakin: "At əti qida rasionunun bir hissəsini təşkil edir. Sadəcə onunəzərə almaq lazımdır ki, hər bir regionun öz qida rasionu var. Yəni bizimbölgənin insanları at əti yeməyə öyrəşməyiblər. Ona görə də, at əti yemək həzmprosesində hər hansı bir pozğunluq yarada bilər. Ancaq müəyyən biradaptasiyadan sonra buna da adət etmiş olurlar. Tərkibi zülaldı, proteindi, bubaxımdan geniş şəkildə istifadə olunur” – deyə ekspert əlavə edib.

Bununla belə, "Atətinin xüsusi bir faydası varmı?” sualına isə Adil Qeybulla belə cavab verdi:"Ayrı-ayrı ətlərdə bioloji maddələrin, proteinin miqdarı müxtəlif ola bilər.Çöl heyvanları ilə ev heyvanları nın ətinin tərkibi fərqli olur. Daima çöldəyaşayan heyvanların əti bərk ola bilir. Ancaq daimi qaçırlar, hərəkət edirlər,maddələr mübadiləsi düzgün gedir. Bu baxımdan daha təmiz sayılır. İstənilənhalda at ətinin orqanizm üçün faydası onun zülalıdır. Ancaq ən əsası odur ki,heyvan xəstə olmasın. Qanında hər hansı zooinfeksiyalar olmasın”.

Azad İstehlakçılar Birliyinin(AİB) sədri Eyyub Hüseynov da bildirdi ki, yarasız ət məhsullarınınyayılmasında əsas qüvvə sifarişçilərdir: "Biz məlumatları alıb dövlətorqanlarına ötürürük. Çox yaxşı haldır ki, Daxili İşlər Nazirliyinin MütəşəkkilCinayətkarlıqla Mübarizə Baş İdarəsi bununla fəal məşğul olur. Lakin bununqarşısını almaq o qədər asan məsələ deyil. Burada ölkə prezidentinin dediyikimi ictimai nəzarət olmalıdır. Çünki bu hadisələr polislərin, sahə müvəkkillərinin,bələdiyyələrin gözü qarşısında baş verir. Ona görə də burda ictimai qınaqolmalıdır. Və bunun sifarişçisi tapılmalıdır. Çox təəssüf ki, vəziyyət ifşaolunur, ancaq sifarişçi kimdir, onu tapmırlar. Bu məsələ ictimai nəzarət vəictimai qınaqla həll oluna bilər".

Qeyd olunduğu kimi at əti mal vəqoyun ətinə nisbətən ucuz başa gəlir və çürümüş ət məhsulları əsasən kiçikkolbasa-sosiska sexlərinə satılır. Bu barədə mətbuata verdiyi açıqlamada DövlətBaytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanov bildirib ki, yararsız ətlər qanuni fəaliyyət göstərən kolbasa sexlərinəverilmir. Gizli fəaliyyət göstərən kolbasa sexləri də var: "Son dövrlərbiz bir neçə kolbasa sexində faktlar aşkar etdik. Bu yaxınlarda AbşerondaMazasır qəsəbəsində, keçən il "Zirvə" kolbasa sexində nəzarət tədbirlərihəyata keçirildi. Nəticəsi barədə ictimaiyyət məlumatlandırıldı. Sexlərdəistifadə olunan ət məhsullarından nümunələr götürülür. Respublikalaboratoriyasında yoxlanılır. Bundan sonra əgər həmin nümunələrdə bakteriolojiçirklənmə qeydə alınarsa, biokimyəvi göstəricilər qida üçün yararsız olarsa, tərəfimizdənməhv edilir. Bu müəssisələrdə emal olunan ət məhsullarından da nümunələrgötürülüb Respublika laboratoriyasında analiz olunacaq. Əgər keyfiyyətsiz olarsa, müvafiq tədbirlərgörüləcək".

Rüfət Soltan